“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayevin Qol.Az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Komandanızın hazırlıq prosesinin gedişatı klub rəhbərliyini razı salırmı?
- Antalyadakı məşqlərimiz lazım olan səviyyədədir. Yeganə çatışmayan amil odur ki, Malidən transfer etdiyimiz üç futbolçu hələ komandamızla deyillər. Onların viza problemi vardı. Amma artıq bu məsələ həll olunub. Sabah komandamızın düşərgəsinə qoşulacaqları və məşqlərə başlayacaqları gözlənilir. Vaxt çox deyil deyə, komandaya mümkün olan ən qısa zamanda uyğunlaşmalıdırlar.
- Yeri gəlmişkən, sizcə, Malidən üç futbolçu almağınız azarkeşlərinizin ürəyincə olacaqmı? Nəzərə alaq ki, bu ölkədən futbolçu gətirməyiniz birmənalı qarşılanmadı.
- Bu futbolçular bizim baş məşqçinin nəzarəti altında olub. Onların oyununu izlədikdən sonra “Xəzər Lənkəran”a gətirməyi qərara aldıq. Onlar perspektivli futbolçulardır. İnanıram ki, komandamıza xeyirləri dəyəcək.
- Məlumdur ki, “Xəzər Lənkəran” adətən Avropadan futbolçu alırdı. Amma bu dəfə Afrikaya üz tutdunuz. Bu məsələdə maliyyə amili nə dərəcədə rol oynadı? Sirr deyil ki, avropalı futbolçularla müqayisədə afrikalı oyunçuların qiyməti xeyli aşağıdır.
- Biz bu məsələdə maliyyə amilindən daha çox futbolçuların gənc yaşda olmasına önəm verdik. Həmin o üç oyunçu 20-23 yaş arasındadır və müqavilələrinin müddəti 3-4 illiyədir. Bir daha deyirəm, onlar perspektivli futbolçulardır və komandamıza faydalı olacaqlarını düşünürəm.
- “Xəzər Lənkəran” bundan sonra daha neçə oyunçu almağı nəzərdə tutub?
- Üç futbolçu – bir hücumçu, bir yarımmüdafiəçi və bir müdafiəçi ilə birbaşa müqavilə bağlamağı nəzərdə tutmuşuq. Düzdür, bu mövqelərə futbolçu bizim üçün cox vacib deyil. Amma heyəti və rəqabəti daha da gücləndirmək məqsədilə belə bir qərar vermişik. Hərçənd, hələlik siyahımızda futbolçu yoxdur. Əgər baş məşqçimizin bəyəndiyi oyunçu olsa, onlarla müqavilə bağlanacaq.
- Yəqin ki, bu futbolçular da legioner olacaqlar.
- Bəli. Çünki bizim sxemimizə uyğun olan yerli futbolçuların hamısının öz klublarıyla müqaviləsi var. Amma bir daha qeyd edirəm ki, yalnız baş məşqçimizin bəyəndiyi futbolçular olsa, onlarla müqavilə imzalanacaq.
- Son günlərin aktual mövzüsuna da toxunmaq istəyirəm. Futbolçunuz Vobayın “Bakı” və “Neftçi”ylə danışıqlar apardığı bildirilir. Onunla bağlı problem nə vaxt yoluna qoyulacaq?
- Bizim Vobayla problemimiz yoxdur. Əgər futbolçu başqa komandaya keçmək istəyirsə, onu zorla “Xəzər Lənkəran”da saxlayası deyilik. Amma o, ilk əvvək klub rəhbərliyi ilə müzakirə aparmalı və müqaviləsi qarşılıqlı şəkildə ləğv edilməlidir.
- Və təbii ki, kluba təzminat ödəməlidir.
- Əlbəttə. Axı, biz də bu futbolçunu başqa klubdan almışıq. Onun müqaviləsinə baxacağıq. Təzminat tələb etmək bizim haqqımızdır.
- “Xəzər Lənkəran” bundan sonra qış fasiləsində hansısa futbolçuyla yolları ayıracaqmı?
- Yox, komandadan heç kim göndərilməyəcək. Yalnız son altı ayda heç yanda oynamayan Rumıniya vətəndaşı Konstantin Arbanaşı göndərmək qərarı verdik. O, bu gün, ya sabah “Xəzər Lənkəran”ın düşərgəsini tərk edəcək. Konstantin yaxşı futbolçudur. Amma hazırda onun fiziki durumu çox aşağı səviyyədədir. Həmin mövqedə isə bizim 3-4 oyunçumuz var. Biz futbolçuyla bu gün söhbət etdik, bildirdik ki, “Xəzər Lənkəran”da qalmasının nə ona, nə də bizə xeyiri var.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da