AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Artıq 11 gündür ki, hakimlərimiz Antalya şəhərində təlim-məşq toplanışındadırlar. Hazırlıq prosesinin gedişatı sizi qane edirmi?
- Tam qane edir. Bəlkə də bu, son 3-4 ildə keçirdiyimiz ən yüksək səviyyəli toplanışdır. Əvvəldən nəyi plan planlaşdırmışdıqsa, hamısını həyata keçirə bilmişik.
- Hakimlərimiz budəfəki toplanışda nə qədər oyun idarə ediblər?
- Təxminən 40-a yaxın. Biz bu dəfə kəmiyyətə yox, keyfiyyətə üstünlük vermişik. Əvvəllər kim bizə müraciət edirdisə, razılaşırdıq. Amma indi belə deyil. Hakimlərimiz gün ərzində 4-5 samballı oyun idarə edirlər, sonra onların fəaliyyətini təhlil edirik. Bildiyiniz kimi, güclü komandaların oyunlarında hakim səhvləri daha çox üzə çıxır. Biz də istəyirik ki, hakimlərin səhvləri aşkarlansın, üzə çıxsın. Axşam məşğələlərinə qədər biz onların hamısını aşkarlayıb təhlil edirik. Çalışırıq ki, elədiyimiz səhvlər elə burada qalsın, çempionatda təkrarlanmasın.
- Siz hakimlərimizin 40 yaxın oyun idarə etdiyini dediniz. Maraqlıdır ki, onların sırasında Azərbaycan klublarının iştirakı ilə keçirilən matçlar çox azdır.
- Doğrudur. İndiyə qədər bizim hakimlər «Qarabağ» və «Sumqayıt»ın bir oyununda olublar. Bu gün yenə Ağdam klubunun oyununu bizim hakim idarə edəcək. Yəni ümumilikdə bizim klublarımızın cəmi üç oyuna təyinat olub.
- Bildiyimə görə, bizim hakimlər qarşılaşmaları qonorarsız idarə edirlər. Halbuki, əcnəbi hakimlərə bir oyuna görə 300-400 dollar məbləğində pul ödənilir.
- Biz buradakı oyunlarda heç bir qonorar almırıq. Avropa klublarının iştirakı ilə keçirilən matçlardan sonra bizim hakimlərə pul versələr də, bundan imtina ediblər. Bu da onların təəccübünə səbəb olub. O ki qaldı klublarımızın bizə müraciət etməməsinə, bu, onların öz problemidir. «Qarabağ» və «Sumqayıt» ın müraciətini biz məmnuniyyətlə yerinə yetirdik. Bilirsiniz, problem bizim klublardadır. Sizə maraqlı bir fakt deyim. Hələ Bakıda olanda klublara müraciət etdik ki, Antalya toplanışı zamanı vaxt ayırın, klub rəhbərlərinin, məşqçilərin, futbolçuların iştirakı ilə seminar keçirək, onlara FİFA və UEFA-nın son materillarını göstərək. Biz klubların iştirakıyla keçirilən matçlarda səhvləri videoblok şəklində hazırlamışdıq. Onlar adi elementar qaydaları bilmədiklərindən daha çox qırmızı və sarı vərəqələr alırlar. Amma 11 gündür burda olmağımıza baxmayaraq, heç bir klub seminar məsələsinə görə bizə müraciət etməyib. Halbuki, Bakıda özləri bunda maraqlı olduqlarını bildirirlər.
Hətta bizimlə bir oteldə olan «Xəzər Lənkəran» da bununla bağlı müraciət etməyib.
- Bu toplanışda gənc hakimlər çoxdur. Onların hazırlığı haqda nə deyə bilərsiniz?
- Bəri başdan deyim ki, hamısı istedadlı hakimdir. Amma oyunları sabit idarə etmirlər. Bir-iki oyun idarə edib tərif eşidəndə özlərində arxayınçılıq yaranır. Bu isə gənc hakimləri uçuruma apara bilər. Yaxşı komanda 3-4 ilə formalaşdığı kimi yaxşı hakim də 3-4 ilə yetişir.
Bir məsələyə də toxunum. Gənclərimizin burada idarə etdikləri oyunlar zamanı özünəinam hissi yüksək olur. Amma maraqlıdır ki, Azərbaycan çempionatında birinci dəstənin və ya əvəzedici heyətlərin matçları zamanı onların psixoloji problemləri olur. Biz bununla bağlı da burada diskussiya apardıq. Mənə elə gəlir ki, bizim mentalitetimiz və kənardan hakimlərə olan təzyiqlər, nüfuzlu klubların təsirləri gənc hakimlərin oyunları sabit idarə etmələrinə mane olur. Onlar bu problemi aradan qaldırsalar, yüksək səviyyəli hakimlər olacaqlar. Sadəcə, bu məsələnin üstünə bir qədər tez düşməlidirlər.
- Yeri gəlmişkən, Unibank Premyer Liqasının bundan sonrakı oyunlarında hansı gənc hakimlərə təyinat verəcəksiniz?
- Əliyar Ağayev və Rəhim Həsənov ikinci mərhələnin oyunlarını idarə etməyə qadirdilər. Yaşları 25-30 arasında olan Orxan Məmmədov, Fuad Həsənov, İnqilab Məmmədov, Alik Yunusov, Elvin Əsgərova da final mərhəsinə qədərki dörd oyunda təyinat verəcəyik. Əgər onlar özlərini yaxşı tərəfdən göstərə bilsələr, «altılığ»ın oyunlarına təyinat alacaqlar. Hətta ola bilər ki, birinci «altılığ»ın da oyunlarını idarə etsinlər.
- Toplanışda olan təcrübəli hakimlərin hazırlıq durumu nə yerdədir?
- Fiziki durumları əladır, məni tam qane edir və gənclərin bir çoxundan irəlidədir. Nə tələb edirik, yerinə yetirirlər. Öz üzərlərində çox ciddi çalışırlar. Özünüz də görürsünüz ki, çox fəaldırlar.
- Unibank Premyer Liqasının oyunlarındakı kobud səhvlərinə görə Antalya toplanışına gətirilməyən Ramil Diniyev, Elnur Muradov və Ceyhun Haşımovun cəzaları bununla bitəcək, yoxsa?
- Bu mövsüm onların Premyer Liqa oyunlarına təyinat alacağı gözlənilmir. Ən yaxşı halda aşağı dəstələrin matçlarını idarə edə bilərlər.
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər