"Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov bu komanda və Lənkəran stadionuyla bağlı AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərarla əlaqədər Qol.Az-ın suallarını cavablandırıb.
- İntizam Komitəsi Lənkəran şəhər stadionunda iki matçın azarkeşlərsiz keçirilməsi haqda qərar çıxarıb. Klubunuzun buna münasibəti necədir?
- Bu qərardan narazıyıq. Qərara etiraz olaraq Apelyasiya Komitəsinə artıq məktub da göndərmişik. Xahiş etmişik ki, klubumuz haqda ədalətli qərar çıxarsınlar. Əfsuslar olsun ki, indi Azərbaycan futbolunda bütün qanunlar yalnız “Xəzər Lənkəran”ın əleyhinə işləyir. Onda gərək o biri klubların stadionlarında futbolu ümumiyyətlə ömürlük ləğv edilsin.
- Hər halda stadionda meydançaya kənar əşyalar atılıb və onlardan biri rəqib məşqçinin başına dəyib.
- Bizim klub olaraq “Xəzər Lənkəran”ın stadionunda hansısa azarkeşin meydançaya daş atmasına münasibətimiz çox pisdir. Eləcə də rəqib komandanın hər hansı futbolçusuna, məşqçisinə xəsarət yetirməyə münasibətimiz mənfidir. Bütün bunlar bizim klubun prinsipinə, siyasətinə uyğun olan bir şey deyil. Biz dəfələrlə bu barədə açıqlamalar vermişik. Baş verən hadisəni qətiyyən pisləyirik. Meydançaya kənar əşya atan şəxslər “Xəzər Lənkəran”ın azarkeşləri sayıla bilməz. Əgər Lənkəranda baş məşqçiyə qarşı bilərəkdən hər hansı bir hərəkət olsaydı, bu başqa məsələ. Oyun zamanı cəmi ikicə dəfə meydançaya kənar əşya atılıb. Bunlardan biri də sırf təsadüf nəticəsində Kaxaber Sxadadzenin başına dəyib. Vəssalam.
Bizdə elə stadionlar var ki, hər həftə orada baş da yarılır, hakim də döyülür, azarkeşlər meydançaya axışır və sairə. Bu hadisələr biabırçılıqdır. Amma indiyədək elə hal yaşanmayıb ki, hansısa klubu azarkeşsiz oynamağa məcbur etsinlər. “Xəzər Lənkəran”ın digər klublardan ən böyük üstünlüyü onun azarkeşlərindədir. Həmin azarkeşlərə hörmətlə yanaşmaq lazımdır. Biz hər oyundan sonra toplantı keçiririk. Baş verən mənfi hallarla bağlı ölçü götürürük. Hər halda digər stadionlara gələn 500 azarkeş kimi həm hakimi döyür, həm daş atır, həm də oyunu yarımçıq tərk etmirik. Biz o klublardan deyilik. Hər bir hadisəyə görə cavabdehlik daşıyırıq. Oyunumuzu isə beş yüz deyil, on min adam izləyir. Düşünürəm ki, digər klublarla müqayisədə təhlükəsizlik məsələri ilə bağlı “Xəzər Lənkəran” klubu işinin öhdəsindən daha yaxşı gəlir.
- Siz bir neçə dəfə AFFA İntizam Komitəsini klubunuza qarşı qərəzli münasibətdə ittiham etmisiniz. Sizcə, bugünkü qərar da bu münasibətin davamıdır?
- Mən bilmirəm AFFA İntizam Komitəsinin üzvləri sonuncu dəfə Lənkəranda nə zaman matç izləyiblər. Elə başa düşürəm ki, onlar Lənkəran stadionundan bixəbərdirlər. Bu qərarı “Xəzər Lənkəran” klubuna və onun azarkeşlərinə hörmətsizlik kimi qiymətləndirirəm. Özü də bilirlər ki, bundan sonrakı ev oyunlarımız çətin rəqiblərlə olacaq.
Yeganə çıxış yolu olaraq Apelyasiya Komitəsinə müraciət etməkdir. Ümid edirik ki, onlar bu məsələ ilə bağlı daha ədalətli qərar çıxaracaqlar.
Fürsətdən istifadə edib, digər bir məsələ barəsində öz fikrimi bildirmək istəyirəm. U-17 liqasında çıxış edən komandamıza “Qəbələ” ilə oyunda texniki məğlubiyyət verilib. Güya meydançanın hazır vəziyyətə salınması üçün lazımi tədbirlər görmədiyinə görə komandamız belə məğlubiyyətə düçar olub.
Bəs necə olur ki, bizim əvəzedici heyət gedib Zaqatalada “Simurq”a qarşı qarın üstündə oynayır, hətta zədələr alır, amma “Qəbələ” klubu bizimlə oynamaqdan imtina edir. Bizim komanda isə “Qəbələ”yə qarşı məğlubiyyət alır. Həmin komanda ki, indiyədək çempionatda heç bir məğlubiyyəti olmamışdı. Hesab edirəm ki, bütün bunlar “Xəzər Lənkəran”a qarşı kampaniyadır. Əfsuslar olsun ki, İntizam Komitəsinin üzvləri də həmin kampaniyada çox fəal şəkildə iştirak edirlər.
Ümid AYXAN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı