«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov sabah «Neftçi»yə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Sabah komandanızı «Neftçi» ilə çətin oyun gözləyir. Lakin bu matça toxunmazdan əvvəl son turda «İnter»lə 0:0 hesabı ilə bərabərə qaldığınız görüş barədə fikirlərinizi bilmək istəyirəm. Komandanız xeyli qol imkanı qazansa da, hücumu məntiqi sonluqla yekunlaşdıra bilmədi. Səbəb nə idi?
- Əvvəll rəqibin kimliyinə də diqqət yetirmək lazımdır. “İnter” komanda olaraq yaxşı müdafiə olunmağı bacarır. Digər tərəfdən, nə qədər çətin olsa da, bir neçə qol epizodu yaratmağı bacardıq. Təəssüf ki, bu imkanlardan istifadə edə bilmədik. Düzdü, hücumda bir qədər çətinliklərimiz olsa da, meydanı nadir oyunlarda qol vurmadan tərk edirik. Növbəti görüşlərdə bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Ancaq, yenə deyirəm ki, təkcə bizə yox, rəqiblərimizn kimliyinə də diqqət yetirmək lazımdır.
- Sirr deyil ki, «Qarabağ»ın əsas silahları Rauf Əliyev və Əfran İsmayılovdur. Necə düşünürsünüz, rəqib futbolçular artıq yetirmələrinizin oyun üslubunu oxuyub?
- Yüzdə-yüz belə ola bilər. Hər bir komanda oyundan öncə rəqibini
diqqətlə analiz edir. Xüsusən də, futbolçular üzərində yaxşı təhlillər aparırlar və onlara qarşı ən azından düzgün oyun qura bilirlər. Ona görə mən rəqibi qiymətləndirməyin vacibliyini qeyd etdim. Hər bir futbolçuya məşqlər zamanı məşqçi tərəfindən meydanda nə etmək tapşırığı verilir. Ona görə də çempionatımızda gözlənilməz nəticələrlə üzləşirsən. Məhz bunun üçün də rəqibi mütləq qiymətləndirmək lazımdır. Düşünürəm ki, Raufu, Əfranı və digər futbolçuları düzgün analiz edə biliblər. O cümlədən biz də rəqiblərimizi düzgün təhlil etməyə çalışırıq.
- İndi isə qayıdaq sabah «Neftçi»ylə keçirəcəyiniz oyuna.
- Əlbəttə, hər bir oyun bizim üçün çox vacibdir. Çünki get-gedə oyunların sayı azalmağa başlayır. Turnir cədvəlindəki vəziyyətimizi düzəltməyə çalışmalıyıq. Rəqib həm güclü komandadır, həm də ötən mövsümün çempionudur. “Neftçi”ylə ilk dövrədəki qarşılaşmada iki top fərqiylə irəlidə olmağımıza baxmayaraq, üç qol buraxaraq məğlub olduq. Bütün bunlar rəqibin gücündən xəbər verir. Hər birimiz rəqibə ciddi yanaşırıq və çalışacağıq ki, oyunda yaxşı nəticə əldə edək.
- “Neftçi” keçən tur səfərdə “Qəbələ”yə məğlub oldu. Hətta oyunun uzatma dəqiqələrində penaltini qaçırdı. Məhz bu oyundan sonra ”Neftçi”yə xeyli psixoloji təzyiq olub. Bunu “Qarabağ” üçün üstünlük hesab etmək olar?
- Məncə, yox. Çünki «Neftçi» elə bir komandadır ki, belə hallardan sonra digər oyunlara tez motivasiya oluna bilir. Ona görə də düşünmürəm ki, “Neftçi”yə belə şeylər təsir etsin. Əksinə məğlub olduqları üçün tez bir zamanda toparlanaraq qələbə qazanmağa çalışacaqlar ki, turnir cədvəlində vəziyyətlərini düzəltsinlər. Sabah ən azı maraqlı oyunun şahidi olacağıq.
- Yeri gəlmişkən, bir peşəkar futbol adamı kimi “Qəbələ” - “Neftçi” matçında hakim qalmaqalına sizin də münasibətiniz maraqlı olardı.
- Bu haqda heç nə deyə bilmərəm. Çünki bu, həqiqətən də mənə aid olmayan bir mövzudur. Bu işlərə baxan Hakimlər Komitəsi və futbol qurumları var.
- Bunu ona görə soruşdum ki, eyni halla «Qarabağ»ın da üzləşəcəyi sizi narahat etmir?
- “Qarabağ”la “Neftçi” arasında hər zaman yaxşı münasibətlər olub. Nə biz, nə də “Neftçi” razı olmaz ki, həmin oyunda hansısa hakim səhvi baş versin. Düşünürəm ki, bizim oyunda daha təmiz hakimlik olacaq.
- “Neftçi” klubu AFFA-ya müraciət edərək növbəti qarşılaşmalarda əcnəbi hakimlərin gətirilməsini tələb edib. Bəs, siz necə, əcnəbilərə üstünlük verərdiniz, yoxsa yerli hakimlərə?
- Bizim futbol indi elə bir vəziyyətdir ki, çalışırıq, tez bir zamanda inkişaf edərək, yaxşı nəticə verək. Bu, istər klublara, istərsə də hakimlərə aiddir. Mənə elə gəlir ki, bizə əcnəbi hakim lazım deyil. Çünki xaricdən hakimlərin gətirilməsi həm öz hakimlərimizə, həm də federasiyaya inamsızlıq yaradar. Digər tərəfdən klubların bir-birinə inamsızlığı artar. Əksinə öz hakimlərimizin üzərində işləyərək, onların daha da püxtələşməsinə çalışmaq lazımdır. Ona görə ki, sonda yenə öz hakimlərimizin ümidinə qalacağıq. Əgər futbolumuzu inkişaf etdirmək istəyiriksə, bunların olması mütləq vacibdir. Hərdən səhvlər, çatışmazlıqlar olsa da, elə etməlidirlər ki, bunları tədricən aradan qaldırsınlar. Nəinki klubların, hətta hakimlərin də arasında sağlam rəqabət olmalıdır. Onlar da çalışmalıdırlar ki, bir-birindən daha keyfiyyətli oyun idarə etsinlər. Niyə bir hakimimiz Avropaya getdiyi təqdirdə, beşi kənarda qalmalıdır? Buna görə də meydana çıxaraq təmiz, obyektiv oyun idarə etmək lazımdır.
- «Qarabağ»ın futbolçuları komandaya əlavə oyunçuların lazım olduğunu deyir. Qış transfer pəncərəsi yeni futbolçular alacaqsınız?
- Futbolçu baxımından hansısa çatışmazlıq olsa, biz bu yöndə hər bir variantı nəzərdən keçirəcəyik. Nə qədər çox futbolçu gətirsən belə, istənilən böyük klubda çatışmazlıqlar ola bilər. Qış fasiləsinə qədər hələ vaxtımız var. Hansı mövqedə boşluq olsa, oranı doldurmağa çalışacağıq.
Əli HƏYATİ
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı