Qalmaqallı “Qəbələ” – “Neftçi” matçının baş hakimi Ramil Diniyevin Qol.Az saytına müsahibəsi
- Qəbələdə baş verənlər haqda sizin fikriniz necədir?
- Bu bir növ qara duman idi, gəlib-keçdi. Allah heç kimə belə şey göstərməsin. Neçə gündür susqunluğumu qoruyuram. Gözləmə mövqeyi tutmuşdum. Sonda qərara aldım ki, mən də danışım. Ürəyimi sizə boşaltmaq istəyirəm. Mənim hakimliyimə bələd olan insanlar bilir ki, indiyədək heç bir oyunda dalbadal bir neçə səhv buraxmamışam. Məlum oyunda isə həqiqətən çox səhvlərə yol verdim. Məni ən çox məyus edən isə bizim bəzi dırnaqarası jurnalistlərimizin bu məsələyə birtərəfli mövqedən yanaşması oldu. Qəbələdəki oyunda mənim həm “Neftçi”yə, həm də “Qəbələ”yə qarşı səhvlərim var idi. Heç bir hakim istəməz ki, matçın 90-cı dəqiqəsində hansısa komandaya penalti versin. Kişi kimi etiraf edirəm ki, yalnış qərar vermişəm. Bunu etiraf etməyin özü də böyük şeydir. Mən yanlış qərar verdiyimi epizodu izləyəndə bildim. Oyundan sonra hər kəsin yanında dedim ki, narahat olmayın, verdiyim qərar yüz faiz doğrudur. Bu hadisələrin bu qədər səs-küy yaratmasına səbəb isə penaltinin məhz 90-cı dəqiqədə verilməsi idi. Bütün futbol ictimaiyyətindən, başda PFL prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan bu səhvlərə görə üzr istəyirəm. Çünki mənə görə onların da adına söz gəldi. Deyirlər ki, mənim “Neftçi” klubuna rəğbətim var. Çox uzağa getməyək, mən elə keçən mövsüm “Neftçi” – “Xəzər Lənkəran” görüşünü idarə etmişəm. O cür prinsipal qarşılaşmanın 50-ci dəqiqəsində “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayevə qırmızı vərəqə verərək meydandan uzaqlaşdırdım. Həmin görüşdə “Neftçi” məğlub oldu. Daha sonra Lənkəranda yerli komanda ilə “Neftçi”nin oyununa təyinat aldım. Mən necə “Neftçi”yə kömək edirəm ki, həmin görüşdə komanda “Xəzər Lənkəran”a məğlub oldu? Kömək etsəydim, elə bu oyunlarda edərdim də. Belə çox misal çəkə bilərəm. Qaldı ki, Qəbələdə keçirilən oyuna, əgər qərəzli olsaydım, hansı yolla olursa olsun “Neftçi”yə qələbə qazandırardım. Mən qərəzli olmamışam. Sadəcə həmin epizodu penalti kimi gördüm. Həmin epizodda “Neftçi”nin futbolçusu Denis Silva topu cərimə meydançasının içərisində qarşılayır və ona qarşı açıq ayaqla kobudluq olur. Mənim oyunda səhvim mövqe ilə bağlı oldu. Mənim qarşımı “Qəbələ”nin oyunçusu Aleksandr Çertoqanov kəsmişdi. Keçən il “altılıq” oyunlarında xeyli sayda yüksək səviyyəli oyun idarə etdim. Onda PFL prezidenti Ramin Musayevə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova heç kim sağol demədi ki, belə hakim yetişdirmisən. İndi mən qalmışam qıraqda, hami düşüb Ramin Musayevin üstünə. Səhvi eləyən mənəm. O neyləsin? Səhv etmişəm və veriləcək cəzanı da qəbul edəcəyəm. Bir mömin adam ki, nəyə desəniz and içərəm, biz heç kimdən göstəriş almırıq. Hər oyundan qabaq bizə Ramin Musayev tərəfindən bir göstəriş olur. Deyir ki, heç kimin haqqını tapdalamayın. Mən açıq şəkildə bildirirəm ki, bu məsələləri şişirdənlər Ramin müəllimə qarşı olan adamlardır.
- “Neftçi” klubu hesab edir ki, matçın 10-cu dəqiqəsində top “Qəbələ”nin futbolçusunun əlinə dəysə də, penalti verməmisiniz...
- Epizod barəsində danışmaq istəmirəm. Mən həmin epizoda yaxın idim. Sadəcə olaraq həmin anı penalti kimi görmədim. Ona görə də bu qərarı çıxarmadım. Yenə də deyirəm, qərəzli olsaydım, elə bu vəziyyətdə “Neftçi”nin lehinə penaltini verərdim. Xahiş edirəm ki, səhvi qərəz kimi görməsinlər. Hətta ən güclü çempionatlarda hakim səhvləri baş verir. Sadəcə olaraq, mənim bu səhvimi heç kimin üzərinə yıxmasınlar.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov sizə cəza tətbiq edəcəklərini deyib. Ola bilsin ki, mövsümün sonuna qədər hakimlikdən uzaqlaşdırılasınız. Bu cəzanı necə qarşılayacaqsınız?
- Bəli. Cəza mütləq olacaq. Səhv edən hakim cəzalanmalıdı. Mənə görə hamıya söz gəldi. İndi mənim kənarda qalmağım düzgün olmaz. Yəqin ki, bu yaxınlarda qərarı mənə açıqlayacaqlar.
- Bu vaxta qədər neçə-neçə önəmli matçlara təyinat almısınız. Eyni oyunda bu qədər səhvlərə yol verməyinizə nə səbəb oldu? Bəlkə üzərinizdə psixoloji gərginlik var idi?
- Məndə artıq ikinci dəfədir ki, oyunun 90-cı dəqiqəsində penalti təyin edirəm. Yadınızdadırsa “İnter” – “Bakı” matçında yenə belə bir hal təkrarlanmışdı. Amma həmin oyunda verdiyim qərar haqlı idi. “Qəbələ” – “Neftçi” oyununda isə hardasa bir arxayınlaşma oldu. Fikirləşdim ki, matçın sonlarıdır. Əla görüş idarə etmişəm. Həmişə belə yerdə deyirlər ki, oyun 90 dəqiqədir. Deməli son dəqiqələrə qədər ehtiyatlı olmalı idim. Bu mənə dərs oldu. Bunu özümə yaraşdırmadım.
- Son dəqiqədə verdiyiniz penalti qərarı yerli azarkeşlərin kəskin narazılığına səbəb oldu. Hətta onlar meydana axışaraq sizə xəsarət yetirməyə də cəhd ediblər. Həqiqətən sizi Qəbələdə vuran olubmu?
- Qəbələdə mənə xəsarət yetirilməyib. Bizim təhlükəsizliyimiz yüksək səviyyədə qorundu. Yeri gəlmişkən, Qəbələnin asayiş keşikçilərinə öz minnətdarlığımı bildirirəm. Onların sayəsində sağ-salamat stadiondan çıxa bildik. Əgər məni vursaydılar, mən də öz etirazımı bildirərdim. Deyərdim ki, səhv etmişəm, deyə gərək məni döyəsiniz? Düzdü, azarkeşlər meydana axışdı. Bilmək olmazdı ki, asayiş keşikçiləri olmasaydı bizə nə edəcəkdilər. Bəlkə elə bizi öldürmək istəyirdilər? Həqiqət isə odur ki, bizi heç kim vurmayıb.
Ümid AYXAN
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu