AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin Azərbaycandakı hakimliklə bağlı verdiyi açıqlamasına cavab verib:
"Milli məclisin deputatı, Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin Azərbaycandakı hakimliklə bağlı verdiyi açıqlamalar diletant səviyyəsindən başqa bir şey deyil. Heç bir sübut-dəlili olmadan hakimləri vicdansızlıqda, rüşvətxorluqda və satqınlıqda ittiham etmək millət vəkilinə yaraşmayan ifadələrdir".
Bu sözləri AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Məmmədov bildirib ki, əgər cənab Xanlar Fətiyevdə hər hansı bir sübut və yaxud fakt varsa, futbol ictimaiyyətinə açıqlasın:
"Mən inanmıram ki, bu fikirlər millət vəkilinə məxsusdur. Əks halda böyük bir futbol regionunun təsərrüfatına rəhbərlik edən bir insan görməli və bilməlidir ki, belə şeylər ola bilməz. Hakimin fitə basılması, bəzən də onların ünvanına nalayiq ifadələr işlədilməsi o demək deyil ki, hakimlər qərəzlidir və yaxud fitə basanlar və nalayiq ifadə işlədənlər düzgün hərəkət edirlər. Oyundan sonra hakimin azarkeşlər və fanatlar tərəfindən hücuma məruz qalmasını bəzi klubların səviyyəsiz rəhbərlərinin fitvası ilə baş verdiyini tam əminliklə deyə bilərik. Bu problemin mövcudluğunda "Kəpəz"FK istisna deyil".
Məmmədov Xanlar Fətiyevin Azərbaycan futbolunun ciddi qələbələrdən geri qaldığı iddiası ilə razıdır:
"Bəli, Xanlar müəllimin bu fikiri ilə razıyıq. Ancaq qələbələrdən geri qalmağımızın səbəbi hakimlikdə yox, Xanlar Fətiyev kimi futbolda öz üzərinə düşən işi layiqincə yerinə yetirə bilməyən rəhbərlərdədir. Nəhəng futbol dövlətlərində olduğu kimi, Azərbaycan futbolunda bəzi hakimlik problemi var. Bunu heç kim inkar etmir. Amma Rövnəq Abdullayevin AFFA-ya prezident seçilməsindən sonra daima hakimliyin səviyyəsini qaldırmaq, inkişaf etdirmək üçün böyük işlər görülür. Hakimlər üçün müxtəlif seminarlar, ölkə hüdudlarından kənarda təlim-məşq toplantıları keçirilir, onların maariflənməsi üçün müxtəlif tədbirlər həyata keçirilir".
Onun sözlərinə görə, Hakimlər Komitəsində rüşvətxorluq, satqınçılıq yoxdur və ola da bilməz:
"Amma hakimləri bu yola təhrik etməyə çalışan, onlara şirnikləndirici vədlər verən klub rəhbərləri, məşqçiləri haqqında bizdə kifayət qədər məlumatlar var və bu barədə ciddi tədbirlər görülür".
O ki, qaldı oyunlarda səhvə yol verən hakimlərə qarşı müvafiq addımların atılmamağına Məmmədov bildirib ki, heç bir hakim səhvi HK-nin diqqətindən yayınmır və hər biri layiqli cəzalarını alırlar:
"Hətta bəzi hakimlər ümumiyyətlə Premyer-Liqa oyunlarından birdəfəlik uzaqlaşdırılmaq kimi cəzaya məruz qalırlar. Sadəcə olaraq UEFA-nın və AFFA-nın Hakimlər Komitəsinin direktivlərinə əsasən bu cəzalar mətbuata açıqlanmır. Cənab Xanlar Fətiyev "sifarişli" oyunlar deyəndə hansı faktlara əsaslanıb deyir, bu məlum deyil. Əgər varsa, buyursun desin. İnandırıcı deyil ki, o bunu edə bilsin. Xanlar Fətiyev təmsil etdiyi Gəncə Regional Futbol Federasiyasının problemlərini və millət vəkili kimi üzərinə düşən problemləri aradan qaldırsa, futbolumuz daha sürətlə inkişaf edər".
Qeyd edək ki, Xanlar Fətiyev bu gün verdiyi açıqlamasında hakimləri rüşvətxorluqda suçlamışdı.
Mənbə: Trend.az
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı