“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran” mübarizəni dayandırdı. Bunu komandanız üçün ciddi uğursuzluq kimi dəyərləndirmək olar?
- Komandanın qarşısına kuboku qazanmaq vəzifəsi qoyulmuşdu. Lakin təəssüf ki, buna nail ola bilmədik. “İnter”lə “Şəfa” stadionunda ilk qarşılaşmada hesabda irəlidə olsaq da, sonradan uduzduq. Təkrar qarşılaşma ərəfəsində bəzi futbolçularımızın yersiz olaraq zədə alması və digər məsələlər ona gətirib çıxardı ki, kubokdan kənarda qaldıq. Lakin buna baxmayaraq, bütün gücümüzü çempionat oyunlarına sərf edərək əlimizdən gələni edəcəyik.
- Dünən klubunuzun prezidenti Mais Mənsimov futbolçularla görüşdü. Görüşdə nələr müzakirə olundu?
- Bəli, prezidentimiz Mais Mənsimov komandayala birgə şam yeməyində oldu. O, komandaya ürək-dirək verərək, psixoloji dəstək oldu. Çünki bizi Premyer Liqada çətin oyunlar gözləyir. Mais müəllimin bu addımı komandada ruh yüksəkliyini artırmaq üçün idi.
- Çempionatın gərgin bir vaxtında baş məşqçi dəyişikliyinə ehtiyac vardımı?
- Biz Cüneyt Biçəri istefaya göndərməmişik. Məşqçi özü getmək qərarına gəldi. Buna baxmayaraq, hazırda bizim uşaq futbol akademiyasında çalışır. Özü əvvəlki vəzifəsinə geri qayıtmaq istəyib. Onun bir neçə dəfə bunu bizdən xahiş etməsindən sonra istəyini qəbul etmişik.
- Cüneyt Biçər bildirib ki, qələbə qazanmalarına baxmayaraq, ondan narazılıqlar olub.
- Mən də eşitmişdim ki, “İnter”lə oyundan sonra 3-5 azarkeş avtobusun qarşısında Bicərin ünvanına istefa şüarları səsləndiriblər. Lakin bunu bütün azarkeşlər adından demək olmaz. Avropada klubların oyununu 50-60 min adam izləyir. Hər kəsin sözüylə klub idarə olunmur ki.
- Sizcə, Yunis Hüseynov hazırkı “Xəzər Lənkəran”ı Avrokuboklara çıxara biləcək?
- Bizim Yunis müəllimə çox böyük ümidlərimiz var. Klubun seçim edərkən onun üzərində dayanması və iki illik müqavilə imzalaması bundan xəbər verir. İnanırıq ki, o, ən yaxın zamanda maksimal nəticəyə imza atacaq.
- Yunis Hüseynovun rəhbərliyi altında komandanın “Neftçi”ni məğlub edə bilməməsi, kubokdan ayrı qalması bəzi azarkeşlərinizin etirazına səbəb olub. Hətta oyunlardan birində Hüseynovun istefası da tələb olundu. Baxmayaraq ki, həmin gün o, “Xəzər Lənkəran”da ilk oyununa çıxırdı.
- Yunis Hüseynovdan heç kimin narazı olmağa haqqı yoxdur. Yunis müəllim “Neftçi”ylə qarşılaşmada nə cür heyət, komanda qurmaq bacarığını göstərdi. Həmin görüşdə “Xəzər Lənkəran” rəqib meydançasında gözəl oyun nümayiş etdirdi.
- Komandanız hazırda 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Avrokuboklara vəsiqə qazanmaq şanslarınızı nə dərəcədə görürsünüz?
- Düzdü, ilk “altılıq”da zəif komanda yoxdur. Lakin unutmaq olmaz ki, bizimlə yanaşı “Neftçi”nin, “Qarabağ”ın, “İnter”in, “Qəbələ”nin də ağır oyunları var. Qarşıda hələ yeddi matç bizi gözləyir. Heç kim nə olacağını indidən söyləyə bilməz. Şansa gəldikdə isə onu “Xəzər Lənkəran”nın qarşıdakı çıxışları göstərəcək. Bunun üçün rəhbərlik tərəfindən komandaya hər cür şərait yaratmışıq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı