Xorvatiya milli komandasının keçmiş futbolçusu, bir vaxtlar İstanbulun “Qalatasaray” və “Fənərbaxça” klublarında oynamış Stepan Tomas Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib
- Futbolçu karyeranızı başa vurduqdan sonra nə işlə məşğul olursunuz?
- Hazırda Rusiyanın “Rubin” klubunda seleksiyaçı işləyirəm. Antalyaya səfərimin məqsədi maraq dairəmizdə olan futbolçuların oyununu izləməkdir. Türkiyədə yaxşı futbolçular var. Klubumuzda Gökdəniz Qaradəniz və Həsən Qabze kimi oyunçular oynayıb. Ümumiyyətlə, türkiyəli oyunçular Rusiya futboluna tez adaptasiya olurlar, ona görə də onlardan bəziləri bizim maraq dairəmizdədir.
- “Rubin”in “Trabzonspor”da oynayan Burak Yılmazla danışıqlar aparması barədə məlumatlar doğrudur?
- Biz Burakın oyunlarına baxırıq. Amma onun barəsində hələ qərar verməmişik.
- Hazırda Antalyada təlim-məşq toplanışında olanlar arasında Azərbaycan klubları da var. Onların oyunlarını izləyəcəksiniz?
- Bu, mənim planıma daxildir. Mən bilirəm ki, Azərbaycanın yaxşı futbolçuları var. Hələ 2007-ci ildə Zaqreb “Dinamo”sunun sizin “Xəzər Lənkəran” klubuyla oyunlarını yaxşı xatırlayıram. Yadıma gəlir ki, komandanızda bir neçə yaxşı futbolçu oynayırdı. Azərbaycan milli komandasının Türkiyəyə İstanbulda 0:1 hesabıyla uduzduğu oyunu da seyr etmişəm. Mənim dostum Bülənt Qorxmazın bir vaxtlar ölkənizdə işlədiyini də bilirəm. Ümümiyyətlə, son illər sizdə yaxşı oyunçular yetişir. Düzdür, hazırda Avropada uğurlu nəticələr göstərə bilmirsiniz. Amma mən inanıram ki, yaxın illərdə Azərbaycan klubları Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynayacaqlar. Mənim sizin ölkədə seleksioner dostum var, Polad Nəbizadə. O, Azərbaycan və Gürcüstandan olan oyunçularla maraqlanır və mənə istedadlı gənc futbolçularınız haqda məlumat verib.
- Sizə onları transfer etmək təklif olunub?
- Hər halda oyunlarını izləməyi nəzərdə tuturam. Onları bizə məsləhət görüblər. Amma hələlik adlarını açıqlamaq istəmirəm. Gedib, oyunlarına baxacağam. Bəyənsəm, “Rubin”ə təklif edəcəyəm.
- Bakının “Neftçi” klubu hazırda çalışdığınız “Rubin”dən özbəkistanlı Bahadır Nəsimovu heyətinə cəlb etmişdi. Bu transferdən sonra Azərbaycandan sizin klubunuza müraciət edən olub?
- Bu haqda dəqiq məlumatım yoxdur. Bilirəm ki, Bahadır “Neftçi”yə icarə qaydasında keçmişdi.
- Antalyada olduğunuz müddətdə Azərbaycanın hansı klublarının oyunlarına baxacaqsınız?
- Hələlik bunu müəyyənləşdirməmişəm. Məsləhətləşdikdən sonra gedib oyunlarını izləyəcəyəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı