Millimizin keçmiş futbolçusu "Anji"də

Millimizin keçmiş futbolçusu "Anji"də
GÜNDƏM 6 Aprel 2012 / 17:57 3387
-  A +

Azərbaycan milli komandasının sabiq futbolçusu Narvix Sirxayev Mahaçqalanın "Anji" klubunda işə başlayıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Sirxayev klubun baş direktorunun müavini və Mahaçqala ofisinin rəhbəri vəzifəsinə təyin olunub.

O, "Anji"nin Mahaçqalada gerçəkləşdirdiyi proqramlara nəzarət edəcək.

Xatirladaq ki, Sirxayev 1997-99-cu illərdə milli komandamızda oynayıb. 17 matçda meydana çıxan futbolçu bir qol vurub.

Sirxayev "Anji"dəki işinə qədər "Lokomotiv-2" (Moskva) komandasında məşqçi işləyirdi. 

Daha çox


Son xəbərlər