"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Doğma meydanda “Neftçi”ni 2:1 hesabıyla məğlub etməklə liderlə xal fərqini minimuma endirdiniz. Bu görüşlə bağlı təəssürratlarını öyrənmək maraqlı olardı...
- Yaxşı bilirdik ki, çətin qarşılaşma olacaq. Çünki “İnter” çempionatın liderinə qarşı çıxış edəcəkdi. Gözdədiyimiz kimi də oldu. Biz bu oyunun favoriti hesab edilsək də, rəqibin böyük təzyiqi ilə üzləşdik. Bütün bunlara baxmayaraq, həmin gün “İnter”in günü idi. Buna görə də qələbə qazandıq.
- İlk hissədə “Neftçi”nin hesabı açması ilə fasiləyə məğlub yollandınız. Fasilədə baş məşqçiniz Kaxaber Sxadadzenin sizə nə kimi tövsiyələri oldu?
- İlk yarıda məğlub duruma düşməyimizə baxmayaraq, deməzdim ki, biz zəif təsir bağışladıq. Hesabda geri olsaq da, oyun baxımından “Neftçi”dən üstün idik. Baş məşqçimiz fasilədə bizi əmin etməyə çalışdı ki, bu oyunu qazanmaq olar. Sxadadze bizdən var gücümüzü ortaya qoyaraq, qələbə qazanmağımızı istədi. Biz də fikirləşdik ki, doğrudan da, qarşılaşmanı öz xeyirimizə dəyişə bilərik. Axı, oyunboyu üstünlük “İnter”in tərəfində idi.
- Matçın 54-cü dəqiqəsində baş hakimin qapınıza penalti təyin etməsindən sonra hər şeyin artıq “İnter” üçün bitdiyini düşünmədin?
- Hakim bizim əleyhimizə 11 metrlik cərimə zərbəsi təyin edən zaman, görüşdə məğlub olacağımızı fikirləşdim. Düşündüm ki, oyun getdi. Əgər Bahadır penaltini dəyərləndirsəydi, böyükhesabla uduza bilərdik. Çünki, bu, psixoloji tərəfdən bizə pis təsir edəcəkdi. Yəni, komanda tamamən ruhdan düşə bilərdi. Lomaya penaltini dəf etdiyi zaman içimizdə qələbəyə inam yarandı. Bundan sonra, komanda sanki qalib gələcəyinə əmin oldu.
- Lomayanın penaltini qaytaracağına necə, inamın var idi?
- Qapıçımız komandanın liderlərindən biri hesab edilir. Onun qurtarışını hardasa hiss edirdik. Çünki, birinci dəfə deyil ki, Lomaya belə vəziyyətlərdən qalib çıxır. Bu, yöndə onun ustalığına bələd idik. Buna görə ona böyük təşəkkür düşür. Bu, bizim oyunumuzda dönüş nöqtəsi oldu və qələbə qazanmağımıza təkan verdi. Bundan sonra komandamıza sanki siqnal gəldi ki, qələbə qazana bilərsiniz.
- “Neftçi" ilə matçda uğurlu çıxış edən komanda yoldaşların Baçana və Kandelaki haqda nə deyərdin?
- Baçana Sxadadze “Neftçi”ylə ilk dövrədəki oyunda da, qol vuraraq fərqlənmişdi. Hesab edirəm ki, əsl istedalı futbolçular belə oyunlarda öz sözünü deməlidir. Həmin matçın bizim üçün necə əhəmiyyət daşıdığını yaxşı dərk edirdilər. Hər ikisinə təşəkkürümü bildirirəm ki, bu oyunda əllərindən gələni etdilər.
- Səncə, “Neftçi”nin qələbə qazanmasına nə mane oldu?
- Məncə, penalti zərbəsini Bahadır Nəsimov dəyərləndirə bilmədikdən sonra “Neftçi” də ruh düşgünlüyü yarandı. Sanki, komanda oyundan sındı. Elə oyunun gedişi də dediklərimə dəlalət edirdi. Düşünürəm ki, həmin gün “Neftçi”nin oyunu alınmadı. Həm də “Neftçi” bizdən bu cür oyun gözləmirdi.
- Matçın baş hakimi Elçin Məmmədovun məşqçiniz Kaxaber Sxadadzeni tribunaya göndərməsini necə qarşıladın?
- Mən başa düşə bilmədim ki, baş hakim Kaxaber Sxadadzeni nəyə görə tribunaya göndərdi. Mən həmin olay zamanı bir az kənarda idim. Ancaq, düşünürəm ki, qol vurduğumuz zaman baş məşqçimiz meydana çıxdığına görə, cəzalandı.
- Sabah Zaqatalada “Simurq”un qonağı olacaqsınız. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Rəqib öz meydanında həddindən artıq inamlı təsir bağışlayır. Məncə, maraqlı və çətin görüş olacaq. “Neftçi” ilə oyunu unudub “Simruq”la oyuna köklənmişik. İnanıram ki, çəkdiyimiz əziyyətin bəhrəsini qələbə qazanaraq görəcəyik.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı