Əməkdar məşqçi Ağasəlim Mircavadov Unibank Premyer Liqanın gedişatıyla bağlı Qol.Az-ın suallarının cavablandırıb
- Sizin fikrinizcə, çempionluğa ən real namizəd hansı komandadır?
- Məncə, “Neftçi” yenə çempion olacaq. Bunu deməyə onların ən yaxın rəqibini 6 xal qabaqlaması da imkan verir. İkinci və üçüncü yer uğrunda isə “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” arasında gedəcək.
- Ümumilikdə çempionatən səviyyəsi haqda fikirləriniz necədir?
- Həm AFFA, həm də klublarımız çalışır ki, futbolumuzun səviyyəsini qaldırsın. Lakin yenə də çatışmazlıqların olduğu danılmazdır. Çünki adi meydançalarımızdan götürsək, istənilən səviyyədə deyil. Meydançalarımızın ot örtüyü daha çox təbii olmalıdır. Onda futbolçular da meydanda daha sürətli və texnikalı oyun nümayiş etdirərdilər və çempionatımız daha baxımlı olardı.
- Hansı futbolçunu bu mövsümün kəşfi saymaq olar?
- Həm yerli, həm də legionerlər içərisində kəşf etdiyim yeni futbolçu yoxdur. Yenə də keçənilki futbolçuları vurğulamaq olar. Əcnəbilərdən “Neftçi”dən Flavinyo , “Bakı”dan Parks , “Qəbələ”dən isə Dodonu göstərmək olar. Ancaq bu mövsüm parlaq oyunuyla yadda qalan futbolçu olmadı.
- Bəs, hakimlərin səviyyəsi barədə nə deyə bilərsiniz?
- Hakimlər barədə çox maraqlanmamışam. Lakin səhvlər olduğunu deyə bilərəm. Çax yaxşı haldır ki, artıq cavan və prespektiv hakimlərimiz də yetişməkdədir. Düzdü, belə cavan və təcrübəsiz hakimləri ağır oyunlar idarə etdirirlər. Lakin onlara da təcrübəli laysmanlar tərəfindən kömək olmalıdır. Belə olan halda gənc hakimlər də az səhvlər buraxacaqlar.
- Bu mövsüm çempionatda 11 baş məşqçi dəyişiikliyi baş verib. Buna münasibətiniz necədir?
- Bu, adi haldır. Belə hallar Avropada da baş verir. Düzdü, bizdə bu cur məşqçi dəyişikliyi daha tez-tez olur. Çünki hansısa klub iki-üç dəfə məğlub olan kimi tez məşqçi dəyişikliyi edirlər. Ümumiyyətlə, klub rəhbərlərii bir məşqçini dəvət etməzdən öncə onun işgüzarlığını və peşəkarlığını dəyərləndirməlidir. Nə xidmətləri, hansı nəticə qazanmasına diqqət yetirməlidirlər. Onda həmin klub yaxşı nəticə verə bilər. Azərbaycana dəvət edilən əcnəbi məşqçilər bizim çempionata zəif baxırlar. Sanki bura istirahət etməyə gəlirlər.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı