Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev dünən «Turan» - «Qarabağ» matçından sonra baş verən hadisələr, eləcə də «Xəzər Lənkəran» - «İnter» oyununda qonaq komandanın baş məşqçisinin başının yarılmasıyla əlaqədar Qol.Az-ın suallarını cavablandırıb.
- «Turan» - «Qarabağ» oyunundan sonra yaşanan hadisələri araşdırmısınız?
- Bəli. Tovuzdakı olaylar oyundan sonra olub. Bildiyiniz kimi, hələ çempionat başlamazdan əvvəl hər bir rayonun polis şöbəsi tərəfindən stadionda təhlükəsizliyin qorunmasıyla bağlı bizə təminat məktubu göndərilir. Təəssüf ki, Tovuz Rayon Polis Şöbəsi verdiyi təminatı yerinə yetirə bilmədi. Buna görə də həm stadion, həm də polislərlə bağlı tədbir görüləcək. Ona görə ki, belə özbaşınalıq heç yerdə görülməyib. Mən hələ 2-3 il öncə də demişdim ki, Tovuz klubunun Azərbaycan futbolunda öz yeri var. Elə yaş qrupu üzrə milli komandalarımız yoxdur ki, orada Tovuz futbol məktəbinin ən azı iki yetirməsi çıxış etməsin. Mənə elə gəlir ki, son hadisələrlə Tovuz camaatının futbola diqqətinə, məhəbbətinə kölgə salmaq istəyirlər. Tovuzun çox gözəl rəhbərliyi var. İnanıram ki, onlar növbəti dəfə belə hadisələrin təkrarlanmasının qarşısını alacaqlar.
- «Turan» klubunu baş verənlərə görə nə kimi cəza gözləyir?
- Bilirsiniz ki, bu məsələlərlə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verir. Orada məsələyə baxılacaq və hüquqi qiymət veriləcək.
- Hər halda adətən, belə hallarda nə kimi qərarlar çıxarılır? Tovuz stadionunda oyunların keçirilməsinə qadağa qoyula bilərmi?
- Ola bilər ki, «Turan» bundan sonra bir neçə oyununu neytral zonada keçirsin. Hər halda mən məhz belə qərar gözləyirəm.
- Hakimlərə xəsarət yetirən şəxslərlə bağlı hansısa tədbir görülüb?
- Oyundan dərhal sonra bizim Tovuzda olan əməkdaşlarımız polisə müraciət ediblər. Polislər də hadisəni törədən dörd nəfəri saxlayaraq şöbəyə aparıb. Eşitdiyimə görə, artıq həmin şəxslərə qarşı cinayət işi də açılıb.
- Dünənki hadisənin məqsədli şəkildə törədilməsi haqda fikirlər də səslənir. Çünki dörd gün əvvəl «Turan» «İnter»lə kubok matçında oyunu yarımçıq dayandırmışdı.
- Hər bir insan elədiyi hərəkətə görə cavabdehdir. Peşəkar Futbol Liqası olaraq biz təşkilatçılıq vəzifəsini yerinə yetirərək oyunlar keçiririk. Amma klub rəhbərliyi futbolçulara göstəriş verir ki, oyuna çıxmasın. Buna görə məsuliyyəti klub rəhbərliyi daşıyır. Biz «Turan»ın futbolçularını məcbur edə bilməzdik ki, oyuna çıxsın. Klub rəhbərliyi belə hərəkəti ilə birinci növbədə özünə hörmətsizlik etdi.
Baş verən olaylar, «Turan» rəhbərliyinin işinə qeyri-peşəkar yanaşmasının göstəricisidir.
- Hakimlərin döyülməsi olayından sonra «Turan» rəhbərliyi ilə danışığınız olub?
- Bəli. Amma onlar iddia edir ki, baş verənlərdən xəbəri olmayıb. Hərçənd AFFA-nın nümayəndəsi başqa hadisənin şahidi olub. O deyir ki, hakimlərə təzyiq göstərən şəxslər oyundan öncə klubun yeməkxanasında da oturublar və orada «Turan» rəhbərliyində təmsil olunan şəxslərdən biriylə tez-tez əlaqə saxlayıblar.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyir ki, hakimləri döyən azarkeşlər yox, klubun öz adamları olub.
- Hakimlər də yeməkxanada çörək yeyəndə həmin şəxsləri orada görüblər. Kənar adam klubun yeməkxanasına necə düşə bilər? Hakimlər oyundan sonra soyunub-geyinmə otağına gələndə bu adamları otaqda görüblər. Soruşmaq lazımdır, bağlı olan otağa onlar necə və kimin vasitəsilə giriblər?
- Dünən daha bir insident Lənkəranda baş verib. Oyunun sonlarında azarkeşlər «İnter»in baş məşqçisi Kaxaber Sxadadzenin başını yarıblar.
- Mən deməzdim ki, daş məhz Sxadadzeyə atılıb. Düzdür, belə bir hadisə olub və ona hüquqi qiymət veriləcək. Daşın atılması yox, amma Sxadazeyə dəyməsi tam təsadüfdür. Yəqin ki, bunu da komandanın məğlubiyyətini qəbul edə bilməyən azarkeşlər edib. Bu məsələdə klub rəhbərliyi yox, asayişi qoruyanlar məsuliyyət daşıyır.
- Cari çempionatımızda beşinci məşqçi istefası gerçəkləşdi. Dünən «Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Rednik də istefaya göndərildi. Sizcə, çempionatda belə halların yaşanması normal haldır?
- Əgər məşqçinin işi klubu rəhbərliyini qane etmirsə, onu ya istefaya göndərirlər, ya da məşqçi özü vəzifəsindən könüllü şəkildə gedir. Daha yaxşı məşqçiyə ehtiyac olduğu üçün klub rəhbərliyi belə addım atır. İndi desəm ki, çempionatın səviyyəsi qalxıb, bəziləri fikirləşəcək ki, özlərini tərifləyir. Məşqçilərin istefaya göndərilməsinin özü də sübut edir ki, çempionatda rəqabət artır və bəzi məşqçilər artıq bu rəqabətə tab gətirə bilmirlər.
- Yəni siz hesab edirsiniz ki, Rednikin Azərbaycan çempionatında işləməyə gücü çatmayıb?
- Gücü çatsaydı, yəqin ki, onu istefaya göndərməzdilər. Fikir verin, son dörd oyundur «Xəzər Lənkəran» qələbə qazana bilmir. Bu mənada, klub rəhbərliyinin qərarını doğru sayıram.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı