“Neftçi”nin sabiq çalışdırıcısı, bu yaxınlarda Ukraynanın yüksək liqasında çıxış edən “Volın” klubunun baş məşqçisi təyin olunan Anatoli Demyanenkonun Qol.Az saytına müsahibəsi
- Sizinlə Azərbaycan futbolu barəsində danışmaq istəyirik.
- Heç bilmirəm, nə deyim. Mən artıq dördüncü ildir ki, orada çalışmıram. Nə baş verir, nə işlər görülür, xəbərim yoxdur. Ona görə də fikir bildirmək çətindir.
- Belə çıxır ki, sabiq komandanız “Neftçi”nin çempion olmasından da xəbərdar deyilsiniz?
- Bunu sizdən eşidirəm. Əgər belədirsə, buna ancaq şad ola bilərəm. Bəs, Çempionlar Liqasında kiminlə qarşılaşdılar?
- Zagreb “Dinamo”suyla.
- “Dinamo” güclü komandadır. Amma bayaq, müsahibədən əvvəl sizdən eşitdiyimə görə, komandada artıq məşqçi dəyişikliyi olub. Bu, doğru deyil. Məşqçi də insandır, səhv edə bilər. Buna görə dərhal işdən çıxarılmamalıdır.
- Azərbaycanda işlədiyiniz dövr yaddaşınızda yaxşı, yoxsa pis hisslərlə qalıb?
- Mənim “Neftçi” klubunun o vaxtı prezidentiylə yaxşı münasibətlərim vardı. Bilirsiniz, mənə işləmək üçün vaxt vermədilər. Əsl komandanı yaratmağa 2-3 il zaman tələb olunur. “Neftçi”də isə cəmi 7 ay işlədim. Özbəkistanda mən istədiyim komandanı il yarıma düzəltdim. Bunun nəticəsi idi ki, o vaxt rəhbərlik etdiyim “Nasaf” klubu Özbəkistan futbolu tarixində ilk dəfə olaraq Asiya Futbol Konfederasiyasının kubokunu qazandı. Azərbaycan futbolunda məşqçilərin tez-tez dəyişdirilməsi çox pisdir. Məşqçiləri özlərini təsdiqləməyə qoymurlar. Bu da klub rəhbərlərinin xarakterindən irəli gəlir. Onlar nəticənin qısa zamanda qazanılmasını istəyirlər. Amma bilməlidirlər ki, yüksək səviyyəli komanda yaratmaq üçün ən azı iki il vaxt lazımdır.
- Bəs, dörd ilə necə, bu işləri tam həyata keçirmək mümkündür?
- Bəli.
- Bu sualı ona görə verdim ki, Azərbaycan milliisinin baş məşqçisi Berti Foqts iki seçmə mərhələdə milliyə ciddi bir uğur qazandıra bilməyib. Hər halda, komandamız yenə də son pillələrdə qərarlaşdı.
- Mən bu haqda nəsə demək istəməzdim. Çünki Azərbaycan futbolunun daxilində deyiləm. Amma orada işləyəndə görürdüm ki, çətindir. Onu deyə bilərəm ki, Azərbaycanda kifayət qədər yaxşı oyunçu var və onlar layiq olduqları yerdə deyillər.
- Yeri gəlmişkən, yeni komandanızda azərbaycanlı futbolçu cəlb etməyiniz nə dərəcədə realdır?
- Həyatda hər şey ola bilər.
- Sualı başqa formada qoyaq: “Volın”da oynaya biləcək azərbaycanlı oyunçunun adını çəkə bilərsiniz?
- Bayaq da qeyd etdiyim kimi, ölkənizdən çıxandan sonra futbolunuzla əlaqələrim itib.
- Antalyada “Qarabağ”la eyni oteldə məskunlaşmısınız. Bu komandada bir vaxtlar “Neftçi”də rəhbərliyiniz altındakı futbolçular oynayır, həm də məşqçilik edir.
- Futbolçulardan Georgi Adamiya, Rəşad Sadiqov, Namiq Yusifov, indi isə məşqçi olan Zaur Tağızadəylə görüşdük, bir-birimizi bağrımıza basdıq. Mənim “Neftçi”nin o vaxtkı oyunçuları haqda yaxşı xatirələrim var. Onlar hamısı mənə övlad kimi olublar. Heyf ki, sizin klub rəhbərlərinin xarakteri başqa cürdür. Biz İntertoto kubokunda xeyli irəlilədik. Sonda Rumıniyanın güclü “Vasluy” komandasına uduzduq. Sonradan isə planlarımı həyata keçirmək üçün mənə vaxt verilmədi.
- Nə vaxtsa Azərbaycana qayıtmaq istərdiniz?
- Bu, həyadır. Bu gün burda, sabah orada ola bilərəm.
- Dediniz ki, Azərbaycan futboluyla maraqlana bilməmisiniz. Heç olmasa, Avropa kuboklarında yarışan klublarımızın, deyək ki, ən yaxşı nəticəni göstərən “Qarabağ”dan xəbəriniz var?
- Var, amma çox azdır.
- “Qarabağ” Avroliqanın play-off mərhələsində “Tvente” və “Borussiya” kimi komandalara uduzdu.
- Əlbəttə ki, onları udmaq çətin idi. Sizin futbolun reytinqi elədir ki, həlledici mərhələdə belə güclü komandalarla qarşılaşırsınız.
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı