“Qəbələ” klubunun müdafiəçisi Lyubo Baraninin Qol.Az saytına müsahibəsi
- Komandanızın məşqçilərindən olan Qari Stivens istefaya göndərilib. Buna münasibətin necədir?
- Normal. Qari Stivens sabiq baş məşqçimiz Toni Adams tərəfindən gətirilmişdi. Çünki onlar bir-biriylə tanış olmaqla yanaşı, eyni dildə danışırdılar. Adams getdikdən sonra isə Qari Stivens postunda qalmışdı. Lakin yeni baş məşqçimiz Fatih Kavlak komandanın sükanı arxasına gətirildikdən sonra bu dəyişikliyi gözləmək olardı. Çünki hər bir baş məşqçi onu yaxşı anlaya biləcək, öz dilində danışacaq bir mütəxəssisə ehtiyac duyur. Məhz bu səbəbdən gözlənilən idi. Lakin düzü, bütün bu işlər rəhbərliyin işidir. Onlar necə məsləhət bilirlərsə, elə də edirlər.
- Doğma meydanınızda “Neftçi” və “İnter” kimi komandalara qalib gəlmisiniz. Bu siyahıya “Xəzər Lənkəran”ı da qatacağınıza ümid edirsən?
- Bunu dəqiq söyləmək çətindir. Bir söz deyə bilərəm ki, biz standartlara cavab verən stadionlarda qalib gəlmişk. Öz stadionumuz əla olduğu üçün “Xəzər Lənkəran”nı məğlub etməyə çalışacağıq. Düzdü, rəqibimiz son turda evdə güclü “İnter”ə qalib gəldi. Onlar yaxşı komanda olsalar da, üstünlük bizim tərəfimizdədir. Çünki doğma meydanda yerli azarkeşlər qarşısında oynayacağıq.
- “Xəzər Lənkəran”a məğlub olacağınız təqdirdə avrokuboklara vəsiqə qazanmaq şanslarınız həddən artıq azalacaq.
- Belə götürəndə qarşıda bizi beş oyun gözləyəcək. Lakin bu məsələyə real yanaşmaq lazımdır. Əgər “Xəzər Lənkəran”a uduzsaq, onda avrokubok şanslarımızı tamamilə itirəcəyik. Lakin biz üç xalı qazanmaq üçün meydanda sona qədər mübarizə aparacağıq.
- Kubok yarışmasını tərk etməklə bərabər Unibank Premyer Liqasının son turunda da məğlub oldunuz. Komandada nələr baş verir?
- Qorxulu bir şey yoxdur. Sadəcə olaraq, kubok yarışmasını tərk etməyimiz hardasa bizə psixoloji təsir etdi. “Bakı”ya məğlubiyyətimizdə isə sadəcə bəxtimizin gətirmədiyini də vurğulamaq olar. Baş məşqçimiz Fatih Kavlak bizdən həmin qarşılaşmaları unutmağımızı istəyir. Çünki bu növbəti oyunlara köklənməyimizə əngəl törədə bilər. Bir də əsas səbəblərdən biri kimi fiziki yorğunluğu da göstərə bilərəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı