“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28-ci turunda səfərdə “Bakı”ya 1:4 hesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Sizə açığını deyim ki, futbolçular 6 xalımızın silinməsinə görə çox pis olmuşdular və oyuna köklənə bilmədilər. Bu 6 xal məsələsini futbolçular 2-3 gün qabaqcadan biləndən sonra, təsəvvür edin ki, çox ruhdan düşmüşdülər. Bu amil “Bakı”yla qarşılaşmada özünü qabarıq şəkildə göstərdi. Baxmayaraq ki, futbolçularla söhbət edərək psixoloji vəziyyətdən çıxarmağa çalışırdım. Bir komanda ki, çempionluğa oynayır, sonra da gözlənilmədən hesabından 6 xal silinir, bu zaman avrokuboklara düşmək şansların belə azalır. Bu, hansı komandanın çıxışına mənfi təsir göstərməz ki? Bir sözlə, futbolçular özlərini toparlaya bilmədilər.
- 6 xalınızın aktivinizdən silinəcəyini gözləyirdiniz?
- Heç gözləmirdim. Futbolçularla danışanda da deyirdim ki, xalımızın silinəcəyinə inanmıram. Onlara da dedim ki, narahat olmayın, yəqin, problem aradan qaldırılacaq. Oyundan bir gün qabaq bildik ki, rəsmi olaraq 6 xalımız silinib. Artıq nəsə etmək mümkün deyil. Həddindən artıq çox pis olduq.
- Artıq 40-cı dəqiqədə qapınızda iki top görmüşdünüz. Yəqin hesabın belə olacağını ümumiyyətlə, proqnozlaşdırmamışdınız.
- Doğrudur. Lakin belə olması da buraxılan səhvlər nəticəsində oldu. Birinci qolda kobud səhv etsək də, ikincisi isə diqqətsizlik nəticəsində qapımıza vuruldu. Yəni, standart vəziyyəti zamanı futbolçularım diqqətsizlik etdilər. Hesab 2:0 olduqdan sonra futbolçularda ruh düşgünlüyü daha da artdı. Fasilədə uşaqlarla danışarkən gördüm ki, komanda hazır deyil. Bütün bunlara baxmayaraq, oyunu xilas etmək istəyirdim. Ona görə də onlara dedim ki, oyun artıq əldən gedir, irəli atılaraq, qol vurmağa çalışın. Rəqib də bundan istifadə edib əks-hücumdan bizə daha iki top vurdu.
- Belə çıxır ki, böyükhesablı məğlubiyyətinizdə əsas səbəb 6 xalınızın silinməsi oldu?
- Özümüzü bununla sığortalamırıq. Amma etiraf etmək lazımdır ki, 6 xalın silinməsinin çıxışımıza çox ziyanı oldu. Uşaqlar çalışmalıydı ki, bu xal məsələsini unutsunlar. İçərilərində elələri vardı ki, psixoloji sarsıntıdan qurtula bilmədilər. Artıq başqa çarəmiz yoxdur. Bu problemi aradan qaldırmaq üçün futbolçular üzərində işləmək lazımdır. Çünki qarşıdakı oyunlarda qələbə qazanaraq avrokuboklara vəsiqə qazana bilərik.
- 6 xalın silinməsini bir qırağa qoysaq, rəqibinizə daha çox hansı komponentlərdə uduzduğunuzu söyləyə bilərsiniz?
- İlk öncə deyim ki, psixoloji cəhətdən onlara uduzduq. Çünki rəqibin motivasiyası bizimkindən daha üstün idi. Ona görə ki, “Bakı”nın bizim xallar silindikdən sonra çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansları birdən-birə artdı. Buna qədər isə şansları tükənmişdi. Ümüdlərini yalnız kuboka bağlamışdırlar. Məhz bunun üçün meydana bizdən fərqli olaraq, daha əhval-ruhiyyəli çıxmışdılar. Bu səbəbdən də, onlara uduzduq. Digər tərəfdən, fiziki çatışmalığı da bura əlavə etmək olar.
- Vəziyyət belə davam edərsə, Avroliqaya vəsiqə qazanmaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Şanslarımız hələ ki, qalmaqdadır. Əgər geridə qalan dörd oyunda qələbə qazana bilsək, vəsiqəni özümüz üçün təmin edə bilərik. Bir oyun belə uduzmamaq şərtiylə.
- Növbəti turda Lənkəranda “Neftçi”ni qəbul edəcəksiniz. Bu görüş haqda nə deyə bilərsiniz?
- “Neftçi”ylə oyun “Xəzər Lənkəran” üçün hər zaman çətin olub. Bu qarşılaşma böyük bir derbi oyunu olacaq. Həmin görüşə çox yaxşı hazırlaşırıq. Artıq kimin çempion olacağını söyləmək olar. Çünki “Neftçi” ən yaxın izləyicisini 10 xal qabaqlayır. Hər halda çalışacağıq ki, “Neftçi”yə qalib gələk.
- “Neftçi” rəhbərliyi futbolçulara çempionluğunu növbəti turda “Xəzər Lənkəran”ı məğlub edərək qeyd etməsini istəyib. Buna münasibətiniz necədir?
- Onlar nəinki bizimlə, bütün oyunlarda qələbə qazanmaq istəyirlər. Bizə qələbə hava-su kimi lazımdır. Çalışacağıq ki, rəqibimizi məğlub edək. Onların axrıncı oyunlarına baxaraq, öz taktikamı tətbiq edəcəyəm.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
Avropa Liqasında 1/4 final başlayır
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
ÇL-də nəhənglərin duelləri
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov