“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Bu gün səfərdə “Bakı”nın qonağı olacaqsınız. Rəqib haqda nə deyə bilərsən?
- “Bakı” hazırda çox yaxşı təsir bağışlayır. Keçən turda səfərdə “Xəzər Lənkəran”ı məğlub etməsi onların gücündən xəbər verir. Bizimlə görüşə doğma meydanda çıxacaqlar. Bu isə onlar üçün əlavə üstünlükdür. Bir sözlə, bilirik ki, bizi ağır oyun gözləyir. Ancaq hər şeyə rəğmən qələbə qazanmaq üçün meydana çıxacağıq.
- Qış fasiləsindən sonra ilk qarşılaşmada “Bakı”nı səfərdə böyük hesabla məğlubiyyətə uğratdınız. Yenidən bunu təkrarlaya biləcəyinizi düşünmürsən?
- Həmin oyunda bu cür böyük hesabla qalib gələcəyimizi gözləmirdik. Ən azı heç-heçə olacağını fikirləşmişdik. Lakin indi heç bir komanda asan məğlub olmaq istəməyəcək. Yaxşı başa düşürük ki, çox çətin görüş olacaq. Açığı, indi biz böyük hesablı qələbə fikirləşmirik. Ən əsası minimal hesabla qələbə qazanaraq, xal ehtiyatımızı artırmaq istəyirik. Necə deyərlər, 1:0 olsun, bizim olsun. Vacib olan üç xaldır.
- Bayaq özün də qeyd etdin ki, “Bakı” ötən tur “Xəzər Lənkəran”ı səfərdə məğlub edib. Bu amil sizi narahat etmir?
- Bilirsiniz, “Bakı” elə bir komandadır ki, istənilən rəqibini məğlub edə bilər. Heyətində kifayət qədər səviyyəli futbolçu var. Məşqçi dəyişikliyindən sonra komanda yaxşı təsir bağışlayır. Ona görə də onlarla oyuna çox ciddi hazırlaşırıq. Çalışmalıyıq ki, öz oyunumuzu ortaya qoyaq.
- “Bakı”yla oyunda hansı nəticəyə ümid edirsən?
- Biz bugünkü oyunda meydana yalnız qələbə üçün çıxacağıq. Yəni heç-heçəni ağlımızdan belə keçirmirik. Çünki turnir cədvəlinə nəzər saldıqda, rəqiblərin bir-birindən xal fərqinin çox az olduğunu görə bilərik. Ona görə də yalnız qələbə üçün oynayacağıq.
- Son iki qarşılaşmada - həm kubok, həm də Premyer Liqa matçında məğlubiyyətdən son dəqiqədə yaxa qurtardınız. Komandanızın oyununda nə baş verir?
- Elə də qorxulu şey olduğunu düşünmürəm. Heç bir komanda daim qalib gələ bilməz. Elə oyunlar olur ki, məğlub olursan. Əsas odur ki, məğlub olmadıq. Bizə vacib olan bir xalı götürə bildik. heç-heçə oynamağımıza baxmayaraq, xeyli sayda qol vurmaq imkanı qazandıq. Sadəcə, onlardan istifadə edə bilmədik. Futbolda belə şeylər olur. Ona görə də heç nə fkirləşmədən öz futbolumuzu oynamalıyıq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı