Zaqatalanın “Simurq” klubundan ayrılan rusiyalı mütəxəssis Sergey Yuran Qol.Az saytının suallarını cavablandırıb. Müsahibədə Yuran klubu tərk etməsinin səbəbləri barədə danışıb.
- “Simurq”dan getməyinizin səbəbi nə oldu?
- Komandanın perspektivi olmadığı üçün oradan ayrıldım. Bir klubun qarşısına məqsəd qoyulmayıbsa, orada işləməyin mənası da yoxdur. Belə klub mənə uyğun deyil. Mənə demişdilər ki, biz qarşımıza böyük məqsədlər qoymuşuq, komandanın büdcəsi artılacaq və s. Amma zaman bütün bu vədlərin yalnız boş sözdən ibarət olduğunu göstərdi.
- Hər halda, siz özünüz komandanı tərk etmək qərarına gəldiniz, yoxsa klub rəhbərliyi belə məsləhət bildi?
- Bu qərar mənə məxsudur. Onlara bildirdim ki, əgər komandanın məqsədi olmasa, büdcə artırılmasa, klubu tərk edəcəyəm. Çünki belə vəziyyətdə işləyə bilmirəm. Dedim ki, gələn il üçün “Simurq”un qarşısında böyük məqsəd qoyulmalıdır. Klubun rəhbərliyi isə mənə bildirdi ki, ən əsas fikrimiz “İnter”lə bağlıdır, “Simurq” haqda hələ düşünmürük. Ona görə də, orada işləməyin mənası yox idi.
- Siz “Simurq”a gələndə konkret olaraq qarşınıza hansı vəzifə qoyulmuşdu?
- Qarşıma qoyulan məqsədlər komandanı toplamaq və Premyer Liqada saxlamaq idi.
- Əgər belə davam edərsə, “Simurq”un gələcəyini necə görürsünüz?
- Birincisi, komandanın maliyyə vəsaiti çox azdır. İkincisi də, bundan sonra əcnəbi məşqçilər daha həmin komandaya getməzlər. Ona görə ki, klubun verdiyi əmək haqqı çox azdır. Maksimum 4-5 min dollar.
- Bəs, hazırda nə işlə məşqul olursunuz?
- Rusiya klublarından birindən təklif almışam. Çox güman ki, Rusiya Premyer Liqasında çıxış edən klublarının birində məşqçi işləyəcəyəm.
- Həmin klubun adını deyə bilərsiniz?
- Yox hələ klubun hansı olduğunu söyləyə bilmərəm. Yaxın zamanlarda danışıqlar müsbət yekunlaşsa, açıqlama verəcəyəm.
- Yenidən Azərbaycan klublarının birində işləmək istəyərdiniz?
- Mən böyük məmnuniyyətlə Azərbaycan klublarında çalışardım. Əgər həmin komanda Avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyarsa. Klubun büdcəsi yaxşı olsa, niyə də, işləməyim?
- Bu mövsüm Unibank Premyer Liqada 10 məşqçi dəyişikliyi gerçəkləşib. Buna münasibətinizi öyrənmək istərdim.
- Bu barədə danışmaq çox çətindir. Baxır, hansı məşqçi niyə komandadan ayrılıb. Ola bilər ki, məşqçinin qarşısına qoyulan nəticəni verə bilməyib. Bu halda normal ola bilər. Lakin digər gerçək tərəflərini bilmədiyim üçün dəqiq bir söz deyə bilmərəm.
- Azərbaycandakı fəaliyyətiniz ərzində hansı klubun və məşqçilərin işini bəyəndiniz?
- Birinci növbədə “Qarabağ” klubunu və rəhbərliyini dəyərləndirmək istərdim. Qarşılarına qoyduqları məqsəd, göstərdikləri oyunlar buna əsas verir. Baş məşqçiləri də çox yaxşı işləyir. Məşqçi də artıq xeyli vaxdır ki, eyni klubu çalışdırır. Ona görə də, “Qarabağ”ı seçərdim.
- Qayıdaq yenə “Simurq”a. Sizdən sonra litvalı hücumçu Robertas Poşkus da komandadan getdi...
- Poşkus “Simurq”a mənə görə, mənim xahişimlə gəlmişdi. Məndən sonra da getdi.
- “Simurq” rəhbərliyi deyir ki, Poşkus komandanın düşərgəsini icazəsiz tərk edibmiş.
- Bunlar yalandan başqa bir şey deyil. Belə ağ yalan danışmaq olmaz. Belə haqsızlıq etmək düzgün deyil. Poşkus həyat yoldaşı xəstə olan vaxtı komandanın düşərgəsində olmayıb. Bunun acısı başa düşüləndi. Yoldaşı xəstəxanadan çıxanda isə Poşkus komandaya qayıtdı və məşqlərə başladı.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı