Milli komandamızın və “Volqa”nın hücumçusu Vaqif Cavadov Rusiya Premyer Liqasında yaranmış fasiləylə əlaqədar Bakıya qayıdıb. Qol.Az saytının müxbiri Vaqiflə əlaqə saxlayaraq ondan müsahibə alıb.
- Bakıya nə vaxt gəlmisən?
- Dünən axşam gəldim.
-Gəlişin yəqin ki, Rusiya çempionatında yaranan fasilə ilə əlaqədardır...
- Bəli. Fasilə yarandı və vətənimə gəldim. Çox darıxmışam. Bir ay müddətinə istirahətim var.
- İstirahətini necə keçirməyi planlaşdırırsan?
- Hələ tam qərara gəlməmişəm. Ən əsası odur ki, 1-2 gündən sonra bütün telefonlarımı bağlayacam (gülür) Qoy, bir az beynim dincəlsin. Hələ ki, Bakıdayam. İstirahət üçün Türkiyəyə getmək istəyirəm. Bilmirəm, bəlkə də Dubaya getdim.
- Kimlərlə görüşməyi nəzərdə tutmusan?
- Mənim dostlarım – “Qarabağ”ın oyunçuları indi hamısı Ağdamdadılar. Səhv etmirəmsə, həftəsonu “Turan”la oyunları var. Onlar Bakıya dönən kimi mütləq görüşəcəyik. Bibimoğlu İlqarı (“Qarabağ”ın oyunçusu İlqar Qurbanov – red.) da gözləyirəm ki, gəlsin, görüşək.
- Həftəsonu ölkə çempionatının növbəti turu baş tutacaq. Stadiona gedib oyunları izləyəcəksən?
- Əgər həmin vaxt Bakıda olsam, mütləq hansısa matçı izləyəcəyəm. Amma hələ bəlli deyil. Çünki ola bilər ki, səfərə getdim.
- “Volqa”da ümumi ab-hava necədir? Baş məşqçi son turlarda əsas heyətdə sənə şans verir...
- Ümumi götürdükdə hər şey qaydasındadır. Digər klublarla müqayisədə nəticələrimiz bir qədər pis görünür. Amma qarşıda hələ çox oyun var. İnşallah, yaxşı nəticələr qazanacağıq.
- Sən bir neçə dəfə millinin baş məşqçisi Berti Foqtsla bağlı fikirlərini bildirmisən. Dünən AFFA İcraiyyə Komitəsinin iclasında alman mütəxəssislə müqavilə daha iki il müddətinə uzadıldı. Bu qərara münasibətin necə oldu?
- İlk öncə çox sağ olsunlar ki, iclasda mənim məsələm də müzakirəyə çıxarıldı. Fürsətdən istifadə edib buna görə İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. AFFA haqqımda verdiyi qərarı demək olar ki, ləğv etdi. Həmin insanlara təşəkkür etmək istəyirəm ki, mənim doğru olduğumu başa düşüblər. Bir daha deyirəm, mən heç zaman millidən imtina etməmişəm. Hər zaman öz millətimin, bayrağımın şərəfini qorumağa hazıram. O ki qaldı Foqtsun millidə qalmasına, həmişə demişəm ki, başqa bir əcnəbi məşqçidənsə, elə onun qalması məqsədəuyğundur.
- Foqtsla aranda yaşanmış münaqişə millinin gələcək oyunlarında hər hansı bir şəkildə sənə problem yaratmayacaq ki?
- İnanmıram. Futbolçu ilə baş məşqçi arasında münaqişə ola bilər. Bunu qabartmağa ehtiyac yoxdur.
- Sözlərindən bu nəticəyə gəlmək olar ki, artıq bağışlanacağına tam əminsən...
- Bilirsiz, əgər mən düzgün olmasaydım, heç bu qərar da qəbul olunmazdı. Amma hər şey yaxşı sonluqla bitdi.
- İcraiyyə Komitəsinin iclasından sonra AFFA tərəfindən səninlə əlaqə saxlayan olubmu?
- Xeyr. Hələ ki, heç kim zəng etməyib. Yəqin zəng edəcəklər.
- Bir məsələyə də xüsusi olaraq toxunmaq istəyirik. Bu gün «Volqa» klubunun rəsmi saytında dərc olunmuş müsahibəndə sənin adından belə bir fikir gedib ki, Ağdamın Quzanlı qəsəbəsi Ermənistanla sərhəddə yerləşir.
- Əslində müsahibənin müəllifi yanlışlığa yol verib. Mən bu qədər ağılsız və ya savadsızam ki, belə fikir işlədim? Sadəcə demişəm ki, Quzanlı cəbhə bölgəsindədir və Ermənistanla Azərbaycan silahlı qüvvələri arasındakı təmas xəttinə çox yaxındır. Bu mənada, Quzanlıda oynamaqdan şərəf duyduğumuzu da söyləmişəm.
Ümid AYXAN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı