AZAL klubunun kapitanı Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasında çıxış edən iddialı klublardan fərqli olaraq AZAL təlim-məşq toplanışını məhz ölkə daxilində keçirir. Bunun səbəbini nə ilə izah edərdin?
- Klub rəhbərliyi belə qərara gəldi ki, komanda təlim-məşqlərini Azərbaycanda davam etdirsin. Səbəblərini deyə bilmərəm .Çünki bu qərar rəhbərliyə məxsusdur. Ola bilər komandaya yeni futbolçu transfer edilmədiyinə görə, rəhbərlik belə qərar verib.Yəqin ki, bu nöqteyi nəzərdən səfərə çıxmağı məsləhət bilməyiblər. Ancaq komanda hazırda Bakıdakı otellərin birində məskunlaşıb və gündə iki dəfə məşqlərini davam etdirir.
- Ola bilərmi ki, komandada müəyyən malliyə problemi var. Məhz bu səbəbdəndir ki, AZAL təlim-məşq toplanışı üçün nə xarici ölkəyə üz tutur, nə də futbolçular transfer etmək istəyir?
- Əvvəlla AZAL elə həminki komandadır. Ona görə də, əlavə oyunçu almaq istəməyiblər. Maliyyə məsələsinə gəldikdə isə bu cəhətdən klubun heç bir problemi yoxdur. Özünüz də yaxşı bilirsiniz ki, Azərbaycanda hansısa bir istirahət məkanında və ya otelində məskunlaşmaq xarici ölkədən baha başa gəlir. Ona görə də, bunu maliyyə məsələsiylə bağlamaq düzgün olmaz.
- Hazırda komandan turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu yöndə komandanın ilk “altılığ”a düşmək şanslarını necə dəyərləndirirsən?
- Kağız üzərində görüşlərə baxanda AZAL-ın ilk “altılığ”a düşmək şansları az görünür. Çünki irəlidəki 4 turda bizi çox çətin qarşılaşmalar gözləyir. Lakin futbolda hər şey ola bilər. Komanda ilk “altılığ”a vəsiqə qazanmaq şanslarını hələ ki, itirməyib. Bir də ki, bizdən bir pillə irəlidə olan “Qəbələ”ni də asan rəqiblərlə oyun gözləmir. İnanıram ki, qarşımıza qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik.
- Qışda “Xəzər Lənkəran” klubuna keçəcəyinlə bağlı xəbərlər dolaşır. Bu, nə dərəcədə doğrudur?
- Xeyr. Yalnış məlumatdır. Mən özüm də, deyilənlər haqda eşitmişəm. Lakin bu, boş şaiyələrdən başqa bir şey deyil. Ümumiyyətlə, mənə “Xəzər Lənkəran” klubu tərəfindən heç bir təklif gəlməyib. Başqa komandalardan təkliflər olsa da, Lənkəran təmsilçisindən olmayıb. Həm də ki, mənim AZAL-la hələ may ayına qədər müqaviləm var. İndi yalnız çıxış etdiyim klubun mənafeyini düşünürəm.
- Səninlə maraqlanan iddialı klublardır, yoxsa ortabab?
- Bu komandaların adlarını hələ ki, açıqlamaq istəmirəm. Ancaq, onların turnir cədvəlinin yüksək pillələrində qərarlaşdıqlarını deyə bilərəm.
- AZAl-la müqavilənin müddəti may ayında başa çatır. Karyeranı xaricdə davam etdirməyi düşünmürsən?
- Demirəm ki, AZAL-la müqaviləm başa çatan kimi, klubdan ayrılacağam. Sadəcə olaraq, gələn təklifləri nəzərdən keçirəcəyəm. Karyeramı əcnəbi klubların birində davam etdirməyi çox istəyirəm. Çünki, mən daim irəli getməyi və mübarizəni sevən insanam. Lakin hələ ki, bu barədə dəqiq bir söz deyə bilməyəcəyəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı