Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Həftəsonu ölkə çempionatının növbəti turunun oyunları keçirildi. Matçları izləyə bildinizmi?
- Neçə gündür ölkədən kənarda idim. Oyunların nəticələrindən xəbərim yoxdur. Açığı, çempionat oyunları ilə mütəmadi olaraq maraqlana bilmirəm. Bu səbəbdən sualınıza cavab verə bilməyəcəm.
- Premyer Liqamızda son günlər bir neçə baş məşqçi istefaları reallaşdı. Şahin Diniyev isə hələ də işsizdir. Niyə indiyədək yerli, təcrübəli bir baş məşqçi kimi sizinlə maraqlanan olmayıb?
- Vallah, bu sualı gərək mənə verməyəsiniz. Klub rəhbərləri özləri bu suala cavab versələr, daha yaxşı olar.
- Bu, klub rəhbərlərinin sizə olan inamsızlığından irəli gəlir, yoxsa son anda ortaq məxrəcə gələ bilmirsiniz?
- Mən heç bir klub rəhbərləri ilə pis münasibətdə deyiləm. Yəqin ki, klublar özlərinə tamam başqa istiqamət seçiblər. Həmin istiqamət üzrə də irəliləyirlər. İndiki məqamda kimdənsə inciməyin, yaxud nəsə ummağın heç yeri deyil. Mən onlara yalnız uğurlar arzu edə bilərəm. Futbolda hər bir məşqçinin ağlı və qaralı günləri olur. Hər kəsin öz vaxtı var. Mən hardasa çalışdım ki, sizin suala diplomatik cavab verim. Çünki bu sualın cavabı heç özümdə də yoxdur.
- Hər halda yəqin ki, Şahin Diniyevə yerli klublardan dəvət gəlsə, bu barədə düşünəcək...
- Mənim elə xarakterim var ki, heç kimə özümü sıramaq fikrində deyiləm. Reklamla heç zaman məşğul olmamışam. Hər hansı bir klubla müqavilə bağladıqsan sonra çıxıb bunu hər kəsə bildirirəm. Yoxsa ki, əvvəlcədən danışmaq bir az düz deyil. Danışırıq ki, filan klubda işləyəcəm, belə olacaq, elə olacaq, aмma sonda səsimiz Biləcəridən gəlir. Hər şeye real yanaşmaq lazımdır. Bu işlərdə biz seçmirik, bizi seçirlər.
- DÇ-2014-də milli komandamızın keçirəcəyi oyunların təqvimi bəlli oldu. Təqvimi necə dəyərləndirirsiniz?
- Milli komandanın təqvimini baş məşqçi təyin edir. Baş məşqçi özü hamıdan yaxşı bilir ki, yığma komanda nə zaman oynasa, daha yaxşı ola bilər. Bununla belə, dörd oyun dalbadal millimizin səfər qarşılaşmasına çıxması onlara psixoloji cəhətdən mənfi təsir göstərə bilər. Bəlkə də Foqts əksini düşünür. Alman mütəxəssis fikirləşir ki, millinin oyunçuları arxa-arxaya səfər oyunlarına çıxsalar, daha məsuliyyətli olarlar.
- Milli komandamızın qrupdakı hansı komandalardan xal alması real görünür?
- Hazırda bizim milli komandanın stabil gücü yoxdur. Yığma komanda üçün motivasiya çox önəmlidir. Ola bilər ki, millimiz Lüksemburq kimi komandaya məğlub olsun. Amma gedib səfərdə Portuqaliyadan xal alsın. Bu səbəbdən hesab edirəm ki, millinin oyunlarına proqnoz verməyin özü axmaqlıdır. Yenə deyirəm, komandamızın sabit oyunu yoxdur.
- Millinin baş məşqçisi Berti Foqts dekabrın 5-dən 8-dək Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Alman mütəxəssis həmin toplanışa “Terek” klubunun yetirməsi İsmayıl Ediyev adlı çeçen futbolçuya dəvət göndərib. Düşündük ki, həmin futbolçunu siz tanıyarsınız...
- İsmayıl Ediyev mənim tələbəm olub. “Terek”in əvəzedici heyətində çıxış edirdi. Sonradan mənimlə birgə əsas komandaya yollandı. Əsas komandada onun mövqeyində daha güclü futbolçular vardı. Belə deyim, İsmayıl həmin oyunçularla rəqabət apara bilmədi. Ampluaca mərkəz müdafiəçisidir. Son bir ildə onun hansı durumda olmasından xəbərsizəm. Uzaqdan yaxşı zərbələri var. Başla da pis oynamır. Pis oyunçu deyil. Sadəcə milli komandamıza nə qədər fayda verəcək deyə bilmərəm. Yəqin Foqts fikirləşir ki, Ediyev onun istədiyi futbolu nümayiş etdirə biləcək. Amma deyim ki, Ediyev bizim yerli oyunçulardan 3-4 qat üstün müdafiəçi deyil.
Ümid AYXAN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu