“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasında dünən “Bakı” üzərində qələbəniz komandaya gəlişinizdən sonra ikinci oldu. Üç oyuna iki qələbə və bir bərabərlik. Bu nəticəni özünüz üçün necə dəyərləndirirsiz?
- Mən bu nəticəni komandamız üçün uğurlu sayıram. Onsuz da qarşıma üç oyundan yeddi, yaxud doqquz xal qazanmağı hədəf qoymuşdum. Bununla yanaşı, oyun baxımından da komanda hər matç daha yaxşı çıxış edir. Elə önəmli olan da yaxşı oynayaraq nəticə qazanmaqdır.
- Dünənki rəqibiniz sabiq klubunuz “Bakı” idi. Bu mənada, qarşılaşmanı sizin üçün prinsipial adlandırmaq olardımı?
- Şəxsən mənim üçün heç bir prinsipiallıqdan söhbət gedə bilməz. Bu iki komanda arasında həmişə gərgin mübarizə gedib. Yəni mən oldum, olmadım, bu daim belədir. Biz işimizi peşəkar insanlar kimi yerinə yetirməyə çalışırıq. “Bakı” klubunda gözəl günlərim olub. Orda gördüyümüz işlər də hamıya bəllidir. Bundan sonra isə “Xəzər Lənkəran”da görəcəyimiz işlər vacibdir.
- Bir müddət “Bakı”nı çalışdırdınız. Hətta o zaman komandanın sizinlə yollarına davam edəcəyi gözlənilirdi. Bu isə baş vermədi. Bu mənada komandaya qarşı hər hansı bir incikliyiniz qalıbmı?
- Mən dəfələrlə demişəm ki, insanların seçimlərinə hörmət etmək lazımdır. “Bakı”da çalışan zaman işimi layiqincə yerinə yetirməyə səy göstərdim. Klubun prezidenti Hafiz Məmmədov olmaqla hər kəsə böyük hörmətim var. Elə alındı ki, komandadan ayrıldım. Buna baxmayaraq, “Bakı” da mənim həvəslə çalışdığım komanda olub.
- “Xəzər Lənkəran” çempionatda liderlik etsə də, uğursuz nəticələrdən sonra qış mövsümünü üçüncü pillədə başa vurdu. Buna nə səbəb oldu?
- Mən komandanın baş məşqçisi vəzifəsinə gələndə də “Xəzər Lənkəran” üçüncü pillədə idi. İndi liderlə aramızda cəmi iki xal fərq var. “Xəzər Lənkəran”ın üçüncü yerdə olması mənim təqsirim deyil.
- Siz təqsiri keçmiş baş məşqçi Mirça Rednikdə görürsünüz?
- Özümdən əvvəl komandaya rəhbərlik etmiş həmkarlarımla bağlı heç vaxt danışmamışam. Bundan sonra da belə olacaq.
- Komandanı tam istədiyiniz kimi formalaşdıra bilirsinizmi?
- “Xəzər Lənkəran”da güclü xarakterə malik futbolçular yer alır. Heyətimizdə peşəkar futbolçular toplaşıb. Son iki oyunda isə futbolçular istədiklərimi həyata keçirməyə çalışdılar. Tam alınmasa da, ən azı buna səy göstərdilər.
- Qış transfer pəncərəsində “Xəzər Lənkəran”a yeni futbolçular cəlb ediləcəkmi?
- Hələ bu barədə konkret qərara gəlməmişik. Əgər ehtiyac yaransa, dəyişiklik barəsində fikirləşəcəyik. Yaxşı təhlil apardıqdan sonra transfer barəsində düşünə bilərik. Bir daha təkrar edirəm, əgər ehtiyac olsa, yeni futbolçular alınacaq.
- Komanda qış fasiləsində hazırlığını harda keçəcək?
- Hazırlığın ilkin mərhələsi Lənkəran və Bakıda olacaq. Sonra Antalyaya gedəcəyik. Hazırlıq çərçivəsində 4-5 yoxlama oyunu keçirməyi düşünürük.
- Rəqiblərinizin kimliyi bilinir?
- Hələ yox.
Ümid AYXAN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı