"Bakı" klubunun müdafiəçisi Elvin Əliyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının sonuncu turunda səfərdə “Xəzər Lənkəran”a 0:3 hesabı ilə məğlub oldunuz. Bu görüşlə bağlı təəssüratlarını öyrənək...
- Zədəli olduğum üçün meydana çıxa bilmədim. Böyükhesablı məğlubiyyət bizə çox pis təsir etdi. Əlbəttə, bu nəticə “Bakı”ya yaraşmır.
- Bu nəticə komandan üçün nə dərəcədə gözlənilməz oldu?
- Biz Lənkərana 3 xal dalınca getmişdik. İlin son matçını da yaxşı nəticə ilə bitirmək istəyirdik. Həmin oyunda komanda nəyin bahasına olursa-olsun qələbə qazanmalı idi. Lakin belə ağır məğlubiyyət alacağımızı gözləmirdim.
- Ola bilərmi ki, ilk hissədə qapınıza penaltidən vurulan qoldan sonra komanda ruh düşkünlüyü yaşandı?
- Baş məşqçimiz Aleksandr Starkov da bildirib ki, penaltiyə qədər komanda yaxşı oynayırdı. Buna qədər bir neçə qol epizodu da yaratmışdıq. Qapımıza təyin edilən penaltidən sonra komanda yoldaşlarım psixoloji təzyiqlə üzləşdi və oyunumuz alınmadı.
- “Bakı” ən güclü hücum xəttinə malik komandalardan biri olsa da, nədənsə, qol vurmaqda çətinlik çəkir. Bunun səbəbini nədə görürsən?
- Düzdü, güclü hücuma malik komanda olsaq da, qol vurmaqda çətinliklə üzləşirik. Oyundan sonra rəhbərliklə birgə araşdırmalar aparsaq da, səbəbini tapa bilmirik. Ardıcıl olaraq 4-5 qarşılaşma yaxşı çıxış etdik. Lakin AZAL-la məğlubiyyətdən sonra komandanın çıxışlarında yenə eniş baş verdi. Hücumda da, dişsiz görünürük. Yəqin ki, bunların səbəbini hücumçulardan soruşmaq lazımdır.
- Bəlkə, baş məşqçiniz Aleksandr Starkovun düzgün taktiki gedişlər etməməsi, qol vurmağınıza problem yaradır?
- Mən belə deməzdim. Baş məşqçimiz gözəl taktiki gedişlər edir. Hər bir futbolçunu öz mövqeyində oynadır. Lakin oyunumuz alınmır. Bilmirəm ki, bəxtsizlik amilidir, yoxsa qarğışa tuş gəlmişik. Mən günahı oyunçularda görürəm. Məşqçi kimi hansı mövqeyə qoysa, çıxıb öz oyununu oynamalıdır. Çünki hamısı peşəkar futbolçulardır.
- Aleksandr Starkovun artıq “Bakı”ya uyğun gəlmədiyi haqda fikirlər səslənir. Sənin bu fikrə münasibətin necədir?
- Mən bu fikirlə razı deyiləm. Starkov əgər zəif məşqçi olsaydı, Latviya millisini Avropa çempionatının final mərhələsinə çıxarmazdı. Yaxud da, “Spartak” (Moskva) kimi klubu çalışdırmaz və “Bakı”da məşqçilik etməzdi. O, tanınmış və ad-san qazanmış məşqçidir. Sadəcə olaraq futbolçular oyunlara məsuliyyətlə yanaşmırlar.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı