Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- İlk öncə səhhətiniz barədə məlumat verərdiniz. Bir neçə gün əvvəl əməliyyat olundunuz. İndi özünüzü necə hiss edirsiniz?
- Allaha şükür. Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır.
- Klublarımızdan təkliflər almısınız?
- Bilirsiniz, səhhətimlə bağlı bir aydır ki, vətəndə deyildim. Türkiyədə əməliyyat keçirmişdim. Hələ ki, heç bir xəbər yoxdur. Hazırda bütün klublar təlim-məşq toplanışındadırlar. Həmkarlarımın hamısının özlərinə görə iş yerləri var. Yəni, boş olan baş məşqçi postu yoxdur.
- Bu mövsüm üçün Unibank Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?
- Bunu bir-iki sözlə izah etmək çətindir. Bu prosesləri dərindən analiz etmək lazımdır. Klublarımızın bu istiqamətdə çalışdığını söyləmək olar. 2005-ci ilə qədər komandalarımız təlim-məşq prosesi keçmək üçün xaricə üz tuta bilmirdilər. Mən “Şəmkir”də baş məşqçi işləyən zaman hazırlıq keçmək üçün Ukraynaya yollanırdıq. Ancaq digər klublarımız xaricə gedə bilmirdilər. İndi isə klublarımızın inkişaf etdiyini və maddi imkanlarının da xeyli yaxşılaşdığını görürük.
- Bayaq qeyd etdiyiniz kimi, bir neçə klubumuz təlim-məşq toplanışı keçmək üçün xarici ölkələrə üz tuturlar. Bəs, hansı səbəbdən klublarımız səviyyəli komandalarla deyil, məhz zəif rəqiblərlə yoldaşlıq görüşü keçirirlər?
- Bir şeyi nəzərə almaq lazımdır ki, yanvar ayının ortalarında çox ölkələrdə çempionat oyunları başlayır. Elə misal olaraq, Türkiyə və Almaniyanı göstərmək olar. Özünüz də yaxşı bilirsiniz ki, Antalyada hazırlıq keçən daha çox alman və türk klubları olur. Buna görə də, səviyyəli komanda tapıb yoldaşlıq görüşü keçirmək çətindir. Digər tərəfdən Rusiya klubları ilə yoldaşlıq oyunu keçirmək də əla olardı. Çünki son illər Rusiya futbolu yenidən inkişafa doğru gedir. Digər tərəfdən klublarımızın özünəməxsus strategiyası var. Çalışırlar ki, ilk sınaq oyunlarını nisbətən zəif komandalara qarşı keçirsinlər. Sonradan isə daha səviyyəli komandalarla qarşılaşmağı planlaşdırırlar.
- Hansı klubumuzun Unibank Premyer Liqasının birinci dövrədəki çıxışını xüsusi vurğulamaq istərdiniz?
- Doğrusu, çempionatın bütün oyunlarını izləyə bilmədim. “Neftçi”nin “İnter” və “Xəzər Lənkəran”la, eləcə də “İnter”in “Bakı”ya qarşı oyununu izləmişəm. Bu oyunlara baxanda komandaların necə inkişaf etdiyi və hansı səviyyədə olması göz qabağına gəlir. Bir şeyi unutmaq lazım deyil ki, sürətli futbol görmək istəyirsənsə meydançaların vəziyyəti daha yüksək səviyyədə olmalıdır. Meydançanın ot örtüyünün ideal vəziyyətdə olması lazımdır. Şənbə və bazar günləri televiziya vasitəsiylə Almaniya və İspaniya çempionatlarının bir neçə oyununu izlədim. Futbolçular belə ideal meydançalarda oynayarkən çox əziyyət çəkmir. Bu səbəbdən həm sürətli, həm də texnikalı oyun göstərə bilirlər. Meydança yüksək səviyyədə olmayanda futbolçuda yorğunluq daha çox olur.
- Vaqif Cavadov “Volqa”dan ayrılaraq yenidən “Qarabağ”a döndü. Sizcə, buna nə səbəb ola bilər?
- Mən Vaqifin “Tvente”dəki çıxışlarını izləyə bilməmişəm. Ancaq Vaqif “Volqa”da yaxşı təsir bağışlayırdı. Vaqif cinah hücumçusu kimi öz üzərində hələ çox çalışmalıdır. Xarici klublar hücumameyilli futbolçu alarkən, onun qol vurmaq bacarığına da xüsusi diqqət yetirirlər.
- Vaqifin yenidən Azərbaycan çempionatına dönməsi onun karyerasında enişə səbəb ola bilərmi?
- Vaqifin əmisi İsgəndər Cavadovla bir yerdə çalışmışam. Onun həm atası, həm də əmisi gözəl futbolçu olublar. Mən istərdim ki, Vaqif onlardan da üstün oyunçu olsun. Hər şey özündən asılıdır. Gərək üzərində durmadan çalışsın. Vaqif özü də “Tvente”də olarkən oranın ab-havası və məşqlərinin şahidi olub. Unutmayaq ki, Vaqif Rusiyanın CSKA klubunun yetirməsidir. “Qarabağ” klubuna qayıtması onun öz şəxsi işidir. Fikrimcə, Vaqifin “Qarabağ”a dönüşü onun nüfuzunu azaltmayacaq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı