“Bakı” klubunun sabiq çalışdırıcısı, Türkiyənin “Karabükspor” komandasının baş məşqçisi Bülənt Qorxmazın Qol.Az saytına müsahibəsi
- Dünən “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov istefaya göndərildi. Onun komandadan ayrılmasından sonra sizin yenidən bu klubun baş məşqçi vəzifəsinə gətiriləcəyiniz barədə xəbərlər yayılıb. Buna münasibətiniz necə oldu?
- Hazırda mənim “Karabükspor”la müqaviləm qüvvədədir. Türkiyə Superliqası hələ davam edir. Çox sağ olsunlar ki, məni yenidən “Bakı”da görmək istəyənlər var. Amma mən bütün fikrimi komandama yönəltmişəm.
- Klubun prezidenti Hafiz Məmmədov Qol.Az saytına açıqlamasında sizi yenidən komandasında görməkdən məmnun olacağını bildirib. O deyib ki, Bülənt Qorxmaz üçün qapımız hər zaman açıqdır.
- Mən Hafiz Məmmədova böyük hörmət bəsləyirəm. O, çox sevdiyim bir insandır. Mən onun rəhbəri olduğu istənilən yerdə çalışaram. Hafiz Məmmədov ölkəniz üçün çox önəmli bir insandır. Amma dediyim kimi, mənim “Karabükspor”la müqaviləm var. Gələcəkdə nəyin necə olacağını indidən deyə bilmərəm. Açığı, bu mövzu ilə əlaqədar danışmağım da düzgün deyil.
- Son günlər “Bakı” klubu ilə bu məsələ ilə əlaqədar hər hansı bir danışığınız olubmu?
- Heç bir danışıqlar aparılmayıb. İndiki vəziyyət üçün belə bir danışığın aparılması doğru olmazdı. Bu mənim komandama da hörmətsizlik olardı.
- “Karabükspor”la müqaviləniz nə zaman bitir?
- Hələ gələn mövsüm də komandanı çalışdırmalıyam. Amma bu mövsümün sonu klub rəhbərliyi ilə danışıqlarım olacaq.
- Azərbaycan çempionatının oyunları ilə maraqlanırsınızmı?
- Azərbaycanda hələ də ünsiyyətdə olduğum insanlar var. Heç bir zaman əlaqələrimizi kəsmədik. Amma işlərim çox olduğundan oyunları izləməyə vaxt tapa bilmirəm.
- “Bakı”da sizin rəhbərliyiniz altında da oynayan Jaba Superliqa təmsilçisi “Antalyaspor”a transfer olundu. Ümumiyyətlə, necə fikirləşirsiniz, “Bakı” klubunda Superliqada çıxış edə biləcək səviyyədə futbolçu varmı?
- Jaba çox önəmli futbolçudur. Amma mən başa düşə bilmədim ki, o, “Bakı”nı niyə tərk etdi. Bayaq dediyim kimi, çempionatı izləyə bilmirəm. Bu səbəbdən sualınıza cavab verə bilməyəcəm.
- Yerli futbolçularımızın gələcəkdə “Karabükspor”da çıxış etməsini gözləmək olarmı?
- “Karabükspor”un gələcəyi ilə bağlı hələ heç bir plan qurmamışam. Tək düşündüyüm komandanı Superliqada saxlamaqdır. Mövsüm bitdikdən sonra bu barədə fikirləşmək olar.
Ümid AYXAN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı