“Qəbələ” klubunun sabiq baş məçqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqada XVI turdan sonra “Neftçi” komandası turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Siz bunu qanunauyğun hesab edirsiniz?
- Bu gün mənim “Neftçi”nin oyunlarını analiz etməyim düzgün çıxmır. Ancaq hazırda onlar turnir cədvəlinin birinci pilləsində qərarlaşıblarsa, “Neftçi”ni alqışlamaq lazımdır. “Neftçi”də Arif Əsədovun gedişindən sonra elə bir dəyişiklik olmayıb. Onun rəhbərliyində təmsil olunanlar futbolsevər və idmanımıza xidmət edən insanlardı. Sadəcə, məşqçi korpusunda dəyişiklik olub. Futbolçuların hamısı öz yerindədir. Məşqçi korpusunun işinin öhdəsindən layiqincə gəldiyini vurğulamaq istərdim. Gələcək oyunlarda onlara uğurlar arzulayıram.
- Siz çempionluq yarışında “Neftçi”ylə yanaşı daha hansı klubu iddialı görürsünüz?
- Mən belə başa düşürəm ki, çempionluq uğrunda mübarizə əsasən dörd komanda arasında gedəcək. Bunlardan “Xəzər Lənkəran”ı qeyd edərdim. Düzdü, son ay yarımda komandada hansı hadisələrin cərəyan etdiyindən baş açmaq olmur. Lakin bütün bunlara baxmayaraq, mən əvvəldən bildirmişdim ki, “Xəzər Lənkəran” çempion olmağa qadir komandalardan biridir. Digər kluba gəlincə,” Qarabağ”ın ardıcıl məğlubiyyətləri onları bir az büdrətdi. “İnter” haqda isə mən belə düşünürəm ki, çempionluq adını qazanmağa çalışan dörd komandanın sırasında olacaq və digər klubların rahat nəfəs almasına imkan verməyəcək.
- Bir vaxtlar “Qəbələ” klubunda məşqçi kimi fəaliyyət göstərmisiniz. Sabiq klubunuzun hazırkı çıxışı haqda nə deyə bilərsiniz?
- Bu klubu mən özümə doğma hesab edirəm. Hətta Qazaxıstanda işləyəndə belə “Qəbələ”nin uğurlarından sonra zəng vurub onları təbrik edirdim. Necə ki, mən uğur qazananda zaman onlar bunu edir. “Qəbələ” uduzduqda və ya heç-heçə edərkən, onlarla bərabər mən də məyus oluram. Bir şeyi nəzərə alaq ki, həm Toni Adams, həm də Fatih Kavlakın vaxtında xeyli oyunçu zədə səbəbindən meydana çıxmır. Yəni “Qəbələ” tam olaraq optimal heyətlə oynaya bilmir. Ancaq Kavlakın rəhbərliyi altında klubun yığdığı xalları qənaətbəxş hesab edirəm. Əgər o, kasad heyətlə xal toplaya bilirsə, bunu qənaətbəxş saymaq olar.
- Bu mövsüm Premyer Liqada artıq beş məşqçi istefası gerçəkləşib. Ən son Mirça Rednik istefaya göndərildi. Bunlara münasibətiniz necədir?
- Düzdü, hər bir klub rəhbərliyi məşqçidən qısa bir zamanda nəticə verməsini istəyir. Ancaq, baxın görün, bunun müqabilində bizim nə qədər gənc futbolçumuz it-bata düşür. Ya da ehtiyatda qalmaqla vaxt keçirirlər. Bu da futbolumuza ağır zərbə vurur. Digər tərəfdən, düşünürəm ki, “Xəzər Lənkəran” rəhbərliyi Mirça Rednikə mövsümün sonuna qədər zaman verməliydi. Çünki o, Azərbaycan futboluna yaxşı bələd olan bir mütəxəssis idi. “Xəzər Lənkəran” rəhbərliyi məşqçi və futbolçular arasındakı anlaşılmazlığı aradan götürə bilərdi. Yəni bu məsələni məşqçini istefaya göndərməməklə də yoluna qoymaq olardı. Mənə elə gəlir ki, rəhbərlik Mirça Redniki istefaya göndərməyə bir az tələsdi.
- Hansısa bir klubdan sizə işləmək üçün təklif gəlməyib?
- Bu barədə danışmaq istəməzdim.Əgər nəsə bir şey olarsa, hər kəs bundan xəbər tutacaq. Sağlıq olsun, qısa bir zamanda yəqin ki, yenə bu mövzu ətrafında danışacağıq.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı