Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Əmrə Belözoğlu növbəti qalmaqalla gündəmə gəlib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi Türkiyə çempionatının Superfinal mərhələsinin I turunda “Trabzonspor”un oyunçusu Didye Zokoranı irqçi sözlərlə təhqir edib.
Bu barədə Zokora oyundan sonra “LigTV”yə açıqlama verib. O, komandasının 0:2 hesablı məğlubiyyətindən çox Belözoğlunun “Pis zənci” sözlərinə məyus olduğunu söyləyib: “Bu, utandırıcı olaydır. Cozef Yobo, Mussa Sou kimi afrikalılarla eyni komandada çıxış edən futbolçunun bu hərəkəti qəbulolunmazdır. İlk dəfə idi ki, belə hal başıma gəlirdi”.
“Trabzonspor” rəhbərliyi də olaya biganə qalmayıb. Klub rəsmiləri epizodun videogörüntülərini UEFA-ya göndərməyi qərara alıb.
Öz növbəsində, Belözoğlu da günahını boynuna alıb. Onun sözlərinə görə, oyun zamanı gərgin anlar səbəbindən ifadələrinə hakim ola bilməyib. Lakin türkiyəli yarımmüdafiəçi kot d' ivuarlı oyunçunun da təhqiramiz sözlər işlətdiyini deyib: “Zokora mənim anamı və həyat yoldaşımı söydü. Həm mənim, həm də onun ifadələri yolverilməz idi. Lakin bu hadisədən sonra meydançada Zokoradan üzr istədim, qucaqlaşdıq. Oyundan sonra o, televiziya kameralarına təhqir edildiyini söyləyirsə, bunun məqsədli olduğunu düşünürəm”.
Qeyd edək ki, Əmrə Belözoğlu 2007-ci ildə İngiltərə “Nyukasl”ında çıxış etdiyi vaxt hazırkı komanda yoldaşı Cozef Yobonu “Neqro” adlandırıb. Lakin o, zənci anlamına gələn bu kəlmənin türkcə başqa məna verdiyini söylədikdən sonra məsələ qapanıb. Zokoranı təhqir etdiyi videogörüntülər vasitəsilə də sübuta yetirilərsə, Əmrəni 4 oyundan 8 oyunadək diskvalifikasiya gözləyir.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı