“Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28-ci turunda “Xəzər Lənkəran” üzərində (4:1) inamlı qələbə qazandınız. Bir kapitan kimi komandanın oyunundan razı qaldın?
- Rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Buna görə də, çalışırdıq ki, kobud səhvlərə yol verməyək. Şükürlər olsun ki, meydandan qalib ayrıldıq. Yəni nəticə biz istədiyimiz kimi oldu.
- Bu mövsüm, təsnifat mərhələsində səfərdə “Xəzər Lənkəran”a 0:3 hesabıyla məğlub olmuşdunuz. Dünənki qarşılaşmada rəqibinizdən qisas aldığınızı söyləmək olar?
- Düz dediniz ki, biz onlara böyükhesabla uduzmuşduq. Bunun əvəzini çıxmaga çalışırdıq. Məncə, onlarla oyunda qazandığımız nəticəylə, revanş aldığımızı düşünürəm.
- “Xəzər Lənkəran” üzərində belə böyük hesablı qələbə qazanaçağınızı gözləyirdin?
- Çoxları indi elə başa düşə bilər ki, rəqibin aktivindən altı xal silindiyi üçün belə böyük hesabla “Bakı”ya uduzdu. Lakin mən əksini düşünürəm. Mənim fikrimcə, “Xəzər Lənkəran” bizimlə oyuna daha yaxşı köklənməliydi. Çünki Avroliqaya vəsiqə qazanmaq üçün yeganə çıxış yolları çempionatdan aslıdır. Böyükhesablı qələbə qazanacağımıza gəlincə, əlbəttə gözləyirdim. Çünki həm komandamız, həm də ön xətt oyunçularımız heç kimdən qalmır.
- Həmin qarşılaşmada komanda yoldaşın Çesnauskis demək olar ki, təkbaşına “Bakı”-ya qələbə qazandırdı.
- Çesnauskisin artıq komandaya uyğunlaşdığını söyləyə bilərəm. Əvvəllər potensialını tam şəkildə ortaya qoya bilməməsinə səbəb kimi adaptasiya dövrünü yaşamasıyla əlaqələndirərdim. İndi Çesnauskis komandasını arxasınca aparır. “Xəzər Lənkəran”la görüşdə də əlinə düşən imkanlardan maksimum yararlandı.
- Oyunun 66-cı dəqiqəsində rəqib futbolçu Subaşiçin qapınıza vurduğu qol sənin səhvindən olduğunu etiraf edirsən?
- Subaşiçin vurduğu qolun ötürməsi mənim cinahımdan edildi. Ona görə də bunu öz səhvim kimi qəbul edirəm.
- Qarşılaşmanın 77-ci dəqiqəsində rəqib futbolçu Katalin Domana hakim qırmızı vərəqə göstərərk, meydandan qovdu. Bu, bir az qaranlıq qalıb. Həmin anda nə baş verdi?
- Bu epizodda mən xeyli uzaqda idi. Eşitdiyimə görə, yan hakimə nəsə xoşagəlməz söz deyib.
- Bir çoxları Premyer Liqadan avrokuboklara çıxmaq şanslarınızın az olduğunu söyləyirdi. Ancaq indi vəziyyət dəyişib. Sən necə düşünürsən?
- Avroliqaya vəsiqə qazanmaq üçün ən real şans kubokdan görünsə də, bu o demək deyildi ki, çempionatdan əlimizi üzmüşdük və yalnız kuboku fikirləşirdik. Heç kim qabaqcadan əmin ola bilməz ki, Avropa yarışlarına vəsiqəni kubokdan əldə edəcək. Biz yaxşı bilirdik ki, çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansımız var. Dünən Premyer Liqada keçirilən görüşlərin nəticəsi də, dediklərimə bir sübutdur. Həm “İnter”, “Qarabağ”, həm də, “Xəzər Lənkəran” məğlub oldu. İnanıram ki, inşallah, avrokuboklara vəsiqəni təmin edəcəyik.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026