“Neftçi”nin futbolçusu Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
- İlk əvvəl Quzanlıda “Qarabağ”a 2:1 hesabıyla qalib gəldiyiniz qarşılaşma haqda fikirlərini bilmək istərdim.
- Biz bilirdik ki, Quzanlı stadionunda “Nerftçi”ni çox ağır bir görüş gözləyir. İndiyə kimi “Qarabağ”dan Ağdamda xal ala bilməmişdik. Şükürlər olsun ki, çətin də olsa, axır ki, səfərdə qalib gəldik. Sevindirici haldı ki, bu qələbə sayəsində çoxdan gözlədiyimiz turnir cədvəlinin birinci pilləsinə də yüksəldik.
- Çoxları hesab edir ki, bu qarşılaşmanın ədalətli nəticəsi heç-heçə idi. Sən necə düşünürsən?
- İkinci hissədə rəqibin heyətində dəyişiklik oldu. Meydana Leonardo Roşa daxil olduqdan sonra “Qarabağ”ın oyununda bir canlama baş verdi. Demək olar ki, hücumlarının sayı və təhlükəsi daha da artdı. Bir dəfə də qapımıza doğru vurduqları zərbə dirəyə tuş gəldi. Düzdü, qarşılaşma 1:1 hesabıyla da başa çata bilərdi. Ancaq unutmaq lazım deyil ki, futbol 90 dəqiqə olur. Həmin oyunda biz məğlub da ola bilərdik. Lakin görüşün sonlarına yaxın Flavinyonun vurduğu möhtəşəm qol komandamıza qələbə gətirdi.
- Yeri gəlmişkən, Flavinyonun 88-ci dəqiqədə vurduğu qolda qapıçının səhvi olduğunu düşünmürsən?
- Biz özümüz də gözləmirdik ki, Flavinyo həmin mövqedən qapıya zərbə vurar. Həmin anda cərimə meydançasına doğru ötürmə verəcəyini düşündük. Lakin top birbaşa qapıya gedərək, çərçivədən keçdi. Məncə, həmin qolda rəqib qapıçının mövqe səhvi də vardı. Qapıçını da bütünlüklə günahlandırmaq düzgün olmaz. Çünki vurulan qol qapıçıları çaş-baş salan hiyləgər zərbəylə yerinə yetirilmişdi.
- Keçən mövsüm də “Qarabağ”la oyunda fərqlənmişdin. Ola bilərmi ki, bu komandaya qarşı xüsusi olaraq hazırlaşırsan?
- Heç bir xüsusi hazırlıq və ya prinsipiallıqdan söhbət gedə bilməz. Qurban Qurbanov ilk olaraq mənim müəllimim olub. Bir məşqçi və insan kimi ona çox böyük hörmətim var. Mən peşakar futbolçu olduğum üçün bütün oyunlara eyni səviyyədə hazırlaşıram. Vurduğum qol da adi oyun epizodundan oldu. Hücuma qoşularaq qapıya doğru zərbə endirdim və qol oldu. Bu qarşılaşmada öz çıxışımı normal oyunlardan biri hesab edirəm. Mənim üçün fərqi yoxdur, “Qarabağ”, yoxsa “Turan”a qarşı çıxış edəcəm. Hər bir matçda qarşıma qoyulan vəzifəni yerinə yetirməyə çalışıram.
- Qurban Qurbanov komandasının məğlubiyyətini təcrübəli müdafiəçiləri Rəşad Sadıqov və Ansi Aqollinin oynamamasıyla izah edib. Sən bu fikirlə razısan?
- Adını çəkdiyiniz futbolçular öz komandasının aparıcı futbolçularıdır. Mən də bir peşakar oyunçu kimi onların yoxluğunu hiss etdim. Lakin bilirsiniz ki, futbolda belə anlar olur. Heç kəs baş verə biləcəklərdən suğortalanmayıb. Çoxları “Qarabağ”ın bu mövsüm zəif çıxış etdiyini deyir. Lakin mən bununla razı deyilən. “Qarabağ” Azərbaycan futbolunda öz oyun üslubunun təməlini qoyub. Deməzdim ki, onlarda hər hansı bir eniş var. Onlarla qarşı oynadığımız bütün matçlardan hər zaman həzz almışıq. Yeri gələndə hər bir futbol klubunun, elə bizim də çətin günlərimiz olub. Ancaq, hər şey artıq arxada qalıb. Gələcəyə inamla baxmaq lazımdır.
- Son zamanlar hakimlərin “Neftçi”yə dəstək verməsi barədə fikirlər yenidən gündəmə gəlib. Buna münasibətin necədir?
- Mən də mətbuat və telekanallarda baş verənləri yaxından izləyirəm. Bunlar mənə bir futbolçu kimi çox pis təsir edir. Niyə axı olmayan bir şeydən böyük söz-söhbət yaradırlar. Bizim qələbəmizə kölgə salmaq ən azı haqsızlıqdı. Bundan öncə kimlərin necə çempion olması hələ unudulmayıb. Kimlərin kimə kömək etməsini də hamı yaxşı bilir. Yəqin ki, son zamanlar yaxşı çıxış etməyimiz bəzi insanlara pis təsir edib. Ona görə də belə şayiələr atmağa başlayıblar.
- “Qəbələ”ylə qarşılaşmada oyunun sonunda baş verən hadisələrə münasibətin necə oldu. Ümumiyyətlə, oyunun sonuna əlavə edilmiş dəqiqələrdə hakimin verdiyi penalti haqda nə deyərdin?
- Oyun başa çatdıqda sonra mən özüm də hakimə yardım edənlərdən biri idim. Hakim də insandır, onun səhv edə biləcəyi qaçılmazdı. İnsanlara gərək çətin anlarda göməkliyini göstərməyi bacarasan. Verilən penalti hakimin səhvi nəticəsində oldu. Penaltini vura bilməməyimiz ədalətin bərqaqar olmasıyla nəticələndi. Yaxşı ki, penaltini dəqiq vura bilmədik.Yoxsa, aləm bir-birinə dəyəcəkdi.
- Milli komandanın da oyunçusu olduğundan baş məşqçi Berti Foqtsla bağlı da fikirlərin maraqlı olardı. Sən onun millidə qalmasının tərəfdarısan, yoxsa getməsinin?
- Səfərdə Albaniya yığmasına qarşı keçirdiyimiz yoldaşlıq görüşündə Berti Foqts mənə kapitanlıq sarğısını həvalə etdi. Buna görə ona öz minnəttarlığımı bildirirəm. O ki qaldı Foqtsun gedib ya qalmağına, mənimüçün elə bir böyük fərqi yoxdur. Çünki mən peşəkar futbolçuyam. Kim məni milliyə dəvət etsə, çanla başla yığmanın şərəfini qorumağa hazıram. Ancaq peşəkar tərəfdən yanaşsaq, iki ildi ki, mən Foqtsu tanıyıram. Demək olar ki, ona öyrəşmişik. Lakin bizim deməyimizlə heç bir şey həll olunmur. Sonda yekun qərarı AFFA verəcək.
Əli HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu