“Qəbələ” klubunun qapıçısı Pavels Doroşevsin Qol.Az saytına müsahibəsi
- Dünən ölkə kubokunun 1/4 final mərhələsində “Qarabağ”la ilk oyunuz 2:2 hesabıyla başa çatdı. Belə məhsuldar bir qarşılaşma olacağını gözləyirdin?
- İlk öncə “Qarabağ”ın çox güclü komanda olduğunu demək istəyirəm. Mən fikrimcə, oyun baxımından digər klublardan çox fərqlənir. “Qarabağ” bizim indiyədək qarşılaşdığım rəqiblərimiz arasında ən iddialısıdır. Oyun çox sürətli keçdi və bollu qol vəziyyətləri oldu. Ona görə də artıq ilk hissədə məhsuldar bir görüş olacağını düşünmək olardı. Hər iki komanda daha çox fərqlənə bilərdi. Sadəcə, lazımı anda hücumçular bir az dəqiq olmadılar.
- Oyunun 90-cı dəqiqəsində qapınızda qol görərək qələbəni əldən verməyinizə nə səbəb oldu?
- Fikrimcə, “Qarabağ” kimi komandalarla oyunun 90+5 dəqiqəsinə qədər mübarizə aparmalısan. Ola bilsin ki, biz qələbəni erkən qeyd etdiyimiz üçün bir az arxayınlaşdıq. Ona görə də, oyunun ipini əlimizdən tez buraxdıq, nəticədə qələbə əldən çıxdı. “Qarabağ” isə elə komandadır ki, belə səhvləri bağışlamır. Belə oyunlar elədi ki, bir az nəzarəti itirən kimi, dərhal rəqib səni cəzalandıracaq. İki qolu rəqibə istəmədən “hədiyyə” etdik.
- Bəs, Muarrem Muarremin vurduğu sonuncu qolda sənin səhvin yox idi?..
- Həmin anda heç düşünməzdim ki, rəqibə sərbəst zərbə vurmaq üçün imkan verəcəklər. Düzü, topun qapıya necə daxil olduğunu görmədim. Hər şey bir anın içində oldu. Düzdü, həmin qolda mənim də səhvim vardı. Lakin qələbəni əldən verdiyimiz üçün təkcə mən yox, bütün komanda məhsuliyyət daşımalıdır.
- Cavab matçında “Qarabağ”ın doğma meydanda oynayacağını nəzərə alsaq, növbəti mərhələyə çıxmaq şanslarınız necə görürsən?
- Mənim üçün heç bir fərqi yoxdur. Düşünürəm ki, Quzanlıda bərabər səviyyəli bir matç olacaq. Hər iki komandanın növbəti mərhələyə çıxmaq şansı çoxdur. Ancaq gəlin, sualı belə qoyaq ki, biz bu şanslardan maksimum istifadə edə biləcəyik, ya yox? Ona görə də, daha məsulliyyətli olmalıyıq.
- Unibank Premyer Liqanın bu həftə keçiriləcək 24-cü turun oyununda yenə də “Qarabağ”la görüşəcəksiniz.
- Bilirsiniz, hazırda turnir cədvəlində vəziyyət çox gərgindir. Rəqiblərimizin hamısının güclü olduğunu nəzərə almaq lazımdır. Keçən turda şahidi oldunuz ki, istənilən komanda məğlub ola bilər. Yəni hər kəsin şansları bərabərdir. “Qarabağ” evdə çox inamlı təsir bağışlayır. Onlar xüsusən, qısa ötürmələrlə rəqiblərini çaş-baş salırlar. “Qarabağ”a qalib gəlmək asan deyil. Hər şey oyunun gedişatından asılı olacaq.
- Səncə, “Qəbələ”nin Avroliqaya vəsiqə qazanmaq şansı Unibank Premyer Liqasında, yoxsa ölkə kubokunda daha çoxdur?
- Rəhbərlik ilk növbədə qarşımıza oyunlara çıxaraq qələbə qazanmaq məqsədi qoyub. Fikrimcə, hər ikisində də avrokuboklara vəsiqə qazanmaq şansımız var. Çox şey özümüzdən asılı olacaq. Hər ikisində də mübarizəni axıra qədər aparmalıyıq ki, nəticədə istəyimizə nail oaq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı