Bakının “İnter” klubunun gürcüstanlı müdafiəçisi İlia Kandelaki Unibank Premyer Liqasının 21-ci turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Doğma meydanda debütant “Sumqayıt” komandasını 2:0 hesabıyla məğlub etdiniz. Bu oyun haqda fikirlərini öyrənmək istərdim.
- Baxmayaraq ki, rəqib komanda gənclərdən təşkil olunmuşdu, meydanda sona qədər mübarizə aparırdılar. Məncə, pis təsir bağışlamadılar. Lakin ümumilikdə biz onlardan çox güclü idik. Yəni səviyyə fərqi özünü göstərdi.
- Baçana Sxadadze hesabı açdıqdan bir dəqiqə sonra komanda yoldaşın Arif Daşdəmirov qırmızı vərəqə aldı. Səncə, hakim verdiyi qərarda haqlı idi?
- Əslində bir futbolçu kimi hakimlər haqda danışmağım düzgün çıxmır. Həmin epizoda hakim daha yaxın idi. Ona görə də hakimin Arif Daşdəmirovu meydandan haqlı olaraq uzaqlaşdırıb-uzaqlaşdırmadığını deyə bilmərəm. Əgər oyunun baş hakimi belə qərar veribsə, deməli, doğrudur.
- Meydanda azlıqda qaldıqdan sonra qələbəni əldən verə biləcəyinizi düşündünmü?
- Biz bu oyuna üç xal üçün çıxmışdıq. Ona görə də nəyin bahasına olursa-olsun, qələbə qazanmalıydıq. Lakin hər komanda azlıqda qaldıqdan sonra daha bir qol vuraraq qələbə qazanmağı bacarmır. Arif meydandan qovulduqdan sonra, hesabı qorumağa çalışırdıq. Buna baxmayaraq, ikinci qolu da rəqib qapısından keçirməyə müəssər olduq. Məncə, komanda yoldaşlarım azlıqda qalanda təşvişə düşmədi. Əksinə daha inadkar mübarizə aparmağa başladıq.
- Baş məşqçiniz Kaxaber Sxadadze dedi ki, komanda azlıqda qaldıqdan sonra oyunu itirəcəyindən ehtiyat edib.
- Onu anlamaq olar. Çünki bir çox oyunda belə hadisələrin şahidi olmuşuq. Məncə, psixoloji təsir altına düşməməyimizə hesabda irəlidə olmağımız səbəb oldu. Həm də, “İnter” döyüşkən bir komanda olduğundan çətinliyin öhdəsindən gəlməyi bacardı.
- Unibank Premyer Liqasında növbəti qarşılaşmanız “Bakı”ya qarşı olacaq. Bu oyunda qələbə qazanmaq şanslarınız nə dərəcədədir?
- Əvvəla, “Bakı”yla oyuna xeyli vaxt var. Ona görə də həmin oyuna daha yaxşı hazırlaşacağıq. Baxmayaraq ki, “Bakı” öz meydanında “Qarabağ”a böyükhesabla məğlub oldu, bizi çətin qarşılaşma gözləyəcəyini deyə bilərəm.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir