“Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Qol.Az saytına müsahibəsi
- Komandanız hazırda Unibank Premyer Liqasında turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Yəqin ki, bu göstərici sizi qane etmir.
- Əlbəttə, bunu qənaətbəxş hesab etmirəm. Çünki biz daha yüksək pillələrdə qərarlaşmaq istəyirik. Böyük məqsədlərə çatmaq üçün daha irəliyə getməliyik.
- Amma ilk «altılığa» düşmək şansınız yüksəkdir. Hər halda altıncı sırada qərarlaşan “Qəbələ” komandasıyla aranızda cəmi üç xal fərq var.
- Elədir. Nəzərə alsaq ki,bizim qarşıda AZAL və “Qəbələ” ilə oyunlarımız var. Bundan əlavə daha dörd oyunumuz olacaq. Bu mənada, “altılğq”a düşmək şanslarımızın yetərincədir. Çalışacağıq ki, növbəti oyunlara ciddi hazırlaşaraq, sərfəli nəticə qazanaq.
- Sizcə, qış fasiləsinə qədər “Rəvan” “altılığ”a düşə bilərmi?
- Əslində komandanın fikri budur ki, növbəti iki görüşdə yaxşı nəticə qazanıb, yerini dəyişsin. Ən azı altıncı pilləyə bir qədər də yaxınlaşsın. Bunun üçün hər iki qarşılaşmada qələbə qazanmaq naminə əlimizdən gələni etməliyik.
- Qış transfer pəncərəsində komandanıza yeni futbolçu cəlb etmək fikriniz varmı?
- Bəli. Həm yerli, həm də əcnəbi futbolçularla klubun gücünü daha da artırmaq istəyirik. Transferlərdə daha çox yerli futbolçular çoxluq təşkil edəcək. Əcnəbi oyunçulardan yalnız birinin transferi nəzərdə tutulub.
- Legioner futbolçunun hansı mövqe üçün almaq nəzərdə tutulub?
- Daha çox hücum xəttini gücləndirmək üçün bunu həyata keçirmək istəyirik.
- Klubun baş məşqçi postuna Vladislav Qədirovun gətirilməsindən sonra “Rəvan”ın oyununda bir qədər dəyişiklik nəzərə çarpdı. Bu dəyişikliyi daha tez emək mümkün idi?
- Bilirsiniz, baş məşqçiyə bir qədər vaxt vermək lazımdır. Biz məşqçini 6-cı turdan sonra dəyişmək qərarına gəldik. Bunu daha tez etmək düzgün olmazdı. Çünki Bəhmən Həsənova da şans vermək lazım idi.
- Sözlərinizdən belə çıxır ki, Vladislav Qədirovun işi hazırda sizi qane edir?
- Bəli, onun baş məşqçi postuna gəlişindən sonra komanda yaxşı nəticələr göstərməyə başladı.
- Qış fasiləsində komandada islahatlar gözlənilir?
- Bu barədə Vladislav Qədirovla hələ söhbətimiz olmayıb. Ancaq, heyətdə ciddi islahatlar aparılacağını düşünmürəm. Çünki klub normal heyətə malikdir. Ola bilər, 2-3 futbolçu klubdan kənarlaşdırılsın və yeniləriylə əvəz olunsun. Lakin elə böyük dəyişiklər olmayacaq.
- “Rəvan”ın “altılıq”a düşərək Avroliqaya vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiniz?
- Klubumuzun bu yöndə çox potensiallı olduğunu hesab edirəm. Komandanın uğur qazanmasına yetərincə gücü olduğunu düşünürəm.
- Ancaq nədənsə son görüşlərdə “Rəvan” uğursuz çıxış edir.
- Futbolda daim qalib gəlmək olmur. Biz özümüz də “Kəpəz”lə qarşılaşmada komandadan qələbə gözləyirdik. Lakin istəyimizin tam əksi oldu. Ola bilər, futbolçular həmin oyuna yaxşı köklənməmişdilər və ya məşqçinin tapşırıqlarını yaxşı yerinə yetirə bilmədilər. Bir sözlə, belə şeylər hərdən qaçılmaz olur.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı