“Bakı” klubunun müdafiəçisi Elvin Əliyevin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının son turunda səfərdə AZAL-a məğlub oldunuz. Çempionatın əvvəlindən zəif çıxışlarıyla yadda qalan bir komandanın sizə qarşı belə müqavimət göstərəcəyini gözləyirdiniz?
- Baxmayaraq ki, bir neçə futbolçu oradan ayrılıb, AZAl yenə də öz potensialını saxlayan güclü klublardandır. Çempionatın əvvəllərində komandada çatışmazlıqlar, problemlər olsa da, artıq özlərinə gəlməyə başlayıblar. Məncə, onlar hələ çox komandanı xalsız qoyacaqlar. Məşqçi dəyişikliyindən sonra, AZAL çox yaxşı təsir bağışlayır.
- Oyunla bağlı ümümi fikirlərin necədir?
- Birinci hisssədə meydan sahibləri çox yaxşı təsir bağışladı. Fasilədə uşaqlarla söhbətimiz oldu ki, əlimizdən gələni etməyə çalışmalıyıq. Qol imkanları olsa da, bunlardan istifadə edə bilmədik. Həmin qarşılaşmada komanda qələbə qazanmağı çox istəyirdi. Lakin buna nail olmadıq.
- “Bakı”nın heyətində Parks və Jaba kimi hücumçular olsa da, heç nə ilə yadda qalmadılar.
- Parks bu oyunda meydana yarızədəli halda çıxmışdı. Komandanın uğuru naminə belə addım atdığına görə ona yalnız təşəkkür düşür. Onunla yanaşı bir çox əsas futbolçumuz da həmin qarşılaşmada forma geyinə bilməmişdi. Mən rəqibin heyətində xüsusi olaraq qapçılarının yaxşı çıxışını vurğulamaq istərdim. Cahangin Həsənzadə bizimlə oyunda möhtəşəm qurtarışlar etdi. Bir az da bəxt amili elə bil bizdən üz döndərmişdi.
- “Bakı”nın qeyri-sabit çıxış etməsinə səbəb nədir?
- Çempionatımızda heç bir klub bütün oyunlarda qalib gələ bilməz. Bu onu göstərir ki, Premyer Liqadakı qarşılaşmalar çox gərgin məcrada keçir. Heç bir komanda asanlıqla məğlub olmaq istəmir. Hətta autsayder klublar belə, güclülərlə başabaş mübarizə aparır. Zəif çıxış etdiyimizi düşünmürəm. Uzun müddət “Xəzər Lənkəran” turnir cədvəlinə başçılıq etsə də, zirvəni “Neftçi” ələ keçirdi. Digər bir misal kimi aşağı pillələrdə qərarlaşan “Simurq”un “Xəzər Lənkəran” dan xal almasını göstərə bilərəm. Bütün bunlar çempionatdakı rəqabətin güclü olduğunun sübutudur.
- Qarşıda sizi bu mövsüm çox yaxşı təsir bağışlayan “Rəvan”la oyun gözləyir.
- Məncə, çətin bir qarşılaşma olacaq. Bir müddət öncə onları biz kubok yarışlarından kənarlaşdırdıq. Rəqibin mübariz komanda olduğunu bilirik. Ancaq bizim heç bir klubdan qorxumuz yoxdur. Meydanda öz gücümüzü qoyaraq, qələbə qazanmağa çalışacağıq. Kimin yüksəliş və ya kimin enişdə olması bizi maraqlandırmır. Məqsədimiz qalib gələrək üç xal qazanmaqdır.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı