Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” klubunun albaniyalı müdafiəçisi Ansi Aqollinin Qol.Az saytına müsahibəsi
- Hazırlıq prosesiniz necə gedir?
- Tam qaydasında. Komandanın düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədir.
- Artıq Vaqif Cavadov keçmiş klubu “Qarabağ”a qayıdıb. Ondan gözləntiniz nədir?
- Vaqifə hamımız inanırıq. Məncə, bizə yardım edə biləcək.
- Azarkeşləriniz tez-tez tələb irəli sürürlər ki, çempion olmaq üçün komandaya yeni futbolçular transfer olunmalıdır. Səncə, Vaqifin transferindən sonra komandanıza başqa futbolçular lazımdır?
- Mən oyunçu kimi danışım, yoxsa məşqçi kimi (gülür)?.. Hər komandada nə qədər çox səviyyəli futbolçu çıxış etsə, bunun komandaya faydası bir o qədər çox olar. Komandamıza əlavə futbolçuların gətirilməsi rəqabəti daha da artıracaq ki, bu da faydalıdır. Amma əlbəttə, buna məşqçimiz qərar verir.
- “Qarabağ” klubunun tarixində iki alban futbolçu var: sən və Admir Teli. Qısa müddətdə azarkeşlərinizin rəğbətini qazanmısınız. Səncə, Albaniyada “Qarabağ”da sizin kimi çıxış etməyə layiq olan üçüncü bir futbolçu da varmı?
- Siz, “Qarabağ”ı alban komandasına çevirmək istəyirsiniz (gülür)?.. Zarafat bir yana, təbii ki, səviyyəli oyunçularımız çoxdur. Hərçənd onların öz komandalarıyla müqavilələri hələ bitməyib. Bir güclü hücumçumuz var ki, İtaliyada oynayır. Bax, onu “Qarabağ”da görmək istərdim.
- Unibank Premyer Liqasının ən güclü müdafiəçilərindən birisən. Fikrincə, çempionatımızın ən güclü hücumçusu kimdir?
- Rauf Əiyev.
- Bəs, rəqib komandaların futbolçularından kimi fərqləndirərdin?
- Ağlıma heç kim gəlmir.
- Bahadır Nəsimov?..
- Onu bəyənmirəm. Bizə, “Qarabağ”a uyğun futbolçu deyil. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında Rauf Əliyevdən güclü hücumçu yoxdur.
- Bəs, Uinston Parks?
- Hə, o yaxşı futbolçudur.
- Yəni “Qarabağ”a uyğun oyunçudur?
- Doğrudur. Vacib qollar vurur və səviyyəli futbolçudur.
- “Qarabağ”ın çempion olmaq şansı nə qədərdir?
- Qarşıda hələ dörd oyun var. Bundan sonra “altılığ”ın oyunları başlayır. Əsas mübarizə də orada gedəcək. Çox ağır oyunlar olacaq. Çempionluq şansımız var.
- Özünüzə əsas rəqib kimi görürsünüz?
- “Neftçi” və “İnter”i.
- “Xəzər Lənkəran” bu siyahıda yoxdur?
- Yox. Dediyim kimi, əsas mübarizəmiz məhz “Neftçi” və “İnter”lə olacaq.
- Bəs, sənin fikrincə, çempionluğa əsas namizəd kimdir?
- “İnter”.
P.S. Müsahibənin baş tutmasında göstərdiyi tərcüməçilik fəaliyyətinə görə “Qarabağ”ın alban əsilli makedoniyalı futbolçusu Nderim Necipiyə təşəkkür edirik.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı