Maksim Medvedyev: “Foqtsla şəxsi münasibətlərimiz işimizə mane olmayacaq”

Maksim Medvedyev: “Foqtsla şəxsi münasibətlərimiz işimizə mane olmayacaq”
GÜNDƏM 24 Noyabr 2011 / 18:00 2540
-  A +

“Sözün açığı, yenidən milli komandanın təlim-məşq toplanışına çağırılacağımı gözləmirdim. Çünki  Albaniya yığması ilə səfərdəki yoldaşlıq görüşünə dəvət almadığım üçün artıq ümidimi itirmişdim”

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyev deyib.

Millinin toplanışına çağırılmasından xəbərsiz olduğunu deyən Maksim bu barədə tanıdığı futbolçu yoldaşlarndan məlumat aldığını bildirib: “Azərbaycan yığmasına yenidən çağırıldığım üçün çox şadam. Bu barədə xəbərsiz olsam da, futboçu yoldaşlarımdan məlumat aldım.

Baş məşqçi Berti Foqtsa gəldikdə isə münasibətlərimizin hansı səviyyədə olmasından asılı olmayaraq, əgər milli komandaya çağırılmışamsa, getməyi özümə borc bilirəm. Düşünürəm ki, baş məşqçi ilə aramızda olan şəxsi münasibət işimizə mane olmayacaq”.

Daha çox


Son xəbərlər