“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- “Qarabağ”ın son iki qarşılaşmasında əsas heyətdə yox idin. Bunu nə ilə əlaqələndirirsən?
- Bir görüşdə meydana çıxmasam da, ikinci qarşılaşmada meydana ikinci hissədə daxil olmuşam. Sonuncu səfər oyununda hesab bizi qane etdiyi üçün meydana çıxmağıma lüzum olmadı. Birdə ki futbolçu çempionat oyunlarının hamısında müntəzəm iştirak edə bilməz. Baş məşqçimiz Qurban Qurbanov hər dəfə yenilik etmək istəyir. Bu məşqçi qərarı olduğu üçün bunu normal qarşılayıram.
- Ola bilərmi ki, bir neçə görüşdə əlverişli qol imkanını boşa verdiyinə görə baş məşqçinin qəzəbinə tuş gəlmisən?
- Deməzdim ki, belədir. Sadəcə, oyun zamanı əgər hücumçu qol şanslarından maksimum yararlana bilmirsə, onda məşqçi bir az dəyişiklik etmək haqda düşünür. Bəlkə də Qurban müəllim də belə etmək qərarına gəlib. Bu da normal bir şeydir.
- Bu barədə baş məşqçiniz Qurban Qurbanovla söhbətiniz olub? Sənə deməyib ki, formada deyilsən və bu üzdən belə qərar vermişəm?
- Yox, heç bir danışığımız olmayıb. Nə də aramızda bir problem var. Ancaq formada olmamaq və qol vurmamaq ayrı şeydir. Mən özümün yaxşı formada olduğumu düşünürəm. Sadəcə, üç oyundur ki, ələ düşən qol imkanlardan istifadə edə bilməmişəm. Düşünürəm ki, belə bir halla hər bir futbolçu rastlaşa bilər.
- Sənin yoxluğunda Bəxtiyar Soltanov əsas heyətdə özünü yaxşı tərəfdən göstərir. Komandanın əsas heyətində yerini itirəcəyin səni narahat etmir?
- Heç bir problem yoxdur. Bəxtiyar, ya mən, hansımızın qol vurmağının fərqi yoxdur. Əsas odur ki, “Qarabağ” qalib olsun. Ampluası hücumçu olduğu üçün onun da işi qol vurmaqdı. Bəxtiyarı Azərbaycanda ən yaxşı futbolçulardan biri hesab edirəm. Meydana çıxdığı zaman özünü doğrultmağı bacarır. Elə komanda Avroliqada çıxış edən zaman da özünü göstərməyi bacardı.
- Premyer Liqa çərçivəsində qarşıda sizi “Xəzər Lənkəran”la səfər matçı gözləyir.
- Lənkərandakı görüşdə qazanacağımız yaxşı nəticə bizi yuxarı pillələrə daşıyacaq. Həmin qarşılaşmanın bizim üçün çox vacib olduğunu söyləyə bilərəm. Əgər həmin oyunda qələbə qazana bilsək, turnir cədvəlində irəliləməklə yanaşı yerimizi də, möhkəmlədəcəyik. Rəqibdə baş məşqçi dəyişikliyinə baxmayaraq, güclü müqavimətlə rastlaşacağımızı düşünürəm. Buna misal olaraq “Qəbələ” klubunda məşqçi dəyişikliyini nümunə göstərmək olar. Ən azı “Xəzər Lənkəran”ın yeni baş məşqçisi özünü doğrultmağa çalışacaq. Cüneyt Biçər vaxti ilə “Bakı” klubunda çalışarkən özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Bütün bunlara baxmayaraq, qələbə qazanacağımıza əminəm.
- “Xəzər Lənkəran”la matçda səni meydanda görə biləcəyik?
- Qurban müəllim oyuna üç gün qalmış kimin əsas heyətdə yer alacağını demir. Heyət son keçirdiyimiz məşqdən sonra bəlli olur. Oynayıb-oynamayacağım barəsində hələ heç nə bilmirəm. Sadəcə, bir şeyi bilirəm ki, mənə bu qarşılaşmada şans verilsə, komandamın qələbə qazanması üçün əlimdən gələni etməyə çalışacağam.
- Keçən mövsüm “Xəzər Lənkəran”la iki qarşılaşmada fərqlənmişdin. Deməli, cənublulara qarşı oyunun alınır?
- Bəli, onlara qarşı oyunum çox yaxşı alınıb. Deməzdim ki, onlarla oyuna xüsusi olaraq hazırlaşmışdım. Ancaq böyük oyunlara əlbəttə, komanda şəklinə xüsusi hazırlaşırıq. Bu da xüsusən qarşılaşmaya daha yaxşı motivasiya olmağımıza kömək edir. Xüsusən, Lənkərandakı atmosferdə oynamaq çox xoş olur.
- Dünən oktyabr və noyabr aylarının ən yaxşı futbolçu nominasiyasında Uinston Parks və Flavinyo mükafatlandırıldılar. Səncə, onlar bu mükafata layiq idilər?
- Bu haqda heç nə demək istəmirəm. Seçiblərsə, yəqin ki, düzgün qərardı. Sadəcə olaraq, onları təbrik edirəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı