“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Qol.Az saytına müsahibəsi
- Qış fasiləsi zamanı yeni transfer həyata keçirmədiniz. Buna ehtiyac duymadınız, yoxsa istədiyiniz oyunçunu tapa bilmədiniz?
- Özünüz də gördünüz ki, fasiləyə kimi komandamız necə oynayırdı. Ona görə də köklü dəyişikliyə lüzum görmədim. Dəyişikliyə o zaman ehtiyac olur ki, komanda istənilən oyunu göstərə bilmir. Yenə də 2-3 transfer həyata keçirmək istəyirdik. Amma alınmadı. Bildiyiniz kimi, qış transferi zamanı azad agent statuslu oyunçu az olur. Baxışa gələn futbolçuların səviyyəsi isə bizi qane etmədiyinə görə yeni transfer etmədik.
- Qarşıda sizi çox çətin oyunlar gözləyir. Necə düşünürsünüz, hazırkı heyət çempionluq mübarizəsini davam etdirməyə imkan verəcək?
- Mən buna inanıram. Unutmaq lazım deyil ki, rəqiblərimiz də çox güclü oyunçulara malik komandalardır. Buna baxmayaraq, gərək hər oyunda qələbəyə köklənəsən və qələbə əzmiylə çıxasan.
- “İnter”in hədəfləri dəyişməyib?
- İlk hədəfimiz "altılığ"a düşmək idi. Artıq bunun öhdəsindən gəlmişik. Bundan sonrakı məqsədimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır.
- Əgər istəyinizə nail olmasınız, bunu uğursuzluq hesab etmək olar?
- Bilirsiniz ki, bizdən başqa daha beş komanda yüksək yerlər uğrunda yarışacaq. Düşünürəm ki, hər bir komandanın çempion olmaq və ya ilk üçlüyə düşmək şansı var. Ona görə də, hesab edirəm ki, istədiyimiz yeri tuta bilməsək, bunu normal qəbul etmək lazımdır.
- Növbəti turda Gəncədə “Kəpəz”lə oyununuz var. Həmin oyuna hazırlıq necə gedir?
- Normal. Çox çətin oyun olacaq. Havanın da şaxtalı-qarlı keçməsi digər tərəfdən oyunumuza mane ola bilər. Biz hələ stadionun vəziyyətinin nə yerdə olduğunu bilmirik. Türkiyədə hazırlıq prosesində olduğumuz zaman oradakı stadionların vəziyyəti bizi razı saldı. Çox istərdik ki, burda da elə meydançalar olsun. Bizim klub oyunun “Şəfa” stadionunda keçirilməsi üçün “Kəpəz” rəhbərliyinə müraciət etdi. Amma onlar bu təklifi qəbul etmədilər. Bunu normal qarşılayırıq. Cünki onlar da oyunu doğma azarkeşlər önündə keçirmək istəyirlər. Biz stadionun vəziyyətinin yaxşı olmasını istərdik. Oyuna isə ancaq qələbə üçün çıxacağıq.
- Bu ayın sonunda milli komandamız Dubayda toplanışa gedir. Berti Foqts klubların baş məşqçilərinin də hazırlıq prosesinə aparılması təklifiylə çıxış edib. Siz Dubaya gedəcəksiniz?
- Çox güman ki, yox. Düzdür istək var, amma komandadan uzun müddət də ayrıla bilmərəm. Çünki martın 3-də oyunumuz olduğundan ona hazırlaşmağımız lazımdır.
- “İnter” həm çempionluq, həm də ölkə kuboku uğrunda mubarizə aparır. Hər iki cəhbədə mübarizə aparmaq sizin üçün çətin deyil? Sualı başqa formada qoyaq: iki titul uğrunda mübarizədə üstünlüyü daha çox hansına verəcəksiniz?
- Əgər biz kubok oyunlarında da mübarizəni davam etdiririksə, deməli, qazanmaq istəyirik. Amma gərək imkanlarımız istəklərimizlə üst-üstə düşsün. Hər iki cəhbə mübarizə aparmaq o deməkdir ki, biz nəyə isə nail olmuşuq və bu turnirlərdə gücümüzü göstərmək istəyirik. Həm çempionluq, həm də kubok bizim üçün vacibdir
- Oğlunuz Baçana Sxadadze dekabr ayı üçün Unibank Premyer Liqasının ən yaxşı futbolçusu seçildi. Hazırda o, komandanızın əsas heyət oyunçusudur. Bir ata olaraq oğlunuzla bağlı fikirləriniz necədir?
- Dediyiniz kimi, Baçana dekabr ayının ən yaxşı oyunçusu seçildi. Ona görə ki, həmin vaxt o özünü göstərə bildi və əsas heyətə düşdü. O, hələ gəncdir. Hazırkı oyunuyla kifayətlənməməli və öz üzərində daha çox çalışıb irəli getməlidir. Əgər vaxt keçdikcə daha yaxşı oynasa, əsas heyətdə yerini daha da möhkəmlədə bilər. Bir sözlə, gələcək karyerası özündən aslıdır.
Şükür CAVAD
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da