“Simurq” klubunun baş məçqçisi Sergey Yuranın Qol.Az saytına müsahibəsi
- İlk öncə “Neftçi”yə kubok oyununda 0:1 hesabıyla məğlub olduğunuz görüş haqda fikirlərinizi bildirməyinizi istərdim. Sizcə, uduzmağınıza nə səbəb oldu?
- Bu mərhələ tək oyundan ibarət olduğundan hər iki komanda qələbə qazanmaq istəyirdi. Bizim yaratdığımız təhlükəli qol vəziyyətləri “Neftçi”dən çox idi. Ancaq ikinci hissədə çox qəribə hadisələr baş verdi. Fasilə zamanı rəqib komandanın təhlükəsizlik xidmətinin işçiləri hakimə təyziq göstərməyə çalışırdı. Məncə, bundan sonra hakim qorxaraq əleyhimizə qərarlar verməyə başladı. Əslində hakimlik barəsində danışmaq istəməzdim. Çünki məğlubiyyətdə futbolçuların özü günahkardı. Əgər əllərinə düşən fürsətdən maksimum istifadə edə bilsəydilər, indi növbəti mərhələyə biz keçmişdik.
- Siz şəxsən “Neftçi”nin mühafizəçilərinin hakimə təzyiq etdiyini görmüsünüz?
- Fasilədə soyunub geyinmə otağına yaxınlaşdıqda, hay-küy, qışqırıq səsi aləmi bürümüşdü. Görünür, hakim ona edilən təzyiqlərdən bərk qorxmuşdu. Elə ona görə də oyunun ipini əlindən buraxdı. Bəzi lazımlı məqamlarda qərarları bizim əleyhimizə verirdi. Biz futbolla məşğul oluruq, boksla yox.
- Amma “Neftçi” klubu da sizin futbolçularınızı kobud oynamaqda günahlandırıb.
- Mən deməzdim kobud oynayırdılar. Sadəcə, rəqib futbolçular bir şey olmamış özlərini yerə atırdılar. Gah biri qarnını tutur, gah təcili yardım çağırırlar. Belə simulyasiyalar futbola gözəllik gətirmir. Əksinə oyuna olan marağı öldürür. “Neftçi” kimi güclü maliyyəyə malik olan komanda heç nədən çəkinməməlidir. Mənim köməkçilərim belə simulyasiyalara gedən vaxtı hesablayıb. Bilirsiniz, buna görə nə qədər vaxt gedib: düz 20 dəqiqə. Oyunçular yalandan yerə yıxılır, sonra heç nə olmamış kimi, ayağa qalxaraq oyuna davam edirlər. Qapçıları topu fitdən sonra hara gəldi vuraraq vaxt udmağa çalışır. Əslində hakim bütün bunlara reaksiya verərək, rəqib futbolçuları cəzalandırmalıydı.
- “Neftçi” iddia edir ki, Flavinyoya qırmızı vərəqə göstərilməməliydi.
- O, həmkarına bilərəkdən əliylə zərbə endirdi.Bütün bunlar yaxınlıqda olan hakimin gözləri önündə baş verdi. Buna görə də hakim onu meydançadan uzaqlaşdırdı. Əgər mənim futbolçularımdan kimsə belə etsəydi, onu əsas komandadan əvəzedici heyətə göndərərdim. Meydanda kişi kimi mübarizə aparmaq lazımdır. Belə oyun futbolçuya yaraşmır.
- Bazar günü Premyer Liqada yenidən “Neftçi”ylə qarşılaşacaqsınız. Revanş almaq barəsində düşünürsünüz?
- Biz hər oyuna köklənməyi bacarırıq. Qarşılaşacığımız rəqib “Neftçi” olduğu üçün futbolçularımın meydanda daha əzmlə mübarizə aparcağını düşünürəm. Çünki bütün komanda qələbə qazanmaq arzusuyla alışıb-yanır. Biz məğlubiyyət üçün səfərə getmirik.
- Zaqataladakı son qarşılaşmadan sonra “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevlə birlikdə mətbuat konfransında iştirak etməkdən imtina etmisiniz. Böyükağa Hacıyev isə bunu özünə təhqir hesab edib.
- Mən sizin saytınız vasitəsilə “Neftçi”nin baş məşqçisinə bildirmək istəyirəm ki, mən ona hörmətsizlik etməmişəm. O, mətbuata açıqlamasında ona qarşı hörmətsizlik etdiyimi bildirib. Mən sadəcə olaraq mətbuat konfransına tək getməyi xoşlayıram. Mən heç vaxt digər komandanın baş məşqçisiylə birlikdə mətbuat konfransında iştirak etmirəm. Ya öncə, ya da sonra konfransa zalına daxil oluram. Ona görə də Böyükağa Hacıyev mənə hörmətlə yanaşaraq, danışığına fikir versin. Mən həm futbol ictimaiyyətinə, həm də jurnalistlərə hörmətlə yanaşıram. Mətbuat konfransında tək olanda jurnalistlərlə daha açıq danışmağa üstünlük verirəm.
Əli HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı