 
                    
                Xəzər verdiyimiz kimi, “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak Azərbaycan milli komandasının təlim-məşq toplanışını izləmək üçün Dubaya getməkdən imtina edib. Qol.Az saytına müsahibəsində türkiyəli mütəxəssis belə bir addım atmasının səbəbini açıqlayıb.
- Fatih bəy, yerli klublarımızdan bir çoxunun baş məşqçisi AFFA-nın dəvətini qəbul etsə də, siz bundan boyun qaçırdınız.
- Qış fasiləsindən sonrakı oyunların gərginliyi göz qabağındadır. Qarşıdakı bir çox ağır matçları nəzərə alaraq, Dubaya getməməyi üstün tutdum. Hər komandanın qazandığı nəticə çox önəmli sayılır. “Qəbələ”nin də turnir cədvəlindəki hazırkı vəziyyətini nəzərə alsaq, yaxşı nəticə qazanmaq bizim üçün daha önəmlidir. Bu səbəbdən komandayla birgə qalmagı məsləhət bildim.
- Sizcə, məşqçilərin bu toplanışa aparılması nə kimi əhəmiyyəti var?
- Əslində bunun çox yaxşı bir şey olduğunu deyə bilərəm. Belə götürdükdə, bütün məşqçilər daim öz üzərində çalışmalıdır. Yoxsa, bildiklərini də itirə bilərlər. Bu da bir fürsətdir ki, təkcə milli komandanızın məşqlərini yox, digər yığmaların da durumlarının şahidi olsunlar. Belə olan halda təcrübələrini artırmış olacaqlar. Məncə, bu, yerli məşqçilərə əla bir təklif idi. Sadəcə olaraq, zaman baxımından uyğun olmadığı üçün gedə bilmədim.
- Çempionatın gərgin bir vaxtında yerli məşqçilərin Dubaya aparılmasını nə dərəcədə doğru sayırsınız?
- Belə götürəndə hansı məşqçi ki, vaxtının kifayət qədər olduğunu düşünürdüsə, bu səfərə razılıq verdi. Bir daha deyirəm, bu, gözəl bir təklif idi. Buna görə də onlara öz təşəkkürümü bildirirəm. İnanıram ki, daha uyğun bir vaxtda yenidən belə bir təkliflər alacağıq.
- “Qəbələnin vitse-prezidenti Fariz Nəcəfov mətbuata açıqlamasında deyib ki, Fatih Kavlakın toplanışda iştirakının milliyə xeyiri yoxdur.
- Onun dediklərində həqiqət var. Bizi Dubaya milliyə xeyir vermək üçün çağırmamışdılar. Sadəcə, bir qədər təcrübə toplamağımızı təklif etdilər. Ola bilsin ki, hazırlıq prosesində Berti Foqtsla bəzi müzakirələr apara, faydalı məsləhətlər verə bilərdik. Yəqin Fariz bəy bunu nəzərdə tutub.
- Komandanızın bir neçə əsas oyunçusu yığmanın heyətindədir. Onların millidən yorğun və ya zədəli qayıtması planlarınızı poza bilərmi?
- Mahir Şükürov və Aleksandr Çertoqanov millidə uzun zamandır ki, çıxış edir. Ona görə də bu cür hazırlıqlara vərdiş etdiyini düşünürəm. Düzdü, bizimlə olsaydılar, daha yaxşı olardı. Lakin bunun “Qəbələ” üçün bir problem yaradacağını düşünmürəm. Birdə ki, hər bir futbolçu milli çağırılarsa, gedib oynamalıdır. Burada vətənpərvərlik məsələsidə əsas durur. Bu amil dünyanın bütün yerində var. İnanıram ki, yığma komandasının heyətindən ruh yüksəkliyiylə qayıdar. Əgər belə olmasa, psixoloji durumunu burada düzəltməyə çalışacağıq. Zədələnə biləcəyi barəsində danışmaq istəmirəm. İnşallah, zədələnmədən komandalarına geri dönərlər.
- Sizin fikrinizcə, Sinqapur, Fələstin, Hindistan kimi futbol tarixi olmayan bir ölkəylə yoldaşlıq oyunu keçirmək Azərbaycan millisinə nə verə bilər?
- Bu, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun məsələsidir. Bir mütəxəssis kimi, mən yaınlz öz komandam barəsində danışa bilərəm. Ancaq milli haqda fikir yürütmək istəmirəm. Çünki hazırda yığmanızın hansı durumda olduğunu bilmirəm. Milli üçün belə rəqiblər seçilibsə, deməli, məşqçilər daha doğru bildiklərini ediblər. Gərək işin içində olasan ki, nə fayda verəcəyini də anlayasan. Əgər bilmədən bir söz desəm, o zaman Berti Foqts mənə gülə bilər. Çünki Fatih Kavlak millinin planları, çatışmazlıqları haqda heç nə bilmir. Ona görə də, milli barəsində danışmamağım daha məsləhətdir.
Əli HƏYATİ
Azərbaycan komandası Aktauda birinci yeri tutdu
“Seltik” Robertson üçün hərəkətə keçdi
Uzunmüddətli zədədən sonra məşqlərə qayıtdı
“Bavariya” “Milan”ın 33 illik rekordunu geridə qoydu
Azərbaycanın paragüllə atıcısı dünya kubokunda üçüncü oldu
“Yuventus”un hücumçusu Premyer Liqa klublarının hədəfində
“Liverpul”un uzunmüddətli müqavilə planı
Ərdoğan o hakimlər haqda istintaqdan danışdı
Vlahoviç: “Özümü komandanın lideri kimi hiss etmirəm”
Serbiya millisində yeni baş məşqçi
“Barselona” Osimhenlə maraqlanır
U-17 millimiz Moldova ilə heç-heçə etdi
Amorim, Arteta, Emeri, İraola
"Liverpul"dan daha bir antirekord
Arzusu gerçəkləşdi - Şəkillər
AFFA 9 komandaya texniki məğlubiyyət verdi
PSJ-nin futbolçusu sıradan çıxdı
Futbolumuzun yeni qoleadoru?..
"Kəpəz"ə 10 min cərimə, futbolçusuna 4 oyunluq cəza
İngiltərə futbolunda yeni rekord
Eks "Qarabağ"lı istefa verdi
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
2-ci liqada 18 oyunun vaxtı açıqlandı
"Yuventus"un qələbəsiz oyunlar seriyası bitdi - Video
“Sumqayıt” 50-yə çatdı
"Kəpəz"in Azərbaycan kubokunda yubiley qolu
Slot uğursuzluqlarından danışdı
“Liverpul”dan biabırçı göstərici
"Araz-Naxçıvan" Çempionlar Liqasına qələbə ilə başladı
"Sırf Abubakarın arxasınca qaçmamışdıq" - Samir Abasov
Endrik “Real”dan gedə bilər
PSJ-dən ayrılmaq istəyir
Azərbaycanda çalışmış baş məşqçi Türkiyə klubundan ayrıldı
Onun da adı Şöhrət Zalına daxil edildi