“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Başa çatmaqda olan ili ümumilikdə “Qarabağ” üçün necə dəyərləndirirsiz?
- Çempionatda uğursuz seriyamız olmasına baxmayaraq, bütövlükdə ili yaxşı keçirdiyimizi düşünürəm. Bütün məqsədlərimizə çatdığımız qənaətindəyəm. Avroliqada ikinci turda mübarizəni dayandırsaq da, yaxşı çıxış etdik. Komandamızda bir qədər eniş hiss olundu. Hazırda isə ən azı ilk “altılıq”da yerimizi qoruya bilmişik. Təbii ki, daha da yaxşı ola bilərdi. Biz özümüz də bunu gözləyirdik.
- Komandanız qış fasiləsinə turnir cədvəlinin beşinci pilləsində yollandı. Çempionatı daha yuxarı yerlərdə başa vurmaq üçün “Qarabağ”da nə çatmadı?
- Məncə, sabit oyun göstərmədiyimizdən komandamızda müəyyən axsamalar oldu. Sadəcə, bəzən fərdi olaraq oyunçularımız sabit oyun nümayiş etdirmədi. Bunlar isə normal haldır. Komandanı artıq istirahətə buraxmışam. Bizim üçün bu fasilə çox lazım idi. Yaxşı istirahət edib növbəti oyunlarda uğurlu çıxışlar edəcəyik.
- Mətbuatda bəzən fikirlər səslənir ki, əgər “Qarabağ” yayda lazımi transferlər etsəydi, daha yaxşı nəticələr qazana bilərdi. Bir növ siz komandaya az oyunçu transfer etdiyiniz üçün ittiham edilirdiz...
- Hər bir komandaya daima yeni nəfəs lazımdır. Bu baxımdan transferlərin olması lazımdır. Biz isə transfer edəndə tələsmirik. Çalışırıq ki, əlimizdə olan futbolçularla nəticələr qazana bilək. Çünki onların hər birini yaxşı tanıyırıq. Elə oyunçu tapmaq istəyirik ki, komandaya hərtərəfli uyğun olsun. Həm oyun üslubu, həm yaşayış tərzi baxımından tam olaraq istədiyimiz futbolçunu axtarırıq. Bəzən elə futbolçular olur ki, onları komandaya götürməməyimiz məsləhətdir.
- “Qarabağ”ın mövsümün əvvəlində qarşısına qoyduğu çempionluq hədəfi dəyişməz olaraq qalırmı?
- Biz həmişə çempion olmaq istəmişik. Bu daima bizim hədəfimiz olub. Baxmayaraq ki, indi çempionluq bir qədər çətin görünür. İlk üç pillədə qərarlaşan komandalarla xal fərqimiz həqiqətən çoxdur. Çempionat isə davam edir və qarşıda bizi çox oyunlar gözləyir. Sonadək mübarizə aparacağıq. Çempion sonda bir komanda olacaq. Digər klubların çempionatı qalib kimi başa vurması daha inandırıcı görünür. Bununla belə, ən azından sona qədər oynayacağıq.
- Qış fasiləsi üçün komandanızın hazırlıq planı necədir?
- Gələn ayın 10-na qədər uşaqları istirahətə buraxdıq. Hər birinə yazılı formada proqram verdik ki, döndükdə bir qədər hazırlıqlı olsunlar. Yanvar ayının 11-də isə Bakıda məşqlərə start verəcəyik. Bundan dörd gündən sonra isə Antalyaya yollanacağıq.
- Qış fasiləsində “Qarabağ”da yeni oyunçular görə biləcəyikmi?
- Ola bilər. Hər mövqedə daha güclü futbolçumuzun olmasını istərdik. Təklifləri nəzərdən keçirəcəyik. Əgər istədiyimiz futbolçunu tapa bilsək, rəhbərliklə danışıb transfer edəcəyik.
Ümid AYXAN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı