“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın Qol.Az saytına müsahibəsi
- Komandanız yanvarın 10-dan qış hazırlığına başlayıb. Hazırlığın gedişatı haqda nə deyə bilərsiniz?
- Hazırlıq prosesi normal qaydada gedir. Məşqsiz qaldığımız zamanların yerini doldurmağa çalışırıq. Məşqlər planlı şəkildə gedir.
- “Qəbələ”nin yeni transferi Yannik Kamanan haqda fikirləriniz necədir?
- O, mənim Türkiyədən tanıdığım bir oyunçudur. Bir yerdə çalışmasaq da, oyununu yaxından izləmişəm. Klub rəhbərliyinə Yannik Kamananın transferini istədiyimi bildirdim. Onlara təşəkkür edirəm ki, istəyimi həyata keçirdilər. Biz onu komandaya cəlb etmək üçün fədakarlıq göstərdik. Bəlkə də, Kamanan bu fədakarlığımızı görüncə, “Qəbələ”yə transfer olunmağını daha çox istədi. Bizi seçdiyinə görə təşəkkür edirəm. İnanıram ki, komandamıza böyük faydası olacaq.
- Onun xüsusi keyfiyyətləri nədədir?
- Kamananın sürəti, texnikası və taktiki anlayışı məni qane edir. Yəni, o, mənim ixtiyarımda görmək istədiyim bir futbolçudur.
- Bəs, Kamananın Azərbaycan futboluna uyğunlaşması nə qədər vaxt alacaq? Nəzərə alaq ki, “Qəbələ”ni qarşıda ağır oyunlar gözləyir.
- O, Azərbaycana uyğun bir futbolçudur. Nədənsə çətinlik çəkəcəyini düşünmürəm. Çünki “Qəbələ”nin cinahları oyun zamanı çox yaxşı təsir bağışlayır. O, hücumda çox çətinlik çəkməyəcək. Baxmayaraq ki, bütün yeni gələn oyunçular da uyğunlaşma dövrünü yaşayırlar. Ancaq Yannik Kamananın asan adaptasiya olacağına inanıram.
- Bundan sonra daha neçə və hansı mövqelərə oyunçu almağı planlaşdırırsınız?
- Hələ ki, başqa mövqelərə transfer etmək fikrimiz yoxdur. Allah göstərməsin, hansısa futbolçu zədələnsə, komandada çatışmazlıq olsa, tədbir görərik. Lakin hazırda heyətdən məmnunam. Bundan sonra futbolçu almağa ehtiyac duymuram.
- Unibank Premyer Liqasında hazırda altıncı pillədəsiniz. İlk “altılıq”da yerinizi təmin etməyiniz üçün qarşıda hələ dörd oyununuz var.
- Azərbaycan çempionatında “altılıq”a düşmək asan iş deyil. İndiki durumda komanda 6-cı pillədə olduğunda hər şey öz əlimizdədir. Bir pillə aşağı, yeddinci sırada deyilik ki, bizdən öndəki rəqibin məğlubiyyətini gözləyək. Çalışacağıq ki, fürsəti əlimizdən buraxmayaq. Rəqiblərimizin də xal itirməsi işimizə yarıyacaq. Lakin önəmli olan “Qəbələ”nin inamlı çıxış etməsidir. Oyunçulara verilən tapşırıqları yerinə yetirsə, “altılıq”dakı yerimizi qoruyacağımızı düşünürəm.
- İki ay futboldan uzaq olan Mahir Şükürovun durumu necə sizi qane edir?
- Şükürov komandanın oyunlarında iştirak etməsə də, məşqlərini daim edirdi. Digər tərəfdən, onun həm fiziki, həm də texniki keyfiyyətləri əla səviyyədədir. Birdə ki, Mahir çox şanslı bir futbolçudur. Zədələndə belə geriləmir. Yəni formasını saxlamağı bacarır.
- Özünüzə Türkiyədən bir köməkçi - İbrahim Bakırı gətirdiniz. Niyə məhz onu seçdiniz?
- O, Türkiyənin fiziki çalışmalar üzrə ən yaxşı məşqçilərindəndir. Onun çalışdığı klublar və gördüyü işlərdən xəbərim var. İbrahim həm də mənim məktəb yoldaşım olub. Ona görə də onu çox yaxşı tanıyıram. Onun bacarığına ehtiyacım olduğu üçün yanıma gətirdim. İbrahim Bakırın gəlişi məncə, Azərbaycan üçün də faydalı olacaq.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da