Bu gün www.etopaz.az saytının rəsmi təqdimetmə mərasimi keçirilib.
Qol.Az-ın məlumatına görə, tədbiri açan “Azəridmanservis” şirkətinin baş direktoru Azər Məhərrəmov bildirib ki, ötən ilin yanvarından etibarən Azərbaycanda fəaliyyətə başlayan “Topaz” şəbəkəsinin artıq ölkə üzrə 260-dan artıq dileri var. “Bu gündən etibarən etopaz.az saytı da rəsmən bu şəbəkənin üzvü olur”.
www.etopaz.az-ın işlətmək hüququnu alan “Netbet” MMC-nin baş direktoru Altay Əliyev bildirib ki, bundan sonra insanlar çox rahat şəkildə, evlərində, ofislərində sayta daxil oluraq pul qoyuluşu edə bilərlər: “Azarkeşlər telefonla wap.etopaz.az saytına girməklə də proqnoz verə bilərlər”.
A.Əliyev deyib ki, sayt fevralın 14-dən fəaliyyət göstərir: “Bu gün isə biz onun rəsmi təqdimetmə mərasimini keçiririk”.
Onun sözlərinə görə, bundan sonra Azərbaycandan xarici bukmeyker kontorlarının saytlarına girişin qadağan olunması üçün Rabitə və İnformasiya Texnologiyalara Nazirliyinə müraciət olunacaq: “Həmin saytlar Azərbaycan dövlətinə heç bir vergi ödəmirlər. Biz həmçinin həmin saytlarla valyuta əməliyyatlarının aparılmasının dayandırılması üçün Milli Banka müraciət edəcəyik”.
Jurnalistlərin suallarını cavablandıran A.Əliyev “Topaz” əmsalları ilə etopaz.az-ın əmsalları arasında heç bir fərq olmayacağını bildirib: “Bizim siyasətimiz “Topaz”ın vahid siyasətinə uyğun olacaq”. O, həmçinin təkli oyunların sayının da “Topaz”ın müəyyənləşdirdiyi qaydada olacağını bildirib.
A.Əliyev qeyd edib ki, etopaz.az saytında pul qoyuluşu ilə bağlı heç bir limit olmayacaq.
Yuxarı
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi
"İnter"in futbolçusu "Latsio"da
"Kəpəz"də yeni müqavilə
"Fənərbaxça"nın futbolçusu Braziliya klubuna keçir
İspaniya Superkubokunun oyunları İstanbulda
Daha bir ölkə İnfantinoya dəstəyini geri çəkdi
"Şəfa"nın 19-cu transferi fransalı oldu
Doku daha 5 il "Mançester Siti"də
La Liqada çipli toplardan istifadə olunacaq