Milli komandamızın seleksiya xarakterli təlim-məşq toplanışına dəvət olunan Latviyanın «Metallurq» klubunun hücumçusu Vüqar Əsgərov bu gün azərbaycanlı jurnalistlərə müsahibə verib.
Qol.Az-ın məlumatına görə, ona ünvanlanan bütün sualları doğma Azərbaycan dilində yox, rusca cavablandıran Əsgərov öncə özü haqda danışıb: «Mənim 26 yaşım var, Latviyanın «Metallurq» klubunda oynayıram. Bu il avqustun 1-də həmin komandayla müqaviləni yeniləmişəm. «Metallurq» Baltikanın ən güclü klublarındandır. Sumqayıtda doğulmuşam, sonra Latviyada yaşamağa başlamışam. Valideynlərim isə Azərbaycanda yaşayırlar».
Milliyə dəvət olunmasına toxunan V.Əsgərov deyib ki, ona belə şans verilməsindən məmnundur: «Bundan sonra necə olacağını zaman göstərəcək».
Əsgərov Azərbaycan millisinə necə dəvət alması haqda da danışıb: «Azərbaycanın futzal millisi Latviyada olanda komandanın meneceri mənim oyunumu izlədi. O, mənim barəmdə bütün məlumatları topladı və bildirdi ki, sənə Bakıdan zəng edəcəklər. Onlar bilmirdilər ki, Latviyada belə bir futbolçu var».
V.Əsgərov buna qədər Azərbaycan millisində oynamaqla maraqlanmadığını söyləyib: «Məgər, məktub yazmalıydım ki, məni milliyə götürün? Azərbaycanın Türkiyə ilə oyununu izləmişdim. Komanda yaxşı təsir bağışlamışdı».
V.Əsgərov millinin baş məşqçisi Berti Foqstla görüşdüyünü də deyib: «Foqts dedi ki, burada hazırlıqdasan. Bundan sonra hər şey sənin özündən asılı olacaq. Söylədi ki, əgər özünü göstərə bilsən, millidə qalacaqsan».
V.Əsgərov hələlik Azərbaycan çempionatında oynamaq fikri olmadığını da deyib: «Mənim öz klubumla bir illik müqaviləm var».
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı