“Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 28 turunda “İnter” komandasını qonaq edəcəksiniz. Oyuna hazırsınız?
- Bəli. Hər şey öz qaydasında gedir. Komandamız “İnter”lə görüşə maksimal dərəcədə köklənə bilib. Bilirik ki, bizi çətin oyun gözləyir. Məncə, azarkeşlər gözəl bir oyunun şahidi olacaqlar.
- Yəqin ki, rəqibinizə qalib gələrək, keçən dəfəki qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaqsınız.
- “Neftçi” onlarla oyuna sakit tərzdə çıxacaq. Qazandığımız qələbənin təsadüf olmadığını düşünürəm. İstənilən halda meydanda sona kimi mübarizə aparacağıq. İnanıram ki, bu dəfə də sevinən tərəf biz olacağıq.
- Ümumiyyətlə, rəqibinizin hansı xüsusi özəlliyi var ki, ondan ehtiyyat edirsən?..
- “İnter”i çempionatən ən yaxşı və güclü komandalarından biri hesab edirəm. Xüsusi özəllik barədə dedikdə isə taktiki sxemlərini vurğulamaq olar. Həmçinin də müdafiədən oyunu çox gözəl qurmağı bacarırlar.
- Necə düşünürsən, “bankirlər”in müdafiəyə daha çox diqqət yetirməsi hücum futbolu oynayan komandanız üçün çətinlik yaratmayacaq ki?
- Unutmaq lazım deyil ki, “Neftçi”nin heyətində rəqibin müdafiəsini yara biləcək kifayət qədər səviyyəli futbolçular var. Buna misal olaraq çempionatımızın ən sərrast hücumçusu Bahadır Nəsimovu göstərə bilərəm. Hələ mən rəqiblərin baş ağrısına cevrilən Flavinyonu demirəm. Əgər çempion olmaq istəyiriksə, məqsədimizə çatmaq üçün əlimizdən gələni etməliyik.
- Bir müdafiəçi kimi, “İnter”in bu mövsüm ən sərrast futbolçusu Baçana Sxadadze haqda nə deyə bilərsən?
- Rəqibin heyətindəki futbolçuları ayrıça olaraq qiymətləndirmək istəməzdim. Sadəcə olaraq, həmin futbolçuya karyerasında uğurlar arzulayıram.
- Hər dəfə rəqibin qapısına cərimə zərbəsi təyin ediləndə, Ruslan Əmircanovla aranızda onu kimin yerinə yetirəcəyilə bağlı xeyli götür-qoy edirsiniz.
- Onsuz da məşqlərdən sonra qalaraq, Əmircanovla birgə cərimə zərbələri üzərində işləyirik. Bunun bəhrəsini də, şükürlər olsun ki, görürük. Əgər bu dəfə də, belə bir şans düşərsə, kimin nöqtəsi olacaqsa, o da cərimə zərbəsini yerinə yetirəcək.
- Yəqin xəbərin var ki, FİFA-nın tələbi ilə AFFA əzəli rəqibiniz “Xəzər Lənkəran”ın hesabından 6 xalı silib. Bu barədə nə deyərdin?
- Bəli, olanlar barədə xəbərim var. Bir futbolçu kimi istəməzdim ki, “Xəzər Lənkəran” kimi komandanın aktivindən 6 xal silinsin. Bu qərar istənilən klub və futbolçuya pis təsir edər. Lakin neyləmək olar, bu artıq FİFA-nın qərarıdır. Birdə ki, “Xəzər Lənkəran”da bizim qardaşlarımız var ki, bu xallar üçün çox zəhmət çəkmişdilər. Ancaq onlara demək istəyirəm ki, ruhdan düşməsinlər. Çünki ən azı avrokuboklara düşmək üçün şansları var.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı