“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Müsahibəyə ilk öncə AFFA İcraiyyə Komitəsinin dünən Berti Foqtsla bağlı çıxardığı qərarla başlamaq istəyirəm. Foqtsla müqavilənin müddətinin daha iki il uzadılmasını necə qarşıladınız?
- Normal. Əgər Foqtsla yeni müqavilə imzalanıbsa, deməli, millinin qazandığı nəticə onları qane edib. Biz milli komandamıza yalnız uğurlar arzu edə bilərik. Milli nə qədər yaxşı uğurlar qazansa, klublarımız da bir o qədər çox tanınacaq.
- Foqtsun yerinə ən real namizədlərdən biri də siz idiniz. Bəzi tərəfdarlarınız hətta son anadək sizin millinin baş məşqçiliyinə gətiriləcəyinizə ümidli idilər. Bu isə baş vermədi. İndi nə fikirləşirsiniz?
- Fikirləşəsi bir şey yoxdu. Bu federasiyaya aid olan bir qərardır. Onlar da çalışırlar ki, düzgün qərar versinlər. Mən milli mövzsunda danışmağa nöqtə qoymuşdum. Çünki hər dəfə mən danışdıqdan sonra bəzi narazılıqlar yaranır. Bu barədə danışmasaq, daha yaxşıdır.
- Klublar mövsüm ərzində millinin toplanışlarının sayının çox olmasından narazılıq edirlər. Necə fikirləşirsiz, heç olmasa, bundan sonra millinin toplanışlarının sayı azaldılmalıdır?
- Bu barədə hələ düşünməmişəm. Lazım olsa, yazılı surətdə AFFA-ya öz fikrimizi çatdıracağıq. Əgər millinin toplanışı bizim proqramımıza da təsir etsə, o zaman AFFA-ya müraciətimiz olacaq.
- İndi isə dünən komandanızın ölkə kubokunun 1/8 finalında “Sumqayıt-Şəhər”lə oyunu barədə danışaq. “Qarabağ” xoş təsir bağışladı. Buna qədər “Qarabağ” Sumqayıt təmsilçisi ilə matçlarda beş xal itirmişdi. Deyəsən, bu dəfə rəqibi daha ciddi təhlil etmişdiniz.
- Sumqayıt klubu ilə dünənki matçımız bir qədər fərqli idi. Çünki kubok oyunu idi və matç yalnız bir tərəfli keçirilirdi. Mütləq qələbə qazanmalı idik. Rəqibi daha yaxşı tanıyırdıq. Komanda ilə oynayanda matçı bir başqa, videoyazıdan isə tamam başqa cür analiz edirsən. Düşünürəm ki, düzgün oyun qurduq və yaxşı qələbə qazandıq.
- Komandanın aparıcı üzvləri – Rauf Əliyev və Vüqar Nadirov son zamanlar yaxşı oyun göstərə bilmirlər. Dünənki matçda isə hər iki futbolçunu ehtiyata göndərdiniz. Bu qərarınız həmin oyunçuların aşağı formada olması ilə bağlı idi?
- Əgər hücumçu bir neçə oyun ardıcıl olaraq fərqlənə bilmirsə, onda inamsızlıq yaranır. Ehtiyat oturan komandanın üzvləri də oynamadıqca həvəsdən düşürlər. Rauf Əliyev həddindən artıq çox oyun keçirir. Həm millinin heyətində, həm də “Qarabağ”da. Rauf formasından bir qədər uzaq idi. Get-gedə öz əvvəlki formasını yığır. Bəxtiyar Soltanov isə əksinə məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Mən də ona şans verdim.
- Roşa son oyunlarda gözəl çıxış edir. “Neftçi” ilə oyunda meydana daxil oldu və komandanın oyununda canlanma əmələ gəldi. Sumqayıt klubu ilə matçda isə yaxşı ötürmələr verdi, hətta qol vurdu. Roşanı hazırda “Qarabağ”ın lider oyunçusu saymaq olar?
- Roşanı komandanın lideri saymaq hələ tezdir. Çünki biz lideri tək oyununa görə seçmirik. Lider tək oyunu ilə deyil, həm də özünü aparmağı, hərəkətləri ilə fərqlənməlidir. Yalnız yaxşı oyununa görə kimisə lider adlandırmaq doğru deyil. Roşa zamanla komandaya daha da yaxşı uyğunlaşacaq. Düzdür, artıq hərəkətləri də olur. Bunu isə onun xarakteri ilə bağlamaq istəyirəm. İnanıram ki, Roşa yaxşı oyunlarını hələ növbəti matçlarda göstərəcək.
- Rəşad Sadıqovun vəziyyəti necədir?
- Rəşad hazırda Türkiyədədir. Qolu ilə bağlı müayinələr aparılır. Hər şey yaxşılığa doğru gedir. Hələ bir neçə gün orda qalacaq. Qolundə hərəkətlənmə əmələ gəlib. Həkimlər demək olar ki, qolunu tamamilə açıblar.
- “Xəzər Lənkəran”la dekabrın 10-da səfərdə oyununuz var. Rəşad həmin görüşə kimi tam hazır ola biləcək?
- İndidən bu barədə nəsə demək çətindir. Rəşad Türkiyədə müayinə ilə yanaşı həm də öz formasını saxlayır. Fərdi şəkildə məşqlər edir. Bakıya gəldikdən sonra hər şeyə aydınlıq gələcək.
- Son turda “Neftçi”yə məğlubiyyətdən sonra liderlə xal fərqi bir az da artdı. İnsanlar fikirləşir ki, artıq yavaş-yavaş “Qarabağ” çempionluqdan ümidini üzür. Siz nə fikirləşirsiniz?
- Təbii ki, biz istəyirik hər şey yaxşı olsun. Futbolda mümkünsüz heç nə yoxdur. Sonadək döyüşəcəyik. Ruhdan düşmək fikrimiz yoxdur. Çempionatın səviyyəsi artır. Artıq daha sürətli futbol oynanılır. Bu səbəbdən gələcək oyunlarda yenə də xal itirməyimiz mümkündür. Bilirəm ki, azarkeşlərimiz narahatdır. Biz də istəyirik onları sevindirək. Onlar yalnız qələbəyə layiqdirlər.Çalışıb səhvlərimizi aradan qaldıracağıq və mübarizəmiz sonadək davam edəcək.
- Komandanız üç ildir ki, hər mövsüm “qara zolağ”a düşür. Buna baxmayaraq, həmin zolaqdan çıxmağın öhdəsindən gəlir. “Qara zolağ”ın yaranmasına səbəb yorğunçuluq amili ola bilər mi?
- Mən deyəndə ki, komandamızda yorğunçuluq var, bəzi mütəxəssislərimiz məni başqa cür başa düşürdülər. Hər bir futbolçu normal olaraq ildə bir dəfə istirahət etməlidir. Avroliqada qazandığımız nəticəni kiçik bir uğur adlandırmaq olar. Həm Avroliqanın oyunlarını , həm də milli komandanın matçlarını götürsək, bizim futbolçular mövsüm ərzində digərlərindən 10-15 oyun daha çox keçirirlər. İstirahət etməyə imkanımız olmur. Onlar istirahət edəndə biz məcburən Avroliqa oyunlarına hazırlaşırdıq. Yenə də rəqiblərimizin qazandığı layiqli nəticələrə kölgə salmaq istəmirəm. Rəqiblərimiz də yaxşı oynayır və xallar qazanırlar.
Ümid AYXAN
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."