Hafiz Məmmədovdan "Eurovision-2011"in qaliblərinə hədiyyə

Hafiz Məmmədovdan "Eurovision-2011"in qaliblərinə hədiyyə
GÜNDƏM 24 Dekabr 2011 / 17:42 3246
-  A +

Avropanın ən mötəbər musiqi yarışması olan “Eurovision-2011”in qalibləri Nigar Camalla Eldar Qasımov "Bakı"ya uğurlar arzulayıblar.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, ZQAN Holdinqin keçirdiyi Yeni il şənliklərinə qatılan ulduzlar paytaxt klubunu çox sevdiklərini və diqqətlə izlədiklərini bildiriblər.

Bu ilin mayında Almaniyada keçirilən mahnı müsabiqəsində qalib gələrək Azərbaycanı zirvəyə daşıyan Nigarla Eldar "Bakı"nın prezidenti Hafiz Məmmədov tərəfindən hədiyyə olunan döş nişanlarını tədbirin sonunadək fəxrlə nümayiş etdiriblər.

Daha çox


Son xəbərlər