Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- “Simurq” klubunun baş məşqçisi Sergey Yuran komandasının ölkə kubokunun 1/8 final mərhələsində “Neftçi” ilə matçına hakim təyinatı ilə bağlı PFL-ə müraciət edib. Yuran bu oyuna daha təcrübəli və işini bilən hakimin göndərilməsini istəyib.
- Bizim “Simurq” klubunun baş məşqçisinə böyük hörmətimiz var. O gözəl insan və gözəl məşqçidir. Peşəkar Futbol Liqasının vəzifə borcudur ki, çempionat oyunlarında haqsızlıq olmasın. İstər hakimlər, istərsə də klublar tərəfindən. Sağ olsun, bir insan kimi xahiş edir. Amma o xahiş etdi-etmədi, bu, bizim vəzifə borcumuzdur. Biz xahişsiz də bunu etməliyik.
- Dekabrın 5-dən 8-dək milli komandamızın Bakıda seleksiya xarakterli toplanışı baş tutacaq. Çempionatın gərgin bir vaxtında belə toplanışların olması klubların narazıçılığına səbəb olur...
- Baş məşqçi bunu milli komandanın inkişafı üçün edir. Biz milli komandaya görə nə lazımdırsa etməliyik. Buna icazə verməsək, sonra da yazacaqsınız ki, millini istəmirlər. Biz bu toplanışa etiraz edə bilmərik.
- Ola bilərmi ki, gələn ildən etibarən bu tipli toplanışların sayı azaldılsın? Çünki dediyim kimi klublardan narazılıqlar çoxdur.
- Klublar bir tərəfdən, Foqts da tərəfdən narazılıq edir. Ümumi razılığa gəlmək lazımdır. Yenə deyirəm ki, biz çempionatı milli komanda naminə keçiririk. Hər halda Foqts da bu toplanışı özü üçün keçirmir. O da istəyir ki, milli uğurlu çıxışlar etsin.
- Baş məşqçidən söz düşmüşkən, bu yaxınlarda İcraiyyə Komitəsi alman mütəxəssisin millidə qalıb-qalmaması ilə bağlı qərar çıxaracaq. PFL də klublar səviyyəsində komitədə təmsil olunur. Siz özünüz Foqtsun millidə qalması ilə bağlı nə düşünürsünüz?
- Əgər AFFA rəhbərliyi Berti Foqtsun qalmağını istəyəcəksə, biz də iki əlli razılaşacağıq.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı milli komandanın baş məşqçisi vəzifəsinə namizədlər sırasında çəkilir. Onun millimizə rəhbərlik etməsi nə dərəcədə realdır?
- Qurban Qurbanov Azərbaycan futbolunda həm futbolçu, həm də məşqçi kimi sözünü deyib. Qurbanı kim pisləyir ki? Onu hamı tərifləyir. Azərbaycan futbolunda yeganə Qurban Qurbanovdur ki, cənab prezidentimiz ona şəxsən zəng edib, təbriklərini çatdırıb. Sadəcə burda bir sıra başqa amillər var ki, AFFA rəhbərliyi belə fikirləşir. Biz Qurbanı heç də onun azarkeşlərindən, tərəfdarlarından az istəmirik. Hamının ona böyük hörməti və inamı var. Unutmayın ki, Qurban Qurbanovu ilk dəfə məşqçi vəzifəsinə məhz Rövnəq Abdullayev təyin edib. Rövnəq müəllim futbolçu karyerasını başa vuran gənc birisini “Neftçi” kimi komandaya baş məşqçi vəzifəsinə gətirdi . Deməli, hələlik belə məsləhətdi.
Ümid AYXAN
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı