Bakının “Neftçi” klubunun özbəkistanlı hücumçusu Bahadır Nəsimov Antalyada keçirilən Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə dörd qol vurub. Bununla da o, yarışın bombardirləri siyahısına başçılıq edir. Nəsimov fevralın 1-də Özbəkistanın “Paxtakor” komandasıyla görüşdə (3:0) də 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Bu oyundan sonra “Neftçi”nin hücumçusu Qol.Az saytının suallarını cavablandırıb.
- Yəqin ki, turnirdə özünün çıxışından razı qalmısan. Hər halda, hazırda bombardirlər siyahısında birincisən.
- Əsas odur ki, turnirdə yaxşı oynayıb ikinci yeri tutduq. Hazırda Azərbaycan çempionatına hazırlaşırıq. Təlim-məşq toplanışı istədiyimiz kimi gedir. Əsas odur ki, komanda yoldaşlarımız bir-birini yaxşı başa düşür. Mənim burada neçə qol vurmağım isə vacib deyil. Başlıcası komandanın uğurudur. Qolların davamını Azərbaycan çempionatında gətirmək lazımdır ki, komanda üçün daha böyük fayda verəsən.
- “Neftçi” ilk oyunda Ukrayna “Metallist”inə qalib gəlsəydi, artıq bu turnirin finalındaydı. Səncə, həmin oyunda əsas futbolçularınızın yoxluğu məğlubiyyətinizdə nə dərəcədə rol oynadı?
- Bildiyiniz kimi, Flavinyo, Alessandro da Silva ukraynalılarla matçda iştirak etmədilər, zədəli Ruslan Abışov isə yalnız oyunun sonralarında meydana daxil oldu. Əlbəttə, onların yoxluğu nəticəyə təsirini göstərdi. Unutmayaq ki, “Metallist” təkcə Ukraynanın yox, Avropanın yaxşı komandalarındandır. Bizimlə oyunda onlar əsas futbolçularla meydana çıxmışdılar. Start heyətdəki 11 futbolçudan 10-u legioner idi. Belə komandalarla oynamaq həmişə ağırdır.
- Sənin fikrincə, qış fasiləsində “Neftçi”yə yeni futbolçu lazım idimi?
- Bu, mənim səlahiyyətimə aid deyil. Yaxşı olar ki, məşqçilər bu haqda danışsınlar. Bizim işimiz meydana çıxıb oynamaqdır. Məqsədimiz isə növbəti dəfə çempionluğu qazanmaqdır.
- Bəs, bu yolda sizə əngəl ola biləcək komandalar hansılardır?
- Mən hesab edirəm ki, “altılıq”da oynayacaq komandaların hamısı ciddi rəqibdir, hər biri yüksək yerlər uğrunda oynayacaq. Buna görə də indidən birmənalı şəkildə nəsə deyə bilmərəm. Gəlin, movsümün sonunu gözləyək. Onda hər şey daha dəqiq bilinəcək.
- Sən, Azərbaycan çempionatının ən güclü hücumçularından sayılırsan. Unibank Premyer Liqasında hansı müdafiəçiləri ən güclülər sırasında görürsən?
- Adlarını bir-bir sadalaya bilmərəm. “Qarabağ”, “Xəzər Lənkəran”, “İnter” və “Neftçi”də yaxşı müdafiəçilər var.
- Yeri gəlmişkən, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli deyib ki, sənin oyunundan xoşu gəlmir.
- Mən onun fikirləri haqda danışmaq istəmirəm. Nə istəyirsə, desin. Qoy, mən pis futbolçu olum, o isə yaxşı.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı