“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Dünən ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində təkrar görüşdə “Qəbələ”ni qəbul etdiniz. “Qarabağ”ın bo oyunda qalib gələcəyi və bol qollu bir matç gözlənilsə də, bu baş vermədi...
- Biz qol vurararq qələbə qazanmasaq da, ən əsası növbəti tura keçməyi bacardıq. Qarşımıza qoyulan məqsədlərdən biri də qapımızın toxunulmamazlığını saxlamaq idi. Şükürlər olsun ki, istəyimizə nail olduq. Qarşıda bizi bundan da çətin oyunlar gözləyir. Çalışmalıyıq ki, həmin qarşılaşmalara daha yaxşı hazırlaşaq.
- Birinci hissədən fərqli olaraq, fasilədən sonra “Qarabağ” daha ürəkli futbol nümayiş etdirdi. Səncə, buna səbəb nə idi?
- Ola bilər, bu, birinci hissədə bir az ehtiyyatlı oynamağımızdan irəli gəlirdi. Çünki “Qəbələ”nin güclü bir hücum xəttinə malik olmasını yaxşı bilirdik. İkinci yarıda qol vuraraq üstünlüyü ələ almaq barədə düşündük. Buna çox çalışsaq da, istəyimizə nail ola bilmədik. Lakin hər kəs gördü ki, rəqibdən fərqli olaraq üstünlük bizim tərəfimizdəydi. Ardı-arda təhlükəli epizodlara girirdik. Sadəcə olaraq, qol vurmağımız nəsib olmadı.
- Sənin özün birinci yarıda heç nə ilə yadda qalmadın. Lakin ikinci hissədə tam əksinə, çox fəal idin. Bunu nə ilə izah edərdin?
- İlk yarıda komanda olaraq bir ehtiyyatlı oynayırdıq. Daha çox müdafiəmizi fikirləşirdik. Ona görə də istədiyim reydləri həyata keçirmək çətin olurdu. Lakin ikinci hissədə “Qarabağ” tam başqa oyun nümayiş etdirməyə başladı. Bütün komandayla birgə hücuma keçir, lazım olan anda müdafiə olunurduq. Elə ən təhlükəli qol epizodlarımız da bundan sonra baş verdi. Hətta bir dəfə mənim ötürməmdən sonra komanda yoldaşım Vaqif Cavadovun zərbəsi dirəyə tuş gəldi.
- Yəqin sən də razılaşarsan ki, “Qəbələ” əvvəlki iki oyuna nisbətən daha zəif təsir bağışladı...
- Zəif deyəndə ki, hər iki komanda ehtiyyatlı oyuna üstünlük verir və erkən qol buraxmaq istəmirdi. Çünki buraxdığın bir səhv nəticəsində yarımfinalla vidalaşa bilərdin. Məhz buna görə nə “Qəbələ”, nə də biz ilk hissədə tam açıq futbola üstünlük verdik. Onların taktiki gedişlərini əvvəlcədən “oxuya bilmişdik”. Rəqibimiz özünə qapanıb daha çox əks hücum və standart vəziyyətlərdən yararlanmaq məqsədi güdürdü. Bu da onlarda alınmadı.
- Unibank Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda “Neftçi”ni qəbul edəcəksiniz. Bu qarşılaşmada hansı nəticəyə ümüd edirsən?
- Rəqibimiz turnir cədvəlində liderliyini sürdürməkdə davam edir. Hər bir komanda onların gücünə yaxşı bələddir. Hazırda bizi də beş xal fərqiylə üstələyirlər. Lakin buna baxmayaraq, “Qarabağ”ın yaxşı formada olması bizi ümidləndirir. Çox böyük səbirsizliklə bu görüşü gözləyirik. İnşallah doğma meydanda var gücümüzlə çalışacağıq ki, üç xalı qazanan tərəf biz olaq.
- Bir çox komanda yoldaşının hələ də çempion olacağınıza inamı azdı. Lakin “Neftçi”ni məğlub etsəniz xal fərqi ikiyə enəcək. Bəs sən necə düşünürsən?
- Ola bilər ki, çempionluq haqda əvvəlcədən fikirləşsək, oyunlara yaxşı köklənə bilmərik. Ona görə də, ancaq rəqiblərimizi məğlub etmək haqda düşünürük. Mənim fikirmcə, çempionluq haqda çempionatın bitiminə 2-3 tur qalmış danışmaq olar.
- Amma nəzərə alın ki, “Qarabağ” azarkeşləri çempionluğa inamsız olmağınızdan narazıdırlar...
- Onları başa düşürəm. Çünki çoxdandır “Qarabağ” çempion ola bilmir. Məni tanıyanlar da, rastıma çıxanlan azarkeşlər də çempion olmağımızı istədiklərini söyləyirlər. Biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, onların arzusunu ürəyində qoymayaq. Lakin bunu da başa düşməlidirlər ki, futbolda nəisə öncədən demək çətindir.
- “Neftçi”nin heyətində Flavinyo, Bahadır Nəsimov kimi futbolçular var. Flavinyo bu mövsüm “Qarabağ”ı udduqları hər iki oyunun qəhramanı olub, Bahadır Nəsimov çempionatın bombardiridir. Həmçinin, növbəti rəqibiniz bu mövsüm ən çox qol vuran komandadır.
- Adlarının çəkdiyiniz futbolçular həqiqətən də güclüdülər. Ələ düşən fürsətlərdən istifadə etməyi bacarırlar. Lakin mənim fikrimcə, Azərbaycanın ən güclü hücum xəttinə malik klubu “Neftçi” yox, “Qəbələ”dir. Əgər “Qəbələ”ylə başabaş mübarizə apara biliriksə, niyə də “Neftçi“ylə oyunda da bunu etməyək? Niyə onlardan çəkinməliyik? Biz “Neftçi”dən heç nəyə görə zəif deyilik.
Əli HƏYATİ
"Liverpul" Salahın yerinə onu nəzərdən keçirir
UEFA Superkubokunun matçı bu stadionda keçiriləcək
"Mingəçevir" daha iki transferini gerçəkləşdirdi
"Atletik" onu qeydiyyatdan keçirə biləcək
"Qarabağ"dan ayrıldı, "Sabah"a qayıtdı - Rəsmi
1-ci liqada yeni mövsümün ilk oyunları keçirildi
"Səbail" növbəti transferini açıqladı
"Sumqayıt" onunla yollarını ayırdı
"Turan Tovuz"dan yeni transfer - Rəsmi
Millimiz Belçikaya qalib gəldi
Kenan Yıldız A seriyasının ən yaxşısı seçildi
Luis Enrike əməliyyat olundu
Marko Roys klub prezidenti oldu
“Ayın qolu” layihəsində mövsümün ilk qalibi oldu - Video
"Qarabağ"ın U-19 komandası üçün legioner transfer edilib
"Çelsi"nin futbolçusu 3 aylıq sıradan çıxdı
"Sabah" vinger transfer etdi
Azərbaycan millisinin alacağı mükafatın - Məbləği
Modriç: "Yaş sadəcə rəqəmdir"
Azərbaycan klubu Braziliyadan futbolçu gətirdi
Artıq ən mühüm xəbərlər telefonuna gələcək!
"Qarabağ"da ən böyük arzularımı gerçəkləşdirirəm" - Koxalski
"Milan"dan Səudiyyə Ərəbistanı klubuna
Sudakov Azərbaycan millisi barədə nə dedi?
Kristian Eriksenin yeni klubu rəsmən açıqlandı
"Qarabağ"dan dünya reytinqində sıçrayış
“Formula 1"ə görə Bakının bəzi küçələri bağlanır
Ronaldo futbol tarixinin ən yaxşısı seçildi
Kim deyir ki, bir günə heç nəyi dəyişmək olmur?
Dünya çempionu 40 yaşında karyerasını bitirdi
İllaramendi bu kluba keçdi
"Qəbələ" fransalı yarımmüdafiəçi aldı - Rəsmi
"Mingəçevir" 6 transferini açıqladı
Yayda ayrıldığı kluba qayıtdı
Eriksen Bundesliqa klubuna keçməyə yaxındır
Millimiz Gürcüstana qalib gəldi
"Neftçi" Şeydayevlə yollarını ayırdı - Rəsmi
Rafinya Boliviya ilə oyundan sonra gileyləndi
"Qəbələ"dən yeni transfer - Rəsmi
Tuhel İngiltərə millisinin tarixinə düşdü
1-ci liqada mövsümün ilk oyunlarının hakimləri açıqlandı
"Beşiktaş"dan yeni transfer