“Xəzər Lənkəran” klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilən Cüneyt Biçərin Qol.Az saytına müsahibəsi
- Cüneyt bəy, istefanız nə ilə əlaqədar oldu?
- “Qarabağ”a məğlub olduqdan sonra mənə qarşı bir qədər inamsızlıq yarandı. Bu qədər yaxşı nəticələrimiz olduğuna rəğmən, narazılıq var idi. Mənim fikrimcə, qazandığımız nəticələr uğursuzluq kimi dəyərləndirilə bilməz. “İnter”lə son kubok oyununda məğlub olmağımız komandadan getməyimə təkan verdi. Lakin həmin qarşılaşmada qalib gəlsək belə, istefa verməuə düşünürdüm.
- Ümumiyyətlə postunuzdan ayrılmaq haqda təklif sizdən,yoxsa rəhbərlik tərəfindən gəldi?
- “Qarabağ” oyunundan sonra düşərgədə mənə qarşı güvənsizlik də rol oynadı. Əgər belə şey vardısa, vəzifəmdə qalmağın anlamı yox idi. Mən baş məşqçisi vəzifəsinə gəldiyim üçün məsuliyyəti üzərimə götürmüşdüm. İyulun sonuna qədər də işimi görməliydim. Lakin heç də üzülmürəm. Ən əsası isə ona görə ki, komandanın uğuru üçün əlimdən gələni etməyə çalışdım.
- Sizə mövsümün sonuna qədər vaxt verməmələrini haqsızlıq kimi dəyərləndirirsinizmi?
- Bilirsiniz, artıq qarşılıqlı olaraq bir qərar verilib. Açığı, mən düşünürdüm ki, ən azı mövsümün sonuna qədər komandada qalacağam. Əgər belə olmasaydı, məni komandanın sükanı arxasına gətirməzdilər. Lakin uğurlarım olsa da, məndən məmnun olmadıqlarını gördüm. Açığı, artıq komanda olaraq yaxşı oyun oynamağa başlamışdıq. Amma düşərgədə məndən narazılıq olduğunu düşündüm. Komandadan ayrılmağıma baxmayaraq, “Xəzər Lənkəran”ın hazırda heç bir şey itirmədiyini də söyləyə bilərəm.
- Əgər mövsümün sonuna qədər sizə vaxt verilsəydi, komandanı avrokuboklara daşıya biləcəkdiniz?
- Mən özümə inanmasaydım, “Xəzər Lənkəran”ı qəbul etməzdim.
- “Xəzər Lənkəran”dan tam olaraq ayrıldınız, yoxsa?..
- Xeyr, ilin sonuna qədər aşağı yaş qruplara üzrə işlərimi davam etdirəcəyəm. İlk olaraq komandaya gəldiyim ilk gündən mənə verilən vəzifəni icra edəcəyəm. Aşağı yaş qrupları üzrə futbolçularla işləyəcəm.
- Sizin əvəzinizə komandaya gətrilən yeni baş məşqçi Yunis Hüseynov haqda nə deyərdiniz?
- Düzü, onu tanımıram. Lakin Yunis bəyə uğurlar arzulayıram.
- Bəs, “Xəzər Lənkəran”da işlədiyiniz dövrdə şəxsən sizi komandada qane etməyən nə oldu?
- Mən oyunçular və komandadan narazı qalmadım. Bunu heç bir yerdədə demədim. Çünki komandadakı 24 futbolçuyla eyni yola baş qoymuşduq. Ancaq futbolun içində şansızlıq, bizim və ya oyunçunun xətaları qaçılmaz olur. Mən hər zaman işimin sonluğunu düşünən bir insanam.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı