“Qarabağ”ın gürcüstanlı futbolçusu Georgi Adamiyanın Qol.Az saytına müsahibəsi
- Qış fasiləsindən sonra üç, ümümilikdə isə bu çempionatda aktivində altı qol var. Dünən “Xəzər Lənkəran”la oyunda da komandana qələbə gətirən yeganə qola imza atdın. Artıq əvvəlki formanı qaytardığını söyləmək olar?
- “Qarabağ”ın Türkiyədəki təlim-məşq toplantısından sonra bütün komanda yaxşı təsir bağışlayır. Qış fasiləsindən sonra öz oyunumu bərpa edə bilmişəm. Bəli, demək olar ki, əvvəlki formamı bərpa etməkdəyəm.
- Ancaq mövsümün əvvəlində qeyri-sabit çıxış edirdin. Bunu nə ilə əlaqələndirirsən?
- Birinci dövrədə, ümumiyyətlə, təkcə mən yox, komandamız oynaya bilmirdi. Avrokuboklardan sonra futbolçularda bir az yorğunluq hiss olunurdu. Həm keçənilki, həm də ondan əvvəlki çıxışlarımız da belə olmuşdu. Birinci dövrədə komanda sabit oynayır. İkinci dövrədə isə öz formasını yığaraq, uğurlu çıxışlar edir. Yəni “Qarabağ”ın ikinci dövrədəki çıxışları birincisindən daha uğurlu olur.
- “Xəzər Lənkəran”la oyundan bir gün əvvəl 31 yaşını qeyd etdin. Vurduğun qolu özünə hədiyə kimi qiymətləndirə bilərik?
- Bəli. Ancaq hər meydana çıxdığım oyunda birinci növbədə komandamın qalib gəlməsi üçün çalışıram. Qol vurmağa gəldikdə isə bu, mənim məqsədim yox, borcumdur. Şükürlər olsun ki, buna nail oldum. Lakin qabaqcadan qol vuracağımı hiss etməyim çox nadir hallarda olur.
- Komandanızın hücumçularının qol vurmaqda çətinlik çəkməsini nə ilə əlaqələndirərdin?
- Deyə bilmərəm ki, hücumda problemlərimiz var. Heyətimizdə yaxşı hücumçular toplaşıb. Keçən mövsüm biz heç də az qollar vurmamışdıq. Hələ ki, çempionatımız başa çatmayıb. Bu mövsüm başa çatandan sonra baxıb görərik hansı komandanın aktivində neçə qol var. Demək istəyirəm ki, hələ irəlidə xeyli oyunumuz var.
- Artıq doqquz oyundur ki, qapınızda qol görmürsünüz. Bu, o anlama gəlmirmi ki, “Qarabağ”ın müdafiə xətti hücumdan daha güclüdür?
- Bu yaxşı haldır ki, müdafiəmiz inamlı oynayır. Əgər müdafiə qol buraxmayaraq inamlı təsir bağışlayırıqsa, bunun nəyi pisdi ki? Razıyam, rəqiblərimizin qapısına 1-2 top vuraq, amma nəticədə komanda qalib gəlsin.
- Bir çox güclü komandaları məğlub edə bilsəniz də, “Qəbələ”ylə oyununuz alınmır. Təsadüfdən bu həftə onlarla iki oyunuz var – bir kubokda, digəri çempionatda.
- Onlarla oyunumuz hər zamankı kimi, gərgin və çətin olur. Lakin mən bu amilə xüsusi önəm vermirəm. Onsuz da ilk “altılıq”da yarışan komandaların hamısı çox güclüdür. Düzdü, “Qəbələ” evdə daha inamlı oynayır. Buna onların “Neftçi”ni böyük hesabla məğlubiyyətə uğratdığı oyunda da şahidi olduq. Onların səviyyəli futbolçuları var. Baxarıq, qarşıda hələ iki kubok və iki çempionat oyunu var.
- Hazırda turnir cədvəlində lider “Neftçi”dən beş xal geri qalırsınız. “Qarabağ”ın çempion olmaq şansları nə qədədir?
- Şans hər zaman var. Xüsusən də qarşıda hələ doqquz tur keçirilməlidir. Lakin bizim indiki məqsədimiz hər oyunda meydana qələbə üçün çıxaraq, daha çox xal yığmaqdır. Sonrası necə olacağına doqquz turdan sonra baxacağıq. Şəxsən mən çempion ola biləcəyimizə inanıram.
- Bu mövsüm üçün neçə qol vuracağını qarşına məqsəd qoymusan?
- Mən qarşıma belə bir məqsəd qoymamışam. Mənim üçün daha önəmli komanda oyunudur. Kimin qol vurmasına xüsusi önəm vermirəm. Əsas məsələ qələbə qazanmağımızdı.
Əli HƏYATİ
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi